Sən ayrı olmadın eldən-obadan...
Birinci Xanım, Birinci
vitse-prezident
Mehriban Əliyevaya
Çaxdı şimşək kimi,
doğdu gün kimi,
Ali Baş Komandan
yardı cəbhəni.
Onun dayağıydın
sən bir
dağ kimi,
görürdü cəbhə
də, səngər də səni...
Şəhid anasını qucaqlayanda,
susdun,
kəlağayı çəkib
başına.
Səni
doğma bilib o ağlayanda,
qarışdı göz yaşın o göz yaşına...
Sən ayrı olmadın eldən-obadan,
qəlbin sudan duru, Aydan arıydı.
Məscidə gedəndə əlində
"Quran",
dilində, -
Tanrının dualarıydı...
Sən ellər anası, əsgər anası,
gəlini - mötəbər
bir ailənin.
Həyatın amalı, ömrün
mənası,
Tale kitabında
yazıldı sənin.
Bir arzu, bir istək
yaşatdı bizi,
sevindi xalqımız, məmləkətimiz.
Muğamdan doğuldun,
İlham pərisi,
"İstiqlal marşı"nı çaldı tarımız.
Kimsəsiz görəndə kimsəsi
oldun,
Ümid
işığıydı o tanış səsin.
Sən ana,
sən bacı əvəzi oldun,
min qəlbi qızdırdı
isti nəfəsin.
Sevinmək - necə də
sənə yaraşır,
xeyirxah işlərmi düşür yadına?!
A qızım,
millət də mehribanlaşır,
Mehriban dedikcə sənin adına.
Şərqdə - Şərq ürəkli
bir inci oldun,
Avropada isə
Sülhün Elçisi.
Ledilər yanında Birinci
oldun,
rəsmi görüşlərdə
-
yenə Birinci!
Çəkdiyin qayğılar sona
yetmədi,
gündüzlər fikirli, gecələr oyaq.
44 gün gözünə yuxu getmədi,
Şuşada qalxınca,
Üçrəngli bayraq.
Qədim Xudafərin körpüsü, salam!
yüz il yuxudaydı bu daş, bu divar.
Keçdi Mehribanla -
üstündən İlham,
Şəkil də çəkdirdi səndən yadigar.
Çıxdıq o hüzndən, o intizardan,
deyin Mir Cəlala qalxsın məzardan,
xeyir-dua versin qız nəvəsinə,
millətin
bir Qadın Abidəsinə!
Nəriman HƏSƏNZADƏ,
Xalq şairi
Azərbaycan.-2021.- 21 fevral.- S.7.