Milli Məclisin
sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopa
başsağlığı verib
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova fevralın 14-də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopa başsağlığı ünvanlayıb. Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Milli
Məclisin sədri İraqın Kara bölgəsində 13 nəfər
mülki türk vətəndaşının xain terror təşkilatı
tərəfindən qətlə yetirilməsindən dərin
təəssüf duyduğunu, həlak olanlara Allahdan rəhmət
dilədiyini bildirib, qardaş Türkiyə dövlətinə,
həyatlarını itirənlərin ailələrinə,
yaxınlarına Milli Məclis adından
başsağlığı ifadə edib.
Azərbaycan.-2021.- 16 fevral.- S.9.