Hikmət Hacıyev: COVID-19 başlayandan sonra biz səhiyyə sistemimizin
pandemiyaya hazırlanmasını təmin etdik
Azərbaycanda koronavirus yayılmağa başladığı dövrdən biz səhiyyə sistemimizin COVID-19 pandemiyasına hazırlanmasını təmin etdik, onu yeni reallıqlara uyğunlaşdırdıq. Çünki Azərbaycan bundan əvvəl belə bir pandemiya ilə üzləşməmişdi və səhiyyə sistemində müəyyən dəyişikliklər edilməli idi.
AZƏRTAC
xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin
Təhlili Mərkəzinin təşkilatçılığı
ilə fevralın 15-də keçirilən “COVID-19
pandemiyası və peyvəndləmənin geosiyasi aspektləri”
mövzusunda beynəlxalq vebinarda Azərbaycan Respublikası
Prezidentinin köməkçisi, Prezident
Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi bildirib ki, Azərbaycan öz təcrübəsinə əsasən beynəlxalq səviyyədə biz bir sıra təşəbbüslər irəli sürüb, xüsusilə beynəlxalq səylərə dəstəyini göstərib. Hikmət Hacıyev deyib: “Çünki hamı təhlükəsiz olmasa, heç kim təhlükəsiz ola bilməz. Ona görə də yerli və beynəlxalq səviyyədə tədbirlər bir-birini tamamlamalı idi. Bu yanaşmaya əsasən, biz Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq qurduq. Bu əməkdaşlıq çərçivəsində Türk Şurasının və Qoşulmama Hərəkatının pandemiyaya həsr olunmuş sammitlərini təşkil etdik. Tədbirlərdə pandemiyaya qarşı birgə mübarizə məsələləri müzakirə olundu. Həmçinin səhiyyə mütəxəssislərinin görüşləri təşkil edildi”.
Prezidentin köməkçisi, həmçinin qeyd edib ki,
COVID-19-la əlaqədar Azərbaycan Prezidenti
BMT-nin növbədənkənar
sessiyasının çağırılması təşəbbüsünü
irəli sürüb və bu təşəbbüs BMT-yə üzv dövlətlər tərəfindən
dəstəklənib.
Azərbaycan.-2021.- 16 fevral.- S.10.