Zaqatalada Vətən
müharibəsinin iştirakçısı ilə görüş olub
Zaqatala rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Vətən müharibəsinin iştirakçısı, “Cəsur döyüşçü” medalı ilə təltif olunan baş leytenant Laçın Güliyevlə görüş keçirilib.
AZƏRTAC
xəbər verir ki, mərkəzin əməkdaşlarının,
mədəniyyət işçiləri və
ziyalıların, gənclərin iştirakı ilə onlayn
formatda keçirilən görüşün əvvəlində
torpaqlarımızın erməni
işğalçılarından azad edilməsi uğrunda gedən
döyüşlərdə şəhidlik zirvəsinə
ucalan qəhrəman Vətən oğullarının xatirəsi
bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri Zaqatala rayon Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov açaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 gün davam edən Vətən müharibəsində qazandığı tarixi Qələbədən danışıb. Vurğulanıb ki, şanlı zəfərlə başa çatan Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni-yeni səhifələr yazıb. Vətən müharibəsinin iştirakçısı Laçın Güliyev cəbhə təəssüratlarından, əsgər və zabitlərimizin keçdiyi şərəfli döyüş yolundan söz açıb.
Tədbirdə
çıxış edənlər Prezident
İlham Əliyevin şəhid ailələri
və müharibə əlillərinin rifahının
yaxşılaşdırılması məqsədilə
imzaladığı fərman və sərəncamlardan, Vətən
müharibəsi iştirakçılarına göstərilən
diqqət və qayğıdan məmnunluqlarını ifadə
ediblər.
Azərbaycan.-2021.-18 fevral.- S.4.