Özbəkistan portalında Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən bəhs edən analitik məqalə yerləşdirilib

 

 

Özbəkistanın “fikr.uz” portalında Rusiya tarixçisi, professor Oleq Kuznetsovun Vətən müharibəsi ilə bağlı “Azərbaycanın hərb və sülhü: Prezident İlham Əliyev - Azərbaycanın Ermənistanla müharibəsində qələbənin baş ideoloqu və təşkilatçısı” adlı analitik məqaləsi yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, yazıda 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi, 2020-ci ildə Azərbaycanın hərbi yolla torpaqlarını azad etməsi haqqında ətraflı məlumat verilir.

Vurğulanır ki, 28 il Azərbaycan siyasi, diplomatik, humanitar yollarla münaqişənin tənzimlənməsinə çalışıb, bununla belə heç bir nəticə əldə edilməyib. Münaqişənin tənzimlənməsi ilə bağlı yaradılan ATƏT-in Minsk qrupu bu müddətdə həm Azərbaycan, həm də Ermənistan tərəfi ilə çoxsaylı görüşlər keçirsə də, konkret olaraq heç bir görməyib.

Ötən il sentyabrın 27-də Ermənistanın təxribatları ilə başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın öz torpaqlarını qaytarması ilə başa çatıb. Məqalədə münaqişənin tarixi haqqında ətraflı söhbət açılır, 2003-cü ilə qədər Ulu Öndər Heydər Əliyevin, son 17 ildə isə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın rəhbərləri ilə çoxsaylı görüşlər keçirdiyi diqqətə çatdırılır.

 

Azərbaycan.-2021.- 21 fevral.- S.9.