Karlaqİslah Əmək Düşərgəsi

 

Represiya

 

Ölüm təcridxanası

 

 

90 il bundan əvvəl 1931-ci ilin 19 dekabrında Qazaxıstanın qarlı-tufanlı səhralarında islah əmək düşərgələri yaradılmağa başlandı. Qısaldılmış adı “Karlaqoldu, yəni Karaqanda düşərgəsi. Sonralar bu sıralamalara başqa düşərgə adları da əlavə edildi. Karaqanda düşərgəsi ölkəmizin qanlı repressiya tarixində xüsusi yer tutur. XDİK-nin dəyirman daşı heç kəsə məhəl qoymur, Stalinin silahdaşları BeriyaLevon Mirzəyan həmin düşərgələrdə amansız aksiyalara qərar verir, ürəklərindən keçən işgəncələri məhbuslar (çoxları günahsız idi) üzərində həyata keçirirdilər.

Levon Mirzəyan repressiyanın ilk illərində fərmanı Almatı şəhərindən yazırdı. Həmin dövrün tədqiqatçıları deyirlər ki, onun Stalinə göndərdiyi məlumatlar yoxlanılmadan icra olunurdu. Bu düşərgələrin yaradılmasında Levon Mirzəyanın rolu əvəzsiz idi. 1931-ci il dekabrın 19-u Qazaxıstanın Karaqanda əyalətinin Dolinka kəndində düşərgə üçün 120 min hektar əkinə və 41 min hektar biçinə yararlı sahə ayrıldı. 1940-cı ilə qədər isə bu sahə şimaldan cənuba qədər genişləndirilərək 300 km məsafə çərçivəsində 1 780 650 hektara çatdırıldı. Hamısı islah əmək düşərgəsi üçün nəzərdə tutulan sahələr idi.

...1930-cu ildə sovet iqtisadiyyatını yüksəltmək üçün Nazirlər Kabineti mərkəzi Qazaxıstanın yeraltı ehtiyatlarından istifadə etmək üçün yeni layihə işləmişdi. Bu layihəyə görə Qazaxıstanın şimalında yerləşən Karaqanda əyalətində metallurgiya sənayesini, BalxaşJezkazqan rayonları ərazisində isə metaləritmə kombinatlarının tikilməsi nəzərdə tutulmuşdu. İşçi qüvvəsi isə yox idi.

Heç kəs öz xoşu ilə qar tufanları ilə çarpışan bu səhralara gəlməyəcəkdi. Bu, birbaşa ölümə gedən yol idi.

Əvvəlcə 1930-cu ildə “Qiqantsovxozu yaradıldı. Onun bazasında isə Karaqanda islah əmək düşərgəsi tikildi. Bura əsasən məhkumlar, zəmanəyə, dövrə etiraz edənlər və ya elə bir nəfərin güdazına gedən bir rayonun, bir kəndin əhalisi sürgün olunurdu. Onların içərisində dövlət qulluqçusu kimi fəaliyyət göstərənlərin 50-yə yaxın ailəsi var idi. Bu məqsədlə NKVD əvvəlcə Rusiyanın Volqaboyu sahillərindən, Tambov, Kursk, Orlov, Voronej vilayətlərində yaşayan kəndliləri kütləvi surətdə həbs etməyə başladı. Sorğu-sual edilmədən 5 saatın içərisində onları at arabalarına doldurub üzü Qazaxıstana göndərirdilər.

İlk dəmir yolu çəkənlər əslində 1931-ci ilin may ayında işə başladılar, elə həmin ilin sonunda Akmoladan Karaqandaya uzanan dəmir yolu istifadəyə verildi. Dəmir yolu işi asanlaşdırdığından artıq Karaqandanın Oskarovski rayonuna 1931-ci ilin payızında 52 min ailəni mal-davar, heyvan daşınan vaqonlara doldurub, bu kimsəsiz düzəngahlara gətirdilər. Yollarda insanlar qırılır, hamilə qadınlar antisanitar şəraitdə dünyaya uşaq gətirirdilər. Hətta ölən adamları belə vaqondan çıxarıb yollarda basdırmaq üçün icazə yox idi.

Qısa bir zamandaKarlaqsistemi ilə işləyən Osoblaq (xüsusi düşərgə), Spasslaq (hərbçilərin düşərgələri), ALJİR (vətən xainlərinin arvadlarının düşərgələri), Steplaq (Ukrayna, vlasovçularpribaltlar düşərgəsi) kimi düşərgələr də öz məhkumlarını “qoynuna aldı”. 26 məntəqədən ibarət olanKarlaqda artıq strateji obyektlər, poçtteleqraf qurulmuş, düşərgə o zamanın müasir nəqliyyat vasitələri ilə təmin olunmuşdu. Nəqliyyat vasitəsi burada ona görə vacib idi ki, “Karlaq”ın qanun və nizamnaməsini pozan məhkumları tez-tez mühakimə edirdilər. Mühakimə edən hakimlər isə əraziyə avtomobillərlə daha tez gəlirdilər. Səyyar kollegiya ən azı hər həftə və ya hər həftənin iki günüKarlaqda hökm icra edirdi. Məhkumları diz üstündə oturdub, başlarına güllə ilə atəş açıb, digər həbsxana yoldaşının əli ilə qazılmış quyuya çökəyə atırdılar. Güllələnmiş “qanunpozanları” “Öldüqrifi ilə siyahıya alır, şəxsi işlərini məhv edirya yandırırdılar.

1941-ci ildə “Karlaqda artıq 17 belə islah əmək düşərgəsi var idi. Bu düşərgələrdə saxlanılan insanlar əsasən heyvandarlıqla məşğul olur, mal-qaranın sayının artırılmasında və heyvandarlıqda yüksək nəticə əldə etmək üçün canlarından keçirdilər. Geriyə qalan sovxozun sədri ya güllələnməli, ya da ağır cəzaya məhkum olunmalı idi. Mal-heyvanın qiyməti insandan baha idi.    

İş yerlərini özbaşına tərk edənlər, gününü buraxanlar, tənbəllik və digər məsuliyyətsizlik edənlər 5 gündən 15 günədək gündəlik paydan (yemək və ərzaq payı nəzərdə tutulur) özləri və ailə üzvləri məhrum edilirdilər. Qaydaları kobud surətdə pozanlar isə konslagerlərə göndərilirdi.

Bu o zamanlar idi ki, Sovet İttifaqı həm də Dünya müharibəsinin başlamasından ehtiyat edirdi. Stalin rejimi insanlara QULAQ damğası vuraraq, onları olduqları yerdən sürgün etməklə əslində öz siyasətinə əks-təbliğatın qarşısını alırdı, sərhədlərini qoruyurdu. Bu məqsədlə də özü ilə müttəfiq olan polşalılara da əl atmışdı, yüzlərlə polyak ailəsini Qazaxıstanın susuz səhralarına sürgün etmişdi. Müharibə başlayanda isə, yəni 1941-ci ildən sonra bu proses daha da geniş miqyas aldı. Öz sərhədlərini düşməndən qorumaq üçün gözə bir balaça şübhəli görünən insanları əsilli-nəsilli yaşadıqları sərhəd zonalarından “Karlaq” və Sovet İttifaqında olan yüzlərlə digər belə düşərgələrə sürgün edirdi.

Qanunpozan”, “sözəbaxmayan” insanlar öldükcə və öldürüldükcə, “Karlaqda təsərrüfat inkişaf edirdi. Tezliklə “Karlaqrepressiya olunan ziyalıların, alimlərin, mədəniyyət və incəsənət xadimlərinin, siyasətçilərin, din xadimlərinin, bir sözlə, üzdə olan işıqlı insanların, zəmanədən kiçik narazılıq edən vətəndaşların son mənzilinə çevrildi. Mütəxəssislərin hesablamalarına görə, təkcə “Karlaq” düşərgə kimi fəaliyyət göstərdiyi dövrdə 1 milyondan çox adamın son dayanacaq yeri oldu. Burada yaşayan, məhkum olunan insanların qanı, həyatı bahasına yollar, şaxtalar, zavodlar, abidələr tikilirdi. Monument daşlarla ucaldılan tribunalardan hər yeni tikilinin təhvil verilməsi  sevinclə elan edilirdi. O şadyanalıq edənlərin içərisində gizli göz yaşları tökənlər daha çox idi. Çünki belə düşərgələrdə onların əzizləri, doğmaları həyatlarından keçmişdilər.

1959-cu il iyulun 27-də isə KaraqandadakıKarlaqislah əmək düşərgəsi bağlandı. Tam olmayan rəsmi hesablamalara görə, 1931-ci ildən 1959-cu ilə qədərKarlaq”a 6 milyon sovet vətəndaşı sürgün edilib, onlardan 1 milyonu elə Karaqandada dəfn olunub. Spassk Xatirə məzarlığındakı memorial abidələrlə yanaşı, buraya sürgün olunmuş minlərlə azərbaycanlının da şərəfinə abidə ucaldılıb. Hazırda “Karlaqda 150.000 azərbaycanlı uyuyur.

 

 

Hazırladı

İ.ƏLİYEVA

Azərbaycan.-2021.- 14 fevral.- S.7.