Bazardüzü zirvəsinin
şərqindəki adsız yüksəkliyə “Zəfər
zirvəsi” adı verilib
Vətən
müharibəsində Qələbə münasibətilə
Azərbaycan Ordusunun zabitləri və “Qartal”
Dağçılıq İdman Klubunun alpinistlərindən
ibarət heyətin Böyük Qafqaz sıra
dağlarının Bazardüzü zirvəsinin şərqində
yerləşən adsız yüksəkliyə (4301 m)
yürüşü təşkil olunub.
Müdafiə
Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, “Zəfər Azərbaycanındır!”
adlı ekspedisiyanın iştirakçıları mürəkkəb
relyefə malik dağlıq ərazini keçərək təyin
edilmiş yüksəkliyə qalxıblar.
Ekspedisiyanın
iştirakçıları orada Azərbaycan
Respublikasının Dövlət bayrağını
ucaldıb, Dövlət Himnini ifa edib və Vətən
müharibəsində həlak olmuş şəhidlərimizin
əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonda
Vətən müharibəsində Qələbəni tərənnüm
edən “Zəfər zirvəsi” adlı lövhə bu yüksəklikdə
bərkidilib.
Azərbaycan.-2021.-17 fevral.- S.7.