Azad edilmiş ərazilərin yenidən qurulması: rasional iqtisadisiyasi addımlar kontekstində

 

 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinin zəfərlə yekunlaşması müasir tariximizin ən mühüm məsələlərindəndir. Bu gün əldə edilən siyasi, hərbi uğurlar və ərazilərimizin işğaldan azad edilməsinin strateji təməlləri Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi üzərində bərqərar olmuşdur. Hazırda Azərbaycan Cənubi Qafqazda daxilixarici siyasətin vəhdəti baxımından yeganə nümunəvi dövlətdir.

Cənubi Qafqazın digər ölkələrində cərəyan edən hadisələr isə ortadadır. Zaman-zaman yaranan sosialsiyasi gərginliklər, xaricdən idarə edilən hakimiyyət dəyişiklikləri bu ölkələrin inkişafına ciddi şəkildə zərbə vurdu. Xüsusilə Ermənistanın apardığı aqressiv siyasət xalqın güzəranının pisləşməsinə və ölkənin çöküşünə gətirib çıxardı. Azərbaycanda isə hər bir addım rasional əsasda atıldı. Xalq və dövlət vəhdəti gündən-günə gücləndi. İdarəçilik sistemində, iqtisadiyyatda islahatlar həyata keçirildi, gənc kadrların intellektual potensialından istifadə edildi. Dövlət başçısı dəfələrlə bəyan etdi ki, Azərbaycanın ən əsas kapitalı insan kapitalıdır.

Hərbi quruculuq fəaliyyətinin rasional şəkildə aparılması, eləcə də hərbi kadrların hazırlanması üçün həyata keçirilən tədbirlər əldə etdiyimiz qələbənin əsaslarıdır. Düşmən ölkənin mətbuatına baxanda onların süqutu ilə bağlı yazdıqlarını oxuduqda ölkəmiz adına qürur duyuruq. Analitiklər yazırlar ki, Ermənistan bu illər ərzində döyüş əhəmiyyəti az olan silahlar əldə edib. Azərbaycanda isə bunun tam əksinə dövlət başçısı cənab İlham Əliyevin birbaşa nəzarəti altında möhtəşəm hərbi sənaye kompleksi quruldu, praktik xassəli silahlar alındı. Azərbaycan hərbi təhsil müəssisələrində yetişmiş olan kadrlar isə nəinki Cənubi Qafqazda, hətta Xəzər hövzəsində ən güclü olduqlarını sübut etdilər. Və buna görə Azərbaycan zəfər qazandı. Bu zəfər Ümummilli Lider Heydər Əliyev strategiyasını reallaşdıran Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi dühasının nəticəsidir. Müharibə zamanı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa iştirakı ilə vətəndaş həmrəyliyi ortaya qoyuldu. Türkiyə ilə qardaşlıq münasibətlərinin xarakteri, Rusiya ilə praqmatik tərəfdaşlıq münasibətlərinin formalaşması da qələbəmizin siyasi və hərbi aspektlərinin tamamlanmasında önəmli rol oynadı.

Artıq torpaqlarımız işğaldan azad edilmişdir. Bu torpaqlarda yeni quruculuq işlərinin aparılması üçün dövlətimizin resursları səfərbər edilir. Ümumiyyətlə, Azərbaycanın iqtisadi siyasətinin təhlili onu deməyə əsas verir ki, mövcud potensial işğaldan azad edilmiş bölgələrin tezliklə dirçəlməsinə imkan verəcəkdir.

İşğaldan azad edilmiş bölgələrdə iqtisadi fəaliyyətin, infrastruktur sistemin innovativ əsasda formalaşdırılması olduqca vacibdir. Bunu öz çıxışlarında dəfələrlə bəyan edən dövlət başçısı cənab İlham Əliyev ölkəmizin innovativ xarakterini nəzərə çarpdırmışdır.

İşğaldan azad edilmiş bölgələrdə istənilən sahədə həyata keçirilən fəaliyyət elmtutumlu olmalıdır. İqtisadiyyatın inkişaf xarakterinin ekstensiv deyil, intensiv olması olduqca vacibdir. Xüsusilə də informasiya iqtisadi modellərinin bölgədə tətbiqi zəruridir. Artıq bu istiqamətdə işlərə başlanılmışdır. “Ağıllı” yaşayış məskənlərinin qurulmasının bölgədə iqtisadi fəaliyyətin əsası olduğu bəyan edilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bəyan etmişdir ki, ilk olaraq “Zəngilan rayonunda “ağıllı kənd” layihəsi icra ediləcək. Artıq ilkin işlər görülüb. Bərpa ediləcək birinci kənd məhz bu rayonun Ağalı kəndi olacaqdır”. Bu bir daha onu göstərir ki, Azərbaycan qeyd edilən istiqamətdə də Cənubi Qafqazda ilk ölkə nümunəsini ortaya qoyacaqdır.

İşğaldan azad edilmiş bölgələrin rekonstruksiyasında “ağıllı” yaşayış məskənləri elementlərinin tətbiqi vətəndaşların həyatlarının daha da firavan olmasına xidmət edəcək. Müasir dünyada məhsuldarlığın əsas amili vətəndaşın rahatlığının təmin edilməsidir. Bu rahatlıq özünü istehsalatda, xidmət sektorunda büruzə verməlidir. Belə bir ortamda dövlətin həyata keçirdiyi bu layihələrin ictimai təşəbbüskarlıqla dəstəklənməsi olduqca vacibdir. Gələcəkdə maliyyə resurslarının müxtəlif ölçülərdə bu şəkildəki layihələrə cəlb edilməsi milli maraqlarımız daxilindədir. Çünki bu, dövlətimizin həyata keçirdiyi rekonstruksiya fəaliyyətlərində ümummilli iştirakı təmin edə bilər.

İşğaldan azad edilmiş bölgələrdə nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində artıq təməl əsaslar bəyan edilibdir. 2021-ci ilin yanvarında Azərbaycan Prezidenti Füzulidə beynəlxalq hava limanının tikintisi barədə sərəncam imzaladı. Hava limanının təməlqoyma mərasimi ötən ayın 14-də baş tutdu. Bu limanın tikilməsi, eləcə də dəmir yolavtomobil nəqliyyatı sisteminin yenidən qurulması iqtisadi hərəkətliliyi artıracaqdır. Həmçinin nəqliyyat yollarının diversifikasiyası bölgədə iqtisadi inkişafın düzgün paylaşılmasına kömək göstərəcəkdir. Azərbaycan Respublikasının bu bölgədə nəqliyyat şəbəkəsini innovativ şəkildə yenidən qurması dövlətimizin Cənubi Qafqazın əsas ölkəsi kimi statusunu gücləndirəcəkdir.

İşğaldan azad edilmiş ərazilərdə turizm fəaliyyətinin inkişafı üçünbütün imkanlar var. Şuşa şəhəri kimi mədəniyyət incisi, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan kimi təbiət turizmi mərkəzləri möhtəşəm perspektivlərdən xəbər verir. Ancaq potensial hələ məsələlərin tam həll edilməsi demək deyildir. Məhz bu rasional əsasda bölgədə idarəçilik sisteminin ən optimal üsulları seçilir. Bu baxımdan xüsusi nümayəndəlik institutunun yaradılması olduqca mühüm əhəmiyyət kəsb edir. Xüsusi nümayəndəlik institutu işğaldan azad edilən torpaqlarda iqtisadi quruculuğunsosial bərpa fəaliyyətlərinin intensivliyinə öz müsbət təsirini göstərəcəkdir.

Bütün bu tədbirlər dövlətin xalqımıza olan qayğısının göstəriciləridir. Bunun müqabilində bizim də üzərimizə düşən vəzifəmiz vətəndaş məsuliyyətinin, ümummilli iştirakın və təşəbbüskarlığın təmin edilməsidir. Azərbaycan öz hərbi, siyasiiqtisadi nailiyyətləri ilə güclü dövlət olduğunu göstərdi. Eyni zamanda ölkəmizdə həyata keçirilən islahatlar onu təsdiqləyir ki, Azərbaycan ümummilli rifah dövlətidir. Azərbaycan həm də qlobalregional aspektdə aparıcı beynəlxalq aktorlardan biridir. Ölkəmiz öz daxilixarici siyasəti ilə sabitlik və inkişafın birgəliyinin təmin edilməsinin nümunəsini ortaya qoymuşdur.

 

 

Yaqub YAQUBOV,

siyasi elmlər üzrə fəlsəfə doktoru,

Zəngilan rayon sakini

Azərbaycan.-2021.-19 fevral.- S.5.