Azərbaycanın aqrar sektoru pandemiya sınağından uğurla çıxır

 

 

2020-ci il dünya iqtisadiyyatı tarixində qlobal itkilərlə nəticələnən ən ağır illərdən biri kimi yadda qalacaq. Koronavirus pandemiyasının fəsadları, yaratdığı problemlər göz qarşısındadır. Yalnız çevik iqtisadi siyasət yeridə bilən ölkələr nisbətən az itkilərlə üzləşir, ən mürəkkəb vəziyyətlərdən daha asan və qısa yollarla çıxa bilirlər.

Məlumdur ki, pandemiya üzündən planetdə sərt qaydalarqadağalar tətbiq edilmiş və nəticədə əksər sahələr kimi, aqrar sektorun bir çox sahələri də iflic vəziyyətinə düşmüş, sifarişlərin sayı azalmış, bəzi kənd təsərrüfatı məhsullarını hətta bazara çıxarmaq belə mümkün olmamışdır.

Azərbaycanda isə kənd təsərrüfatında işlərin davamlı aparılması üçün ciddi tədbirlər görülmüş, ümumi qadağalardan istisnalar tətbiq edilmiş, o cümlədən  kənd təsərrüfatı texnikasının maneəsiz hərəkətinə imkan yaradılmışdır. Beləliklə, fermerlər gündüz də, lazım gələndə gecə də çalışaraq bol məhsul yetişdirib onları daxilixarici bazarlara çıxarmaq imkanlarını itirməmişlər. Statistik rəqəmlər də ölkənin aqrar sektorunun bu ağır aylarda əvvəl olduğu kimi dinamik inkişaf etdiyini göstərir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyiİxrac İcmalı”nda göstərilir ki, 2020-ci ildə Azərbaycanın ümumi ixracı 13,7 milyard, qeyri-neft sektoru üzrə 1,9 milyard ABŞ dolları dəyərində olmuşdur. Ötən il qeyri-neft sektoru üzrə ixracın dəyəri 2019-cu illə müqayisədə 102 milyon dollar (5,2 faiz) azalsa da, bu, pandemiyanın əksər ölkələrə vurduğu ziyanların fonunda o qədər də narahatedici görünmür.

Ötən il qeyri-neft sektoru məhsulları ixrac etdiyimiz ölkələrin sırasında birinci yerdə 691 milyon manatla Rusiya, ikinci yerdə 377,8 milyon manatla Türkiyə, üçüncü yerdə 224,8 milyon manatla İsveçrə dayanır. Həmçinin Gürcüstana 127,6 milyon və Çinə 44,5 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunmuşdur.

Keçən il ixrac edilən kənd təsərrüfatı məhsulları sırasında tomat, yəni pomidor (201,4 milyon dollarlıq) və pambıq mahlıcı (131,9 milyon dollarlıq) ilk yerləri tutur. İl ərzində həmçinin meyvə-tərəvəz, pambıq lifi, pambıq ipliyi, spirtlispirtsiz içkilər, şəkər, bitkiheyvan mənşəli piyyağlar, çay ixrac edilmişdir. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə meyvə-tərəvəz ixracı 0,3, bitkiheyvan mənşəli piy və yağların ixracı 34, şəkər ixracı 0,1 və pambıq lifi ixracı 7,5 faiz artmışdır. Göründüyü kimi, pandemiyanın ölkədə tüğyan etdiyi aylarda belə aqrar sektor normal fəaliyyət göstərmiş və nəticədə 2019-cu ilə nisbətən daha yüksək göstəricilər əldə olunmuşdur.

Bu yerdə ötən ilin sonuncu ayına aid bir sıra statistik rəqəmləri 2019-cu ilin müvafiq dövrü ilə müqayisə etmək yerinə düşərdi: 2020-ci ilin dekabr ayında qeyri-neft sektoru üzrə ixracın dəyəri 213,5 milyon dollar olaraq ümumi ixracda payı 31,4 faiz təşkil etmişdir ki, bu da 2019-cu ilin son ayı ilə müqayisədə 23,1 faiz artım deməkdir.

Keçən ilin dekabrında qeyri neft-qaz məhsullarının ən çox mal ixrac edildiyi  ölkələrin birinci üçlüyünə yenə də Rusiya (62,8 milyon dollar), Türkiyə (57,3 milyon dollar) və İsveçrə (23,5 milyon dollar) aiddir.

“İxrac İcmalı”nda o da bildirilir ki, 2021-ci ilin yanvar ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft məhsulları ixracının dəyəri 8,8 milyon ABŞ dolları olmuşdur. Yeri gəlmişkən məlumat verək ki, ötən ilBir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac olunan mal və məhsulların dəyəri 182,8 milyon dollar təşkil etmişdir.

 

 

Bahadur İMANQULİYEV

Azərbaycan.-2021.- 17 fevral.- S.1;6.