Ermənistanda müxalifət vətəndaş müharibəsinə hazırlaşır

 

Keçmiş hərbi xuntanın revanş cəhdi vəziyyəti daha da gərginləşdirir

 

 

Ermənistanda baş verən son proseslər güclü qarşıdurma mərhələsinin başlandığını göstərir. Müxalif qüvvələrin Nikol Paşinyan iqtidarına qarşı fəaliyyəti daha da genişlənir.

Elə bu xüsusda keçmiş hərbi xunta yenidən önə çıxmağa cəhd göstərir. Bu günlərdə müxalifətin birləşdiyi və baş nazir Nikol Paşinyanın istefasını tələb edən “Vətənin qurtuluşu hərəkatı”nın liderlərinin növbəti görüşü olub.

Daşnaksütyunun nümayəndəsi İşxan Saqatelyan deyib ki, hərəkatın liderləri Vazgen Manukyan, Serj Sarkisyan, Robert Koçaryan, Artur Vanetsyan və digərləri mövcud vəziyyəti, gələcək proqramları müzakirə ediblər. Onlar fevralın 20-də ilk dəfə olaraq böyük mitinq keçirmək niyyətindədirlər.

Proseslər Nikol Paşinyan və müxalifət arasında münasibətlərin daha kəskin xarakter almaqda olduğunu göstərir.  Belə görünür ki, qarşıdakı günlər ərzində ölkədə ictimai-siyasi gərginlik artacaq. Çünki müxalifətin vətəndaş müharibəsinə hazırlaşdığı nəzərlərdən yayınmır.  Vəziyyəti gərginləşdirən başqa bir səbəb  isə Paşinyana qarşı olan qüvvələrin bir qisminin sabiq prezidentlər Serj SarkisyanRobert Koçaryan ətrafında birləşməsi, sonuncuların isə yenidən hakimiyyətə iddialı olmalarıdır.

Bütün bunların fonunda Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sabiq prezident S.Sarkisyanı  növbəti dəfə ifşa edib. Bildirib ki, 2016-cı ildə Aprel müharibəsi Sarkisyanın xahişi ilə dayandırılıb. O,  Rusiya vasitəsilə Azərbaycan Prezidenti İlham Əliyevə vəd verib ki, işğal altındakı rayonların boşaldılmasına dair qrafiki təsdiq edəcək.

Aprel müharibəsi erməni tərəfinin vədlərindən sonra dayandırıldı. Verilmiş vədlərin 2016-cı ilin yayında yerinə yetirilməsinə dair müəyyən qrafik də nəzərdə tutulmuşdu. Lakin həmin ilin yayında “Sasna tsrer” qiyamı baş verdiSerj Sarkisyan bundan istifadə edərək verdiyi vədlərin yerinə yetirilməsini 2017-ci ilin aprelinə qədər, sonra isə hakimiyyətdən gedənə qədər uzatdı. Bu adam çoxsaylı vədlər verərək Ermənistanın üzərinə belə yük qoydu, sonra postunu tərk etdiindi çıxıb deyir ki, “mən hansısa kağızı imzalamağa, hansısa addımı atmağa hazır idim”. Bununla belə, mən dəqiq bəyan edirəm ki, onun verdiyi vədlər, yaratdığı yalan üzündən biz ciddi problemlərlə qarşılaşdıq”, - deyə Qriqoryan bildirib.

Ermənistanda müxalifətin iqtidar əleyhinə təşkil etdiyi mitinqlərə cavab olaraq baş nazir Nikol Paşinyanın tərəfdarları da aksiya keçirirlər. Belə aksiyalardan biri Gümrüdə təşkil edilib. Lakin bu dəfəki mitinqdə Paşinyanın fəal dəstəkçiləri gözə dəyməyiblər. Deputat Naira Zohrabyan müqayisə üçün 2018-ci ildə təşkil edilən mitinqlə son aksiyanın fotolarını paylaşaraq deyib ki, hər ikisi Gümrüdə Paşinyanın tərəfdarlarının keçirdiyi aksiya olsa da, reallıq göz önündədir.

Erməni KİV-ində aksiyaya qoşulan Paşinyanın azsaylı tərəfdarlarının Yerevandan gətirilməsi barədə məlumatlar da dolaşır. Jurnalistlər baş nazirin saxta dəstəkçilərinin Gümrüdə toplanması üçün müəyyən administrativ tədbirlərdən istifadə edilməsinə dair faktlar əldə ediblər.

Yayılan fotolardan birində öndə gedən şəxsin başqa bir rayondan olan Suren Torosyan adlı məmur olduğu və işçiləri ilə yanaşı addımladığı qeyd edilib. Bildirilib ki, xalqın Paşinyanı dəstəkləməsi ilə bağlı görüntü yaratmaq üçün digər ərazilərdə yaşayan vətəndaşlar da zorla Gümrüyə gətirilib.

Lragir” qəzeti yazır ki, ölkədə hakimiyyət özbaşınalığı və perspektivin olmaması səbəbindən gənclərin qruplar halında əsasən Rusiya istiqamətində miqrasiya etmələri və keçmiş Sovet İttifaqının süqutundan sonra Ermənistanın 16-30 yaş arasındakı vətəndaşlarının bir milyonundan çoxununbununla da öz gələcəyini itirdiyi qeyd olunur: “Ermənistan hökuməti əhalinin, xüsusilə gənclərin ölkəni birdəfəlik tərk edərək digər ölkələrə üz tutmasından heç bir narahatlıq keçirmir, əksinə, miqrasiya edən gənclərlə narazı elektoratın və gələcək potensial inqilabçı-gənclərin sayının azalmasınabu yolla hakimiyyətdə qalmaqda davam etməyə ümid edir”.

Görünən odur ki, Ermənistanda daxili siyasi vəziyyət tədricən daha da mürəkkəbləşməyə doğru gedir. Bununla da ölkə sonu görünməyən daxili siyasi böhrana qədəm qoyur.

 

 Elçin CƏFƏROV

Azərbaycan.-2021.-18 fevral.- S.1;7.