“AzerGold”
Qapalı Səhmdar Cəmiyyətinin yaradılması
haqqında” Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 11 fevral tarixli 1047 nömrəli Sərəncamında
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:
1.
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin
yaradılması haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 11 fevral tarixli 1047 nömrəli Sərəncamının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 2,
maddə 179; 2016, ¹ 2 (II kitab), maddə 338, ¹ 8, maddə 1384;
2019, ¹ 5, maddə 890; 2020, ¹ 5, maddə 602, ¹ 9, maddə 1157)
3-cü hissəsi və 4.1 - 4.3-cü bəndləri
aşağıdakı redaksiyada verilsin:
“3. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
3.1. Azərbaycan Respublikasının Prezidentinə:
3.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi;
3.1.2. Cəmiyyətin Müşahidə Şurasının və icra orqanının üzvlərinin, o cümlədən rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
3.2. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqinə:
3.2.1. Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
3.2.2. Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
3.2.3. Cəmiyyətin dividend siyasətinin
təsdiq edilməsi;
3.2.4. Cəmiyyətin qiymətli
kağızlarının buraxılması
barədə qərar
qəbul edilməsi;
3.2.5. Cəmiyyətin xalis aktivlərinin dəyərinin
25 (iyirmi beş) faizindən artıq məbləğdə olan
əqdin (xüsusi əhəmiyyətli əqdin),
eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə
dəyəri Cəmiyyətin
aktivlərinin 5 (beş)
faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında
qərar qəbul edilməsi.”;
“4.1. Cəmiyyətin fəaliyyətinə
ümumi nəzarəti
və rəhbərliyi
həyata keçirmək
məqsədilə sədr
də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası
yaradılır;
4.2. Cəmiyyətin fəaliyyətinə
cari rəhbərliyi İdarə Heyəti həyata keçirir;
4.3. Cəmiyyətin Müşahidə
Şurasının səlahiyyətləri
aşağıdakılardır:
4.3.1. Cəmiyyətin
uzunmüddətli inkişaf
strategiyasını təsdiq
etmək;
4.3.2. Cəmiyyətin xərclər
və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək;
4.3.3. Cəmiyyətin xalis aktivlərinin dəyərinin
25 (iyirmi beş) faizindən artıq məbləğdə olan
əqdin (xüsusi əhəmiyyətli əqdin),
eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə
dəyəri Cəmiyyətin
aktivlərinin 5 (beş)
faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına dair ümumi yığıncağa təkliflər
vermək;
4.3.4. aidiyyəti şəxslərlə
bağlanması nəzərdə
tutulan və dəyəri Cəmiyyətin
aktivlərinin 5 (beş)
faizinədək hissəsini
təşkil edən əqdləri təsdiq etmək;
4.3.5. mövcud normativ-hüquqi
aktların tələbləri
nəzərə alınmaqla,
Cəmiyyətin aktivlərinin
idarəetməyə verilməsi
və özəlləşdirilməsi
ilə bağlı əqdlərin bağlanmasına
razılıq vermək;
4.3.6. fəaliyyətinin ayrı-ayrı sahələri
üzrə siyasəti,
daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini
təsdiq etmək;
4.3.7. Cəmiyyətin
korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq
vermək;
4.3.8. Cəmiyyətin Audit Komitəsini
və digər komitələrini yaratmaq, onların əsasnamələrini
təsdiq etmək, rəhbərlərini və
üzvlərini vəzifəyə
təyin və vəzifədən azad etmək;
4.3.9. bu Sərəncamın
3-cü hissəsi nəzərə
alınmaqla, Azərbaycan
Respublikasının Mülki
Məcəlləsi, Cəmiyyətin
Nizamnaməsi və Azərbaycan Respublikasının
bu sahədə münasibətləri tənzimləyən
digər normativ-hüquqi
aktları ilə Müşahidə Şurasının
səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll
etmək.”.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
3. Azərbaycan İnvestisiya Holdinqi:
3.1. “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin
idarə olunmasına dair korporativ idarəetmə standartlarını,
habelə onun idarəetmə orqanlarının
üzvlərinin fəaliyyətinin
qiymətləndirilməsi sistemini
altı ay müddətində
təsdiq etsin;
3.2. beynəlxalq məsləhətçi
şirkət cəlb etməklə, mövcud müqavilə öhdəliklərinə
riayət olunması şərtilə “AzerGold”
Qapalı Səhmdar Cəmiyyətinin hüquq,
maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin
nəticələrinin diaqnostikasının
aparılmasını üç
ay müddətində təmin
edib nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
3.3. bu Sərəncamın 3.2-ci bəndində nəzərdə tutulan diaqnostika başa çatdıqdan sonra onun nəticəsindən asılı olaraq “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yeni nizamnaməsinin və strukturunun layihəsini üç ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.4.
bu Sərəncamdan irəli gələn digər məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 fevral
2021-ci il
Azərbaycan.-2021.-23 fevral.- S.2.