FHN
işğaldan azad edilmiş torpaqlarımıza
icazəsiz səfərlərin
təhlükəli olması
barədə əhalini
maarifləndirmə işlərinə
başlayıb
Məlum olduğu kimi, işğaldan azad olunmuş ərazilərimizə
xüsusi icazə olmadan səfər edən mülki şəxslər arasında
minaya düşərək
həlak olan və ya yaralananlar
var. Belə faciəvi halların
baş verməsinin qarşısını almaq
və əhalini işğaldan azad olunmuş ərazilərə
qanunsuz səfərlərdən
çəkindirmək məqsədilə
Fövqəladə Hallar
Nazirliyi (FHN) işğaldan
azad edilmiş ərazilərə yaxın
yaşayış məntəqələrində
maarifləndirmə tədbirlərinə
başlayıb.
FHN-dən
AZƏRTAC-a bildiriblər ki, Füzuli, Tərtər, Ağdam,
Ağcabədi, Xocavənd və Cəbrayıl
rayonlarının yaşayış məntəqələrində
həyata keçirilən maarifləndirmə tədbirləri
zamanı əhaliyə işğaldan azad olunmuş ərazilərdə
hazırda minatəmizləmə əməliyyatlarının
aparıldığı, bu ərazilərə indiki halda səfərlərin
həyati təhlükə daşıdığı, eyni zamanda,
bu cür qanunsuz səfərlərin hüquqi məsuliyyət
yaratdığı izah olunur.
Maarifləndirmə
tədbirlərinin davam etdirilməsi nəzərdə tutulur.
Nazirlik bir daha insanları
işğaldan azad olunmuş ərazilərə
xüsusi icazə olmadan səfər etməkdən çəkinməyə
çağırır, bunun
həyat və sağlamlıq üçün
təhlükəli olduğunu
xatırladır.
Azərbaycan. - 2021.-13 fevral.- S. 7.