Milli Məclisin regional məsələlər komitəsinin videokonfrans formatında iclası keçirilib

 

 

Fevralın 16-da Milli Məclisin regional məsələlər komitəsinin videokonfrans formatında iclası keçirilib. Komitənin sədri Siyavuş Novruzov bildirib ki, gündəliyə 3 məsələ daxil edilib.

Milli Məclisin mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda əvvəlcə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi ilə bağlı məsələyə baxılıb.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov diqqətə çatdırıb ki, 2020-ci il ərzində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin yaxşılaşdırılması, bələdiyyələr tərəfindən yol verilmiş pozuntuların aradan qaldırılması ya qarşısının alınması ilə bağlı zəruri addımlar atılıb, mövcud qanunvericiliyə müvafiq dəyişikliklər olunub. Hesabat dövründə Ədliyyə Nazirliyində 79 min 858 bələdiyyə aktına inzibati nəzarət qaydasında baxılıb, 76 min 433 akt (95,7 faiz) qanunvericiliyə uyğun hesab edilib. Normativ hüquqi aktların tələblərinə zidd olan 2939 aktın dəyişdirilməsi ya ləğv edilməsi üçün təkliflər verilib, digər 486 akt isə icraatdadır.

Qeyd edilib ki, ötən il bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş 3503 müraciətdən 3206-na baxılıb, 156-sı aidiyyəti üzrə göndərilib, 141 müraciət isə baxılmaqdadır. Bu müddətdə 751 vətəndaş qəbul edilib, onların müraciətləri ilə əlaqədar zəruri tədbirlər görülüb.

Bildirilib ki, bələdiyyələrin fəaliyyətinə həyata keçirilən inzibati nəzarət tədbirləri nəticəsində ümumilikdə 10 min 478 hektar torpaq sahəsinin qanunsuz ayrılması barədə bələdiyyə aktlarının ləğv edilməsi ilə bağlı nazirlik tərəfindən təkliflər ya məhkəmələrə iddialar verilib. Nəticədə 396 hektar torpaq sahəsinin mülkiyyətə, 6850 hektar torpaq sahəsinin icarəyə 971 hektar torpaq sahəsinin istifadəyə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib. Bütövlükdə 8217 hektar torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması təmin olunub.

Hesabat dövründə bölgələrdə bələdiyyə üzvü qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə 86 tədbir keçirilib.

Sənəddə deyilir ki, dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmişAçıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda yerli özünüidarəetmədə hesabatlılığın, aşkarlığın ictimai iştirakçılığın təmin edilməsi məqsədilə nəzərdə tutulmuş tapşırıqların icrası istiqamətində bir sıra tədbirlər görülüb. Həyata keçirilən bütün tədbirlər ölkəmizdə yerli özünüidarəetmə institutunun təkmilləşdirilməsinə, müasir dövrün tələblərinə uyğunlaşdırılmasına, yerli əhali arasında bələdiyyələrə etimadın artmasına yönəlib.

Sonra komitə üzvü Səttar Möhbalıyev gündəlikdəki növbəti iki məsələni təqdim edib. Məlumat verilib ki, “Naxçıvan Muxtar Respublikasının Şərur Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqındaqanun layihəsinə əsasən, Şərur rayonunun inzibati ərazi bölgüsünə daxil olan Dəmirçi kənd inzibati ərazi dairəsi tərkibindəki Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilir. Dəmirçi kənd inzibati ərazi dairəsi Şərur rayonunun tabeliyindən çıxarılaraq Sədərək rayonunun tabeliyinə verilir. Şərur rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 4444 hektar torpaq sahəsi Sədərək rayonunun inzibati ərazisinə birləşdirilir. Qeyd edilib ki, bununla bağlıBələdiyyələrin əraziləri torpaqları haqqındaAzərbaycan Respublikasının Qanununa əlavə edilmişAzərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda da müvafiq düzəlişin edilməsi nəzərdə tutulub.

Bildirilib ki, bu dəyişikliklər dövlət idarəçiliyinin təkmilləşdirilməsi, ərazi vahidlərinin sosial-iqtisadi problemlərinin həlli, vətəndaşların dövlət orqanlarının qarşılıqlı münasibətlərinin daha da yaxşılaşdırılması məqsədi ilə aparılır.

Onlayn iclasda çıxış edən komitə sədri Siyavuş Novruzov, komitənin üzvləri Nizami Cəfərov, Məzahir Əfəndiyev, Kamran Bayramov, Cavid Osmanov, Elşən Musayev bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi barədə fikirlərini bildirib, bir sıra təkliflər səsləndiriblər. Deputatlar Naxçıvan Muxtar Respublikasının Şərur Sədərək rayonlarının inzibati ərazi bölgüsündə nəzərdə tutulan dəyişiklikləri dəstəkləyiblər.

Müzakirələrin sonunda gündəlikdəki hər üç sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Tədbirdə komitə üzvləri Emin Hacıyev, Malik Həsənov, Səbinə Xasayeva, Aqil Məmmədov, Tahir Rzayev, Əliabbas Salahzadə iştirak ediblər.

 

Azərbaycan.-2021.-17 fevral.- S.4.