“İlham
Əliyev bizə tarixin ən böyük məğlubiyyətini
yaşatdı”
Azərbaycan Prezidentinin Qarabağa son səfəri Ermənistanda
təşvişi daha
da artırdı
Ermənistan ictimaiyyətini həyəcanlandıran növbəti hadisə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad olunan Qarabağa növbəti səfərləri olub. Bu səfər Ermənistanda təşvişi daha da artırıb. Sosial şəbəkələrin erməni seqmentində qeyd olunur ki, rəsmi Yerevanın uydurmaları daha insanlar tərəfindən qəbul olunmur.
“Qələbə Əliyevindir”
Prezident İlham Əliyevin Füzuliyə, Cəbrayıla, Zəngilana və Laçına səfərindən sonra sosial şəbəkələrdə paylaşılan statuslardan və verilən şərhlərdən belə qənaətə gəlmək olar ki, artıq ermənilər həm hərbi, həm də diplomatiya cəbhəsində Azərbaycana daha böyük fərqlə uduzmağın gerçəkliyini anlamağa başlayıblar. Sosial mediada paylaşılan statuslardan və yazılan şərhlərdən bir neçəsini oxucuların diqqətinə çatdırırıq.
Siyasi ekspert Artur Qriqoryan “Facebook” sosial şəbəkəsində maraqlı paylaşımı ilə nəzərləri özünə çəkib: “İlham Əliyevin Laçına səfərini, verdiyi mesajları internetdən izlədim. Bir daha əmin oldum ki, biabırcasına uduzmuşuq. Əgər erməni olmasaydım, Əliyevin sözlərini alqışla qarşılayardım. O, həmişə olduğu kimi, bu dəfə də Laçından verdiyi mesajlarla gündəmi zəbt etdi. Müharibədən sonra diplomatiya sahəsində bizə yenə zərbələr vurdu. Əliyev növbəti dəfə Laçından bəyan etdi ki, Qarabağ Azərbaycandır. Bizim rəhbərlik isə bu sahədə lazımlı biliklərə malik deyil və yarımçıq cavabları ilə özlərini gülməli vəziyyətə salırlar. Amma reallıq birdir: qələbə Əliyevin tərəfindədir”.
Manvel Vardanyan adlı istifadəçi “Instagram”da Prezident İlham Əliyevin Laçına səfəri ilə bağlı paylaşılan statusa belə bir şərh yazıb: “Açıq reallıq budur. Müharibədə İlham Əliyev Paşinyana yüksək peşəkarlığın necə olduğunu göstərdi. Bizim baş nazir bəs nə etdi? Seyrçi mövqeyində qaldı. İlham Əliyev bizə tarixin ən böyük məğlubiyyətini yaşatdı”. (Məyus işarəsi)
“Ermənistan İlham Əliyev qarşısında daim məğlubdur”
“Facebook” sosial şəbəkəsində İlham Əliyevin Laçındakı çıxışı ilə bağlı xəbərə münasibət bildirən, profilinə baxdıqda fermer olduğu nəzərə çarpan Ovasan Baqdasaryan yazır ki, səsləndirilən düz fikirlər niyə bəzilərini narahat edir: “Biz yalan danışmırıq. Öz vətəndaş mövqeyimizi nümayiş etdiririk. Çəkinmədən fikrimi bildirirəm. İstəyirlər gəlib məni aparsınlar. Ünvanımı da yaza bilərəm. Ermənistan İlham Əliyev qarşısında daim məğlubdur. Qarabağda Əliyev bizim rəhbərlərimiz haqda kifayət qədər sərt tonda danışır, açıq şəkildə bildirir ki, bir daha müharibə başlayarsa, Ermənistanın sonu olacaq. Amma məğlub Paşinyan indiyə qədər buna qarşı hansısa tutarlı cavab verə bilməyib. Nə günlərə qaldıq”. (Məyus işarəsi)
“Instagram” sosial şəbəkəsində Vazgen Qaparyan adlı biri beş yüz minlik bəyənməsi olan səhifədə Azərbaycan Prezidentinin Laçında etdiyi çıxışının yer aldığı xəbərə rəy bildirib: “İlham Əliyev ötən ay Şuşada olduğu kimi, Laçında da çox açıq mesajlar verdi. Güləbirddə SES-in açılışını etdi. Paşinyanın İlham Əliyevdən çəkdikləri nədir? Çox qorxulu bir vəziyyətdir. Paşinyan ancaq evdə lovğalanır, hakimiyyətini qorumaq üçün daxili etirazları yatırtmağa çalışır. Əliyev 44 günlük müharibədə Paşinyanın burnunu ovub geri göndərdi. Bugünkü Ermənistan bədbəxtdir”. (Qəzəb işarəsi)
“İlham Əliyev Sarkisyanı da, Paşinyanı da yenə yerə vurdu, sonra da təpiklədi”
Ermənistanın xəbər agentliklərinin sosial media səhifələrində “Dostlar, İlham Əliyevin Qarabağa səfərindəki çıxışlarından nə nəticə çıxardınız” sualına çoxlu sayda münasibət bildirilib. Arsin Arzumanyanın şərhi çoxlu bəyənmələrlə yadda qalıb. İxtisasca hüquqşünas olduğunu qeyd edən Arsin yazır: “Bilmirəm fikir verdiniz ya yox, ümumiyyətlə, İlham Əliyev çıxışlarında Koçaryan və Sarkisyana meydan oxuyur. Hər dəfə Sarkisyanı hərbi cani adlandırır. Bu dəfə də dövlətimizi, ordumuzu biabır etdi. Paşinyanın isə onun cavabını verməyə cürəti çatmır. Çünki qorxaqdır. Ancaq gücü ölkəmizdəki kasıb insanlara çatır. O, baş nazir deyil, üz qarasıdır. Mənim bu şərhimə qeyri-etik ifadələr işlədənləri, Paşinyana, Sarkisyana yaltaqlananları blok edəcəyəm, şikayət edəcəyəm. Xəbəriniz olsun!”
Arsinin şərhinə fikir bildirən sahibkar Samvel Ovannisyanın “Səninlə tamamilə razıyam. Əliyev bizim prezidentləri hər çıxışında əzir. Kimlərsə məni qınasa da, söysə də, bunu açıq şəkildə çəkinmədən yazacağam: İlham Əliyev Ermənistanı da, S.Sarkisyanı da, Paşinyanı da yenə yerə vurdu, sonra da təpiklədi” rəyi bəzilərində qıcıq yaratsa da, əksəriyyətin bəyənməsinə səbəb olub.
“Azərbaycan Prezidenti Laçından Ermənistana
od püskürdü”
Manvel Levonyan adlı birinin “Vkontakte” sosial şəbəkəsindəki
paylaşımı da
maraqla qarşılanıb:
“Acı reallıq olsa da, qəbul
edək ki, bizim kimdən nə bəxtimiz gətirmişdi ki, Paşinyandan da gətirsin. Pafoslu çıxışlarına, aktyorluğuna 44 günlük
müharibədə İlham
Əliyev zərbə
vurdu. Azərbaycan
Prezidenti Laçından
Ermənistana od püskürür, bizimkinin
isə susmaqdan başqa çarəsi yoxdur”.
Karen Mkrtçyan adlı istifadəçi “Telegram” kanallarından birində Azərbaycan Prezidentinin Zəngilandan, Laçından paylaşılan videolarına, şəkillərinə yazdığı rəylə diqqət çəkib: “Ermənistan dağılır, Azərbaycan qarşısında hər gün daha çox məğlub duruma düşür, bəs bizim media orqanları niyə susur? İlham Əliyevin Laçına səfəri, verdiyi mesajlar bir erməni kimi məni çox üzür. Hər il yay aylarında Yerevandan Laçına istirahətə gedirdik. Təriflədiyiniz Paşinyan buna nə cavab verəcək? Heç nə! Öz kefindədir”.
Henrix Saaryan adlı istifadəçinin “Twitter”də paylaşımı isə daha çox “retweet” olunub: “İlham Əliyev Şuşada, Laçında quruculuq işləri ilə tanış olur, Ermənistana sərt mesajlar verir. Bizim baş nazir isə susur. Əliyevə tutarlı cavab verə bilmir və yəqin ki, bundan sonra da bilməyəcək. İndi deyirəm ki, məkanın gerçək sahibləri artıq qayıdıb”.
Bu məzmunlu statusa və şərhlərə çoxlu əlavələr etmək olar. 44 günlük müharibədə Ermənistan tarixinin ən böyük zərbəsini alıb. Prezident İlham Əliyevin Qarabağa səfəri zamanı səsləndirdiyi fikirlər isə Ermənistana məğlubiyyətinin acısını yenidən yaşadır.
Elçin CƏFƏROV
Azərbaycan.-2021.- 17 fevral.- S.1;4.