İndoneziya
Azərbaycanı daim dəstəkləyən ölkədir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev fevralın 16-da
İndoneziya Respublikasının ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri
Hildi Hamidin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən səfir Hildi Hamid dedi:
-Zati-aliləri Prezident İlham Əliyev. İndoneziya Respublikasının Azərbaycan
Respublikasında fövqəladə
və səlahiyyətli
səfiri təyin olunmağımla bağlı
etimadnaməni və sələfimin geri çağırılması ilə
bağlı məktubu
Sizə təqdim etməkdən şərəf
duyuram. İcazə verin, həmçinin
Sizə Prezident Coko Vidodonun İndoneziya hökuməti
və xalqı adından səmimi salamlarını çatdırım.
Prezident Coko Vidodo İndoneziya
ilə Azərbaycan arasında, xüsusilə
iqtisadiyyat sahəsində
daha güclü əməkdaşlığın və ikitərəfli əlaqələrin inkişaf
etdirilməsi arzusundadır.
Təşəkkür edirəm.
Səfiri
salamlayan Prezident İlham Əliyev dedi:
-Xoş gəlmisiniz, cənab səfir. Sizi görməyə çox
şadam. Xahiş edirəm
mənim də ən xoş salamlarımı cənab Prezident Coko Vidodoya çatdırın.
Mən bizim əməkdaşlıqda
sürətli inkişafı
görəcəyimə ümid
edirəm. Siz də
qeyd etdiyiniz kimi, iqtisadi sahədə daha mühüm tərəfdaşlıq
istiqamətlərini müəyyən
etmək üçün
bizim çox böyük potensialımız
var. Əlbəttə ki,
müxtəlif sahələrdə
əməkdaşlığımızı
genişləndirmək üçün
güclü siyasi əlaqələr çox
faydalı olacaq.
Biz siyasi sahədə
çox uğurla əməkdaşlıq edirik,
beynəlxalq təşkilatlarda,
Birləşmiş Millətlər
Təşkilatında bir-birimizi
dəstəkləyirik. Sözsüz
ki, biz səylərimizi
Qoşulmama Hərəkatı
Təşkilatı çərçivəsində
koordinasiya edirik.
Biz Qoşulmama Hərəkatında təşəbbüslərimizə
dəstək nümayiş
etdirdiyinə görə
İndoneziyaya minnətdarıq.
Bildiyiniz
kimi, Qoşulmama Hərəkatında şərəfli
missiya olan sədrliyi üzərimizə
götürəndə mən
dedim ki, Azərbaycan öz fəaliyyətində, atdığı
addımlarda beynəlxalq
hüququ və ədaləti müdafiə
edəcək. Biz işğal illəri ərzində İndoneziya
tərəfindən Azərbaycana
davamlı dəstəyin
göstərilməsinə görə xüsusilə
minnətdarıq. İndoneziya BMT Baş Assambleyası, həmçinin İslam Əməkdaşlıq Təşkilatı,
Qoşulmama Hərəkatı
tərəfindən qəbul
edilmiş dəstək
xarakterli qətnamələrə
həmişə qoşulmuşdur
və Azərbaycanın
haqq işini dəstəkləmişdir. Bu dəstək uzun
illər ərzində
nümayiş etdirilmişdir
və münaqişənin
həlli üçün
bizim mövqeyimizi, çox möhkəm hüquqi bazanın yaradılması prosesini gücləndirmişdir. Münaqişə zamanı hökumətiniz
Azərbaycana dəstəyini
ifadə etmişdir,
biz bunu yüksək qiymətləndiririk. Xarici İşlər
Nazirliyi erməni işğalçı qüvvələrin
Azərbaycan ərazilərindən
dərhal, qeyd-şərtsiz
və tam çıxarılmasını
tələb edən
BMT Təhlükəsizlik Şurasının
qətnamələrinin icrasına
dəstək olaraq bəyanat vermişdir.
Biz buna görə
sizə çox minnətdarıq. Həmçinin ölkənizin parlamenti, parlamentinizin bir çox üzvləri Azərbaycanla həmrəy
olduqlarını ifadə
etmiş və dəstəyini bildirmişdir.
Bütün bunlar Azərbaycan xalqına məlumdur və bu, Azərbaycan
hökuməti tərəfindən
yüksək qiymətləndirilir. İndoneziya Birləşmiş
Millətlər Təşkilatında
müzakirələr zamanı
müharibə gedən
vaxt bizim mövqeyimizə güclü
dəstək göstərən
Qoşulmama Hərəkatının
digər üzvləri
arasında olmuşdur.
Bildiyiniz
kimi, Təhlükəsizlik
Şurasının bəzi
üzvləri yeni qətnamələrin və
qərarların qəbul
edilməsi prosesinə
başlamaq istəyirdilər.
Bu, əslində, bizim ərazilərin işğaldan azad olunması ilə bağlı haqq işimizi dayandırmaq üçün bir cəhd idi. Bu cəhdlər və
düşünülmüş bu mətnlər Təhlükəsizlik Şurasının
üzv ölkələri
tərəfindən qəbul
edilmiş qətnamələrə
istinad etmirdi. Beləliklə, İndoneziya
Qoşulmama Hərəkatının
üzvü olan digər dost ölkələrlə
birlikdə ərazi bütövlüyümüzün bərpa edilməsinin dayandırılmasına yönəlmiş
bu cəhdlərin qarşısını aldı
və biz bunu çox yüksək qiymətləndiririk. Biz buna görə minnətdarıq. Bu, həmrəyliyin, dəstəyin
və dostluğun ifadəsidir. Beləliklə, bu, bizim əməkdaşlığın
siyasi əsasıdır.
Biz indi irəliyə baxmalıyıq. Azərbaycan öz ərazilərini azad etdikdən və ərazi bütövlüyünü bərpa etdikdən sonra iqtisadi əməkdaşlıq üçün böyük imkanlar var, həmçinin işğaldan azad olunmuş torpaqlarda da. Biz planlaşdırdığımız müxtəlif layihələri icra etmək, həmçinin birliyimizi nümayiş etdirmək üçün İndoneziya şirkətlərini tərəfdaşlarımız, podratçılarımız qismində görmək istəyirik. Bu, bizim planımızdır. Sizə burada xoş vaxt keçirməyi, çox fəal iş arzulayıram. Çünki ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq üçün iqtisadi sahədə çoxlu işlər görülməlidir. Əminəm ki, sizin Azərbaycandakı fəaliyyətiniz zamanı biz yaxşı irəliləyiş görəcəyik.
Səfir
Hildi Hamid: Zati-aliləri, İndoneziya ilə əlaqələrə
göstərdiyiniz diqqətə görə Sizə təşəkkür
edirəm. Zati-aliləri cənab Prezident,
İndoneziyanın Azərbaycandakı səfiri təyin
olunmağımdan şərəf hissi duyur, vəzifəmin məsuliyyətini tam dərk edirəm. Səfir olduğum müddətdə hər iki ölkənin hökumətləri və
xalqları arasında dostluğu və
qarşılıqlı faydalı əməkdaşlığı
dərinləşdirməyə, qarşılıqlı
anlaşmanı və dostluğu
yaxşılaşdırmağa səy göstərəcəyəm.
İndoneziya ilə Azərbaycan arasındakı
əlaqələrin yeni səviyyəyə
çatdırılması üçün
əlimdən gələni əsirgəməyəcəyəm
ki, Zati-alinizin və
hökumətinizin tam dəstəyi ilə
ölkələrimiz arasında əməkdaşlıq davam etdirilsin. Azərbaycan
Respublikasına inkişaf, Azərbaycan
xalqına isə rifah diləyirəm.
Azərbaycan.-2021.- 17 fevral.- S.1-2.