Azərbaycanın və Böyük Britaniyanın hərbi təhsil
üzrə ekspertləri arasında görüş
keçirilib
Silahlı Qüvvələrin Hərbi Akademiyasında Azərbaycan və Böyük Britaniya Müdafiə nazirliklərinin hərbi təhsil üzrə ekspertləri arasında görüş keçirilib.
Müdafiə
Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, tərəflər hərbi təhsil sahəsində
razılaşmaların həyata keçirilməsinin əhəmiyyətini
vurğulayıb, eləcə də hərbi ingilis dili
kurslarının təşkilinin və ölkə xaricində
keçirilən müxtəlif kurslarda iştirak edən hərbi
qulluqçuların təcrübə mübadiləsinin zəruriliyini
qeyd ediblər.
Görüşdə
iki ölkə arasında hərbi təhsil sahəsində əməkdaşlıq
perspektivləri müzakirə olunub.
Azərbaycan.-2021.-18 fevral.- S.2.