2020-ci
ildə Beynəlxalq İnformatika Olimpiadasında
uğur qazanan şagirdlərə "Azercell
Telekom" tərəfindən
hədiyyələr verildi
Məktəblilərimiz informatika fənni üzrə müxtəlif
miqyaslı beynəlxalq
olimpiadalarda
ölkəmizi uğurla
təmsil edərək
1 qızıl, 1 gümüş
və 8 bürünc medal olmaqla, ümumilikdə, 10 medal qazanıblar
Azərbaycan
Respublikasının Təhsil İnstitutu tərəfindən icra
edilən layihə çərçivəsində
"Azercell Telekom" MMC-nin dəstəyilə informatika
üzrə beynəlxalq olimpiadalara hazırlaşan məktəblilərimiz
ötən il ərzində dəfələrlə mötəbər
bilik yarışlarına qatılaraq yüksək nəticələr
əldə ediblər.
2020-ci ilin ilk belə yarışı
yanvar ayında Qazaxıstanın Almatı
şəhərində keçirilən
16-cı Beynəlxalq Jautıkov
Olimpiadası olub. 20 ölkədən 588 şagirdin
iştirak etdiyi bu yarışmada informatika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin
11-ci sinif şagirdləri
Abutalıb Namazov (hazırda təhsilini ABŞ Massaçusets
Texnologiyalar İnstitutunda
(MIT) davam etdirir) qızıl, Murad Eynizadə (hazırda təhsilini Cənubi Koreyanın Elm və Yüksək Texnologiyalar İnstitutunda
(KAIST) davam etdirir) gümüş və Gəncə şəhər
15 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıblar.
Azərbaycan məktəbliləri ötən
ilin avqustunda keçirilən Asiya Pasifik İnformatika Olimpiadasında da 33 ölkədən olan iştirakçılar arasında
fərqlənməyi bacarıblar.
Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin
XI sinif şagirdi Murad Eynizadə və Gəncə şəhəri M.Əzizbəyov
adına 15 nömrəli
tam orta məktəbin X sinif şagirdi Əziz Hüseynov bu nüfuzlu yarışmada bürünc medal sahibi olublar.
Sentyabr
ayında Sinqapurda təşkil olunan və virtual formada keçirilən
32-ci Beynəlxalq İnformatika
Olimpiadasında da “Azercell”in dəstəklədiyi Azərbaycan
komandasının üzvləri
yaddaqalan nəticə
əldə edərək
3 medal qazanıblar. 350-yə
yaxın iştirakçı
arasında üç
azərbaycanlı şagird
- Gəncə şəhəri
M.Əzizbəyov adına
15 nömrəli tam orta məktəbin X sinif şagirdi Əziz Hüseynov, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü
liseyin XI sinif şagirdləri Abutalıb
Namazov və Murad Eynizadə bürünc medala layiq görülüblər.
Ə.Hüseynov daha sonra Bolqarıstanın
Şumen vilayətində
informatika fənni üzrə 12-ci Beynəlxalq
Payız Turnirində də uğurlu nəticə nümayiş
etdirib. O, 17 ölkədən
403 iştirakçının qatıldığı turnirdə
bürünc medal qazanıb.
16-22
dekabr 2020-ci il tarixlərində Moskva şəhərində keçirilən
Beynəlxalq Meqapolislər
Olimpiadasında Bakı
şəhəri 269 nömrəli
tam orta məktəbin 11-ci sinif şagirdi Amin Cəlilov bürünc medal əldə edib.
Azərbaycan. - 2021.-13 fevral.- S. 7.