Azərbaycan qadınlarının layiqli təmsilçisi

 

 

Bu gün cəmiyyətimizdə Azərbaycan qadınlarının mövqeyi yüksəkdir. Ölkəmizin ictimai-siyasi həyatında, dövlət idarəçiliyində və bir çox sahədə qadınlarımız fəal təmsil olunurlar. Bu baxımdan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyəti xüsusi qeyd olunmalıdır.

Deyə bilərik ki, yalnız bu gün deyil, bütün tarixi dövrlərdə Azərbaycan qadınları cəmiyyətin inkişafında fəallıq göstəriblər. Dünya elm və mədəniyyəti tarixində, inkişafında özünəməxsus yeri, xidmətləri olan xalqımızın parlaq, qürurverici nailiyyətlər qazanmasında qadınlarımızın böyük rolu olub. Zaman-zaman Azərbaycan qadınının cəmiyyətə xidmətləri yalnız ləyaqətli, mərd, istedadlı övladlar yetişdirməklə yekunlaşmayıb. Tarixdən məlumdur ki, Azərbaycan qadını yeri gələndə silaha sarılıb düşmənə ağır zərbələr endirib, dövlətin idarəçiliyində iştirak edib, elm xadimi olub, müxtəlif sənət sahələrində uğur qazanıb.

Tarixin müxtəlif dönəmlərində örnək kimi qəbul etdiyimiz qadınlar olubindivar. Hazırda müstəqil Azərbaycan dövləti iqtisadi, mədəni tərəqqisi ilə dünyanın inkişaf etmiş ölkələri sırasındadır. Əldə olunan nailiyyətlərdə qadınlarımızın rolu tərifəlayiqdir.

Mehriban Əliyeva da müasir dövrdə ictimai-siyasi fəaliyyəti, vətəndaş-ziyalı mövqeyi ilə Azərbaycan qadınlarına nümunədir. O, dövlətimizin tərəqqisi naminə müasir Azərbaycan qadın hərəkatının lideri kimi geniş fəaliyyət göstərir. Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətində ənənəviliklə müasirlik, tarixi köklərə bağlılıqla dünyəvilik xüsusilə nəzərə çarpır.

Bu gün hər bir millətin, dövlətin öz varlığını qoruyub saxlamaq və digərlərinə tanıtdırmaq üçün müxtəlif mədəni-kütləvi, ictimai, sosial layihələr həyata keçirmək qloballaşma şəraitinin tələblərindən biridir. Təbii ki, Azərbaycan da öz tarixini, mədəniyyətini, adət və ənənələrini dünya ictimaiyyətinə çatdırır. Bu proses böyük əzmkarlıq, səbir və iradə tələb edir. Mehriban xanım Əliyeva Azərbaycanın milli-mədəni irsinin qorunub saxlanılması, inkişaf etdirilməsi və dünyada təbliğ olunması, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmləndirilməsi üçün davamlı aparır, səy göstərir. ISESCO-nunUNESKO-nun xoşməramlı səfiri kimi, müstəqil Azərbaycanın nailiyyətlərini, ölkəmizdə hökm sürən tolerantlığı təbliğ edən, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun bərqərar olması üçün çalışan Mehriban Əliyevanın səsi yüksək beynəlxalq kürsülərdən gəlir.

Fevralın 11-də ISESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Gün münasibətilə videokonfrans formatında keçirilən tədbirdəki çıxışında da Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva olduqca aktual məsələlərdən söz açdı. O, qlobal çağırışlara cavab vermək üçün elm, texnologiya və innovasiyanın zərurətə çevrildiyini vurğuladı. Mehriban Əliyeva çıxışında diqqətə çatdırdı ki, elmgender bərabərliyi “Davamlı İnkişaf üzrə 2030 Gündəliyi” daxil olmaqla, beynəlxalq inkişaf məqsədlərinə nail olunması üçün mühüm əhəmiyyətə malikdir. “ICESCO-nu 2021-ci ilin “Qadınlar ilielan etməsi ilə bağlı təşəbbüsünə görə təbrik etmək istəyirəm. Bu, yalnız təşkilat tərəfindən qadınların cəmiyyətimizdəki roluna verilən əhəmiyyətin təzahürü deyil. Bu, həmçinin onların daha firavan və təhlükəsiz dünya naminə misilsiz töhfəsinin təsdiqidir”, - Birinci vitse-prezident Mehriban Əliyeva belə deyib.

Ötən il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilən COVID-19 bəlası dünyamızın qlobal bəlasına çevrildiyi günlərdə də qadınları mübarizənin ön sıralarında görürük. Birinci vitse-prezident Mehriban Əliyeva bildirib: “COVID-19 ilə mübarizənin ön cəbhəsində dayanan qadın alim, həkim və səhiyyə işçilərinə ehtiramımızı ifadə etməliyik. Biz test üsullarının təkmilləşdirilməsindən tutmuş vaksinlərin hazırlanmasına qədər COVID-19 ilə mübarizənin müxtəlif mərhələlərində həlledici rol oynayan tədqiqatçı qadınlarımızla fərəhlənə bilərik”.

Azərbaycan tarixin müxtəlif dönəmlərində çox böyük sınaqlarla üzləşib. Torpağının altı da, üstü də zəngin sərvət mənbəyi olan bu məmləkət işğalçı dövlətlərin diqqət mərkəzində olub. Yağı düşmənə qarşı amansız olan xalqımız zaman-zaman öz hüququ, vətəninin müstəqilliyi uğrunda mübarizə aparıb. Bəzən düşməninin amansızlığı nəticəsində Azərbaycan torpaqları işğala məruz qalıb. İşğalçı dövlətlər maddi sərvətlərini daşıyıb aparıblar. Ziyalılarımız əsrlər boyu səhiyyə, təhsil ocaqlarının açılması, soydaşlarımızın sağlam yaşamaları, təhsil alması, savadlanması uğrunda mübarizələrini davam etdiriblər. Tariximizin ən çətin dönəmlərində belə Azərbaycan xalqının qabaqcıl nümayəndələri öz parlaq istedadları ilə dünyanı heyran qoyublar. Bir faktı qeyd edək. XX əsrin əvvəllərində çar Rusiyası müstəmləkəsi altında olan Azərbaycanın inkişafını əngəlləmək üçün hər vasitəyə əl atdığı, məktəblərin məhdud sayda olduğu bir zamanda Bakıda qızlar məktəbi açılıb. Bu, müsəlman Şərqində ilk dünyəvi məktəb idi.

Tarixin ayrı-ayrı dönəmlərində xalqımızın öz zəkası, bacarığı, istedadı ilə imzasını atdığı birinciliklər hər birimizin qürurudur. Birinci vitse-prezident Mehriban Əliyeva çıxışında bu hissləri dilə gətirib: “Mən yalnız onunla fəxr etmirəm ki, dünyada ilk dəfə, - bir əsrdən öncə, - sənaye üsulu ilə neft quyusunun qazıldığı, Şərqdə ilk operanın açıldığı və ən vacib olan, müsəlman dünyasında ilk demokratik respublikanın yaranmasına görə tanınan ölkədənəm. Azərbaycan həm də 1918-ci ildə qadınlara seçmək və seçilmək hüququnu verən ilk ölkələrdən biri olaraq tarixə düşmüşdür. Qızların təhsilinə gəldikdə isə, müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi azərbaycanlı xeyriyyəçi Zeynalabdin Tağıyev tərəfindən 1901-ci ildə mənim doğulduğum Bakı şəhərində yaradılmışdır”.

Qloballaşma, sürətli inkişaf dünyada təhsilin, savadın əhəmiyyətini daha aydın göstərir. Belə bir zamanda qızların təhsili, onların elm sahəsində iştirakı daha da aktuallaşır. Azərbaycanın Birinci vitse-prezidenti bu gün ölkədə savadlılıq səviyyəsinin 100 faizə yaxın olduğunu qeyd edib. Dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizi qızlardır. Mehriban Əliyeva bizim ölkədə bu rəqəmin 40 faiz, yəni orta dünya göstəricisindən yüksək olduğunu açıqlayıb. Bildirib ki, qadınların ölkəmizdə ali təhsil ocaqlarında magistrlərin 54, fəlsəfə doktorlarının 51, elmlər doktoru dərəcəsinə malik olanların 46 və elmi tədqiqatçıların 56 faizini təşkil etməsi bu nailiyyətlərin parlaq nümunələridir. Azərbaycan Milli Elmlər Akademiyasının ümumi kollektivinin 59 faizinin qadınlardan ibarət olması da diqqətçəkən faktlardan biridır.

Biz tarixi nailiyyətlərimizlə yalnız fəxr etmirik. Həm də o uğurları bizə bəxş edənlərdən nümunə götürür, onların yolunu davam etdiririk. Birinci vitse-prezidentin diqqətə çatdırdığı kimi, bir çox azərbaycanlı qadın elmə böyük töhfələr veribonlar elm sahəsi ilə məşğul olan qızlar və gənc xanımlar üçün əsl ilham mənbəyidir. Lakin bu gün ən vacib məsələnin qızlar və gənc xanımların iştirak səviyyəsinin yaxşılaşdırılması üçün münbit şəraitin yaradılmasının davam etdirilməsi və elm sahəsində gender boşluğunun doldurulması olduğunu vurğulayan Mehriban Əliyeva bildirib: Bir nümunə olaraq bu yaxınlarda BMT-nin İnkişaf Proqramı ilə bərabər başladığımız “Qadınlar elm, texnologiya, mühəndislik və riyaziyyatda” adlı mentorluq proqramını qeyd edə bilərəm ki, burada məqsəd tələbə və gənc xanımların həmin sahədə uğur qazanmış nümunəvi şəxslərlə təmas yaratması və onlara təhsil və karyera sahəsində çağırışların öhdəsindən gəlmək üçün məsləhətlərin verilməsidir”.

Elm, texnologiyainnovasiya dünyada cəmiyyətlərin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsinə çevrildiyi bir vaxtda Mehriban Əliyeva ICESCO-nun xoşməramlı səfiri qismində bütün üzv dövlətlərə bu sahələrə daha çox sərmayə yatırmağa, habelə zəruri siyasət və birgə fəaliyyət planları işləyib hazırlamağa dair çağırış edib. O, deyib: “Biz qadınlar və qızların sabahın əmək bazarına lazımi bacarıqlara yiyələnmələri üçün innovativ maliyyə mexanizmləri yaratmalıyıq. Azərbaycan bu mənada öz töhfəsini verməyə hazırdır”.

Azərbaycanın Birinci vitse-prezidenti Ermənistanın işğal etdiyi ərazilərimizin 30 ildən sonra Azərbaycan tərəfindən azad olunması və tarixi ədalətin bərpası ilə nəticələnən ötənilki 44 günlük Vətən müharibəsi zamanı dəyərli dəstəyinə görə ICESCO-ya, şəxsən onun Baş direktoru doktor Salim əl -Malikiyə dərin minnətdarlığını ifadə edib. Bildirib ki, hazırda dövlət qarşısında azad olunmuş ərazilərin canlandırılması və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi kimi nəhəng vəzifə dayanır.

Azərbaycan dövləti, xalqı öz tarixi torpaqlarını erməni işğalçılarından azad etməyə qadir olduğu kimi, düşmənin viran qoyduğu həmin əraziləri gülüstana çevirmək iqtidarındadır. Ermənistan silahlı qüvvələrini qovduğumuz yurd yerlərimiz yenidən abad ediləcək. Orada məktəblər tikiləcək. Biz tarixi, milli-mədəni dəyərləri olan, humanist xalqıq. Və öz dəyərlərimizdən heç zaman, heç bir şəraitdə, istər ağır, istərsə də xoş günlərimizdə vaz keçmirik. Bütün xalqlara - dinindən, dilindən, irqindən asılı olmayaraq ədalət və humanizm nöqeyi-nəzərindən yanaşırıq. Erməni işğalından azad etdiyimiz ərazilərimizdə də yalnız müsəlmanlara deyil, bütün dinlərə məxsus mədəni irsi bərpa edəcəyik. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva deyib: “Biz işğal zamanı zərər görmüş mədəni irs abidələrinin vəziyyətinin qiymətləndirilməsində ICESCO-nun Azərbaycan hökuməti ilə birgə çalışmağa hazır olduğunu yüksək qiymətləndiririk. Eyni zamanda, ICESCO-nun Azərbaycanda regional nümayəndəlik təsis etməsi imkanının nəzərdən keçirilməsinə görə xüsusi minnətdarlığımızı bildiririk. Həmin nümayəndəlik digər sahələrlə yanaşı, qadınlar və qızların elmdə rolunun artırılmasına konkret diqqət yetirməklə elm sahəsində əməkdaşlığımızı gücləndirə bilər”.

 

 

 

Zöhrə FƏRƏCOVA

Azərbaycan.-2021.- 21 fevral.- S.3.