Qazi Murad Həsənov da
yüksək texnologiyalı protezlə təmin edilir
Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
Vətən Müharibəsinin qazisi Həsənov Murad Teyyub
oğlunun da yüksək texnologiyalı protezlə təmin
edilməsi işlərinə başlanıb.
M.Həsənov Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə dəvət edilib. Burada onun müayinəsi aparılıb, müvafiq ölçülər götürülərək təlimatlar verilib. Protezləşməyə hazırlıq mərhələsi bitdikdən sonra o, yüksək texnologiyalı protezlə təmin olunacaq.
Qaziyə
ölkəmizin ərazi bütövlüyünün
müdafiəsi ilə əlaqədar
əlillik və bununla bağlı olaraq aylıq sosial
ödənişlərin təyinatı da həyata
keçirilib. O, həmçinin bu kateqoriyadan olan əlilliyi olan şəxslər üçün
nəzərdə tutulmuş güzəşt
və imtiyazlardan
da yararlana biləcək.
Azərbaycan.-2021.- 21 fevral.- S.2.