“AzerGold”
Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə
Şurasının tərkibinin təsdiq edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:
Müşahidə Şurasının sədri
Rövşən Nəcəf - Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini, Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin üzvü
Müşahidə Şurasının üzvləri
Elçin Ağakişiyev - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi rəisinin birinci müavini
İlham Pənahov - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin direktoru
Samir
Qurbanov - Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə
Agentliyinin İdarə Heyətinin sədri
Vüqar
Məcidli - Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi
şöbəsinin müdiri.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 fevral
2021-ci il
Azərbaycan.-2021.-23 fevral.- S.2.