Azərbaycan ilə Özbəkistan
arasında hərbi əməkdaşlıq məsələləri
müzakirə edilib
Fevralın 17-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanovla görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müdafiə naziri bildirib ki, ölkələrimiz arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlıq dostluq və qardaşlıq münasibətləri üzərində qurulub. Nazir qeyd edib ki, bütün sahələrdə olduğu kimi müdafiə sahəsində də əlaqələrimiz ölkələrimizin maraqlarına uyğun uğurla inkişaf edir.
General-polkovnik
Z.Həsənov səfirə ordu quruculuğu sahəsində
keçirilən islahatlar və əldə olunan nailiyyətlər
barədə də məlumat verib.
Diplomat Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhidlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib. Səfir qeyd edib ki, Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və hər zaman ölkəmizə bütün məsələlərdə dəstək göstərib.
Özbəkistanın Azərbaycan
ilə birgə hərbi təlim və treninqlərin
keçirilməsində maraqlı olduğunu
qeyd edən səfir Özbəkistan
Silahlı Qüvvələrinin hərbi
qulluqçularının iştirakı ilə Azərbaycanın
hərbi təhsil müəssisələrində təcrübə
mübadiləsinin aparılmasının vacibliyini
də vurğulayıb.
Görüşdə
müdafiə və hərbi təhsil sahəsində birgə
əməkdaşlığın hazırkı vəziyyəti
və inkişaf perspektivləri ilə bağlı bir sıra
digər məsələlər müzakirə olunub.
Azərbaycan.-2021.-18 fevral.- S.2.