“Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin
Müşahidə Şurasının tərkibinin təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin
Müşahidə Şurasının aşağıdakı
tərkibi təsdiq edilsin:
Müşahidə Şurasının sədri
Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri
Müşahidə Şurasının üzvləri
Rəhman Hümmətov - Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
Mətin
Eynullayev - Azərbaycan İnvestisiya Holdinqinin
İdarə Heyətinin sədri, Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi yanında
Əmlak Məsələləri
Dövlət Xidmətinin rəis müavini
Zaur Qurbanov - Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktorunun müavini
Vüqar
Məcidli - Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi
şöbəsinin müdiri.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 fevral 2021-ci il
Azərbaycan.-2021.-23 fevral.- S.2.