Kamran
Əliyev: “Yeni mərhələdə Azərbaycan və
Türkiyə prokurorluqları arasında münasibətlərin
daha da intensivləşməsi
üçün kifayət qədər əsaslar
var”
Hesab edirəm ki, səfərimiz kifayət qədər uğurlu oldu. Azərbaycanın hüquq-mühafizə orqanları ilə Türkiyənin, xüsusilə Türkiyə Ali Məhkəməsinin Baş Prokurorluğu ilə əməkdaşlığın dərinləşdirilməsinə dair müzakirələrimiz oldu, fikir və təkliflərimizi bir-birimizə bildirdik. Bildiyiniz kimi, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edildik.
Bu sözləri Türkiyə Respublikasına rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib.
Görüşlərdə
mühüm məsələlərin müzakirə
olunduğunu və əhəmiyyətli qərarların qəbul
edildiyini vurğulayan Baş prokuror bildirib: “Müzakirə
etdiyimiz təklifləri Türkiyə Prezidenti ilə
görüşümüzdə də səsləndirdik. Bunlar nədən ibarətdir? Hesab
edirik ki, yeni mərhələdə Azərbaycan və
Türkiyə prokurorluqları arasında münasibətlərin
daha da intensivləşməsi,
daha faydalı olması üçün
kifayət qədər əsaslar var. Təbii
ki, bu, ilk
növbədə ikinci Qarabağ
müharibəsinin nəticələri və sonrakı fəaliyyətlərimizlə
bağlıdır. Qərara aldıq ki, gələcəkdə münasibətlərimizi
həm ikitərəfli formatda, həmçinin
beynəlxalq qurumlar çərçivəsində
inkişaf etdirək. Ən mühüm məsələlərdən biri odur ki,
həmkarım, Türkiyənin Baş prokuroru Bəkir Şahinlə
qarşıdakı illərdə türkdilli
ölkələrin Baş Prokurorları
Şurasının yaradılması üzərində işləmək
və türkdilli ölkələrin baş prokurorlarının illik
ümumi konfransının keçirilməsini
təşkil etmək barədə razılığa gəldik.
Hesab edirik ki, bu, çox
mühüm əhəmiyyət kəsb edən
məsələdir. Təbii ki, digər məsələlər
də müzakirə olundu. Konkret cinayət işləri üzrə əməkdaşlıq,
ekstradisiya məsələləri
müzakirə edildi. Hesab
edirəm ki, bizim
faydalı əməkdaşlığımız həm
dövlətlərimizin, həm xalqlarımızın və həm
də hər iki dövlətin
prokurorluqlarının mənafeyinə xidmət edir”.
Azərbaycan.-2021.-19 fevral.- S.3.