“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

 

 

 

Müşahidə Şurasının sədri

 

 Xalid Əhədov - Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Müşahidə Şurasının üzvləri

Rəhman Hümmətov  - Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək  texnologiyalar nazirinin müavini

Xəyyam Məmmədov - Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktorunun müavini.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri,  22 fevral 2021-ci il

Azərbaycan.-2021.-23 fevral.- S.2.