Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Fuat Oktaya başsağlığı verib
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 14-də Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktaya başsağlığı məktubu ünvanlayıb.
Bu
barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat xidmətindən
məlumat verilib.
Məktubda
bildirilir ki, terror aktı nəticəsində günahsız
Türkiyə vətəndaşlarının qətlə
yetirilməsi xəbəri bizi son dərəcə kədərləndirdi.
Baş
nazir qeyd edib ki, biz bu amansız terror aktından olduqca hiddətlənir,
terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə
mübarizə aparılmasını zəruri hesab edirik.
Baş
nazir Əli Əsədov faciə ilə əlaqədar Fuat
Oktaya dərin hüznlə başsağlığı verib.
Azərbaycan.-2021.- 16 fevral.- S.9.