“Azərbaycan
Respublikası Hökuməti ilə Türkiyə
Respublikası Hökuməti arasında
qarşılıqlı olaraq vizadan azad etmə
haqqında 25 fevral 2020-ci il
tarixində Bakı şəhərində imzalanmış
Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan
Respublikası Hökuməti ilə Türkiyə
Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
95-ci maddəsinin I hissəsinin
4-cü bəndini rəhbər
tutaraq qərara alır:
2020-ci il dekabrın
10-da Bakı şəhərində
imzalanmış “Azərbaycan
Respublikası Hökuməti
ilə Türkiyə Respublikası Hökuməti
arasında qarşılıqlı
olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində
imzalanmış Sazişə
dəyişikliklər edilməsi
haqqında Azərbaycan
Respublikası Hökuməti
ilə Türkiyə Respublikası Hökuməti
arasında 1 saylı Protokol” təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral
2021-ci il
Azərbaycan.-2021.- 19 fevral.- S.2.