YAP İcra Katibliyində “Xilaskar İlham Əliyev” adlı kitabın videokonfrans formatında təqdimatı keçirilib

 

Fevralın 22-də  Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin təşkilatçılığı ilə Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Bəxtiyar Sadıqovun “Xilaskar İlham Əliyev” kitabının videokonfrans formatında təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirdi ki, xalqımızın Vətən müharibəsində Qələbəsinə həsr olunanXilaskar İlham Əliyev” kitabının təqdimatının keçirilməsi üçün 22 fevral tarixinin seçilməsi təsadüfi deyil. Çünki ermənilərin Dağlıq Qarabağın Azərbaycandan qopardılması, torpaqlarımızın işğalı ilə bağlı fitnəkarlıqlarına qarşı xalqımızın ayağa qalxması məhz 1988-ci ilin 22 fevralından başlayır.

Mübariz Qurbanlı qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin başlatdığı siyasət və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Ermənistanın hərbi təxribatı nəticəsində başlayan və 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızın azad olunmasını təmin etdi. Xalqımızın tarixinin parlaqunudulmaz səhifələrindən birini təşkil edən bu şanlı qələbənin əsasında cənab Prezidentin liderlik keyfiyyətlərindən irəli gələrək Azərbaycanın sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə, eyni zamanda xarici siyasətdə uğurları və xalq-iqtidar birliyi dayanır. Vətən müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyev milli maraqları ifadə edən qətiyyətli siyasət yürütməklə özündə yüksək şəxsi keyfiyyətləri, milli dəyərləri və təcrübəli idarəetmə bacarığını birləşdirən Lider olduğunu sübut etdi.

Bu siyasət,  torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizə bizim şərəf tariximizdir. Bu tarixi qələmə almaq, təbliğ etmək, gənc və gələcək nəsillərə ötürmək olduqca vacibdir”, - deyən Mübariz Qurbanlı bu baxımdan Milli Məclisin deputatı Bəxtiyar Sadıqovun “Xilaskar İlham Əliyev” kitabının əhəmiyyətindən söz açdı. Qeyd etdi ki, dörd fəsildən ibarət olan kitabda mühüm istiqamətlər  var. Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması uğrunda diplomatik fəaliyyəti, həyata keçirdiyi ordu quruculuğu, Vətən müharibəsində ordumuzun uğurlu hərbi əməliyyatları, əsgərlərimizin qəhrəmanlıqları, torpaqlarımızın azad olunması kimi tariximizi şərəfləndirən məqamlar burada öz mükəmməl əksini tapıb. Müəllif kitabda torpaqlarımızın azadlığı uğrunda mübarizənin salnaməsini yaradıb ki, bu da həm bu gün, həm də gələcək üçün əhəmiyyətlidir və dəyərlidir.

Mübariz Qurbanlı əmin olduğunu bildirdi ki, Azərbaycanın müstəqil qalibiyyət tarixinin geniş əhatə olunduğu dəyərli mənbə kimiXilaskar İlham Əliyev” kitabı həm siyasi-ideoloji məzmununa, həm də ədəbi-bədii dəyərinə görə böyük oxucu marağına səbəb olacaq.

Milli Məclisin sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, professor Fəzail İbrahimli söylədi ki, “Xilaskar İlham Əliyev” kitabında xüsusi diqqətçəkən məqam qətiyyətli, hünərli, iradəli sərkərdə portretinin yaradılmasıdır. Aprel döyüşlərindən etibarən ötən müddət ərzində Azərbaycanın atdığı addımlar, dünyaya bəyan etdiyi fikirlər və digər məsələlər kitabda xronoloji ardıcıllıqla verilib. Kitabda proseslərə problem yanaşma da  əksini tapıb. Elə məsələlər  var ki, bu, Azərbaycan hüdudlarından kənara, dünyaya verilən mesajdır: “44 günlük müharibədən sonra Zəfər paradı keçirildi. Orada ölkə Prezidenti cənab İlham Əliyev kürsüdə bütün dünyaya bəyan etdi ki, biz qalib gəldik, haqq işimizi yerinə yetirdik. Beynəlxalq təşkilatların görə bilmədiyi işi gördük. Azərbaycanın dövlətçilik tarixi varbiz bu tariximizi, ədaləti, haqqı bərpa etdik”.

Kitabın sonuncu yazısının fəlsəfi, rəmzi məna daşıyan “Allahın evi - Ağdam məscidi” olduğunu deyən sədr müavini bildirdi ki, zahirən elə görünür ki, Ali Baş Komandan bu məscidə sadəcə ziyarətə gəlib:Bu tarixi səfərlə bütün müsəlman dünyasına bəyan edilir ki, məscid bizim ərazimizdə yerləşir, ancaq bura bütün müsəlmanların Allah evidir. Bu Allah evinə ermənilər tərəfindən edilən təcavüz bütün müsəlman evinə törədilən təcavüzdür”.

Fəzail İbrahimli vurğuladı ki, bu kitab bizim döyüş şücaəti ənənlərimizin özümüzə qaytarılmasının tarixindən, 200 ildir ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərin necə uğursuzluqla sonlandığından bəhs edir: “Kitabın ümumi qayəsində bir çağırış var: Ey Azərbaycan insanı, bil, düşün, dərk et və əməl et. 200 ildən artıq xristian ağuşuna sığınan, başımıza güllə və qumbara yağdıran, 12 aylıq təqvimin 10-cu ayında bizə qarşı faciə törədən düşməni məğlub etdik”.

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev söylədi ki, kitab Azərbaycan xalqının, Azərbaycan Ordusunun və Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycana yaşatdığı zəfər tarixindən bəhs edir. Cənab Prezident dəfələrlə bəyan etmişdir ki, Azərbaycanın ərazi bütövlüyü heç bir danışıqlar mövzusu deyil. Azərbaycan heç vaxt imkan verməyəcək ki, onun torpaqlarında ikinci bir erməni dövləti yaradılsın: “44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, qəhrəman, rəşadətli Azərbaycan əsgər və zabitləri torpaqlarımızı düşmən işğalından azad etdi. Bununla Azərbaycan bütün dünyaya özünün dövlətçilik ənənələrini, güclü dövlət olduğunu, müstəqil olduğunu və müstəqil siyasət yeritdiyini, eyni zamanda ən sülhpərvər, tərəqqipərvər dövlət olduğunu göstərdi”.

Bəxtiyar Əliyev vurğuladı ki, şanlı zəfər salnaməsi də adlandıra biləcəyimiz bu əsərdə istər 2016-cı il Aprel döyüşlərini, istərsə də Vətən müharibəsinin 44 günü ərzində baş verən hadisələri günbəgün, saatbasaat özündə əks etdirən yazılar əksini tapıb. “Xilaskar İlham Əliyev” kitabında yeni tariximizdə baş verən digər mühüm hadisələrə də peşəkarlıqla qiymət verilib və sanballı araşdırmalarla oxucuda dəqiq təsəvvür, düzgün qənaət formalaşır.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov  bildirdi ki, ərsəyə gətirilən nəşr Azərbaycan üçün tale kitablarından biridir. Əsərdə əsas istiqamət Azərbaycanın xilasına gedən yolun və 33 ildir davam edən münaqişəyə son qoyan qətiyyətli siyasətin izahıdır. Bu problemin həllində xilaskarlıq missiyasını həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti kitabda geniş şəkildə təqdim olunur.

Kitabın bu böyük tarixi hadisəni izah etmək baxımından məntiqi struktura malik olduğunu diqqətə çatdıran N.Cəfərov dedi ki, nəşrin qəhrəmanı Ali Baş Komandan İlham Əliyevdir:  Bütün məqamlarda, istər Aprel döyüşlərində, istərsə də İkinci Vətən savaşında mükəmməl bir xilaskar obrazı bu kitabda ətraflı yaradılıb. Düşünürəm ki, bu nəşr yalnız müəllifin deyil, bütün xalqın əsəridir. Çünki burada xalqın tarixi zəfərə münasibəti, ruhu, əhvali-ruhiyyəsi də öz əksini tapıb. Tarixin düyün nöqtələrini ifadə edən belə əsərlər təəssüf ki, tez-tez yaradılmır. Əlamətdar haldır ki, kitabda publisistik epos qüdrəti hiss olunur”.  

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirdi ki, Bəxtiyar SadıqovunXilaskar İlham Əliyevkitabını oxuyanda Ulu Öndər Heydər ƏliyevinVətən müharibəsi bütün xalqın, hər bir vətəndaşın öz şərəf namusunu qorumaq üçün apardığı müharibədirkəlamı xatırlanır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin vəsiyyətlərinə sədaqətlə əməl edərək onun siyası kursuna əsaslanıb özünəməxsus cəsarət, qəhrəmanlıq qətiyyət göstərdi. Xalqın, ordunun birliyi, şücaəti sayəsində işğal altında olan torpaqlarımızı erməni təcavüzkarlarından təmizlədi, dövlətimizin bütövlüyünü təmin etdi.

T.Rzayevin sözlərinə görə, bütün bu tarixi gerçəkliklər, dövlət başçısının dəyərli fikirləri, uğurlarımızın doğurduğu əhvali-ruhiyyə, keçirdiyimiz həyəcanlı anlar, qələbə sevincləriXilaskar İlham Əliyevkitabının ana xəttini təşkil edir. Həm torpaqlarımızın azad olunması uğrunda aparılan mübarizənin bir salnaməsi kimi müharibənin canlı mənzərəsini özündə əks etdirir: “Bəxtiyar Sadıqov jurnalist istedadı ilə Prezidentin simasında vətənpərvərliyi, sədaqəti, bəşəri dəyərləri, Vətən eşqini, qələbə əzmini ustalıqla canlandırmağa müvəffəq olub əsl Ali Baş Komandan, torpaqlarımızı işğaldan xilas edən, xalqı müqəddəs istəyinə qovuşduran, ədalətsiz dünyaya ədalət dərsi keçən, əsrlərlə sağalmayan yaralarımıza məlhəm qoyan yenilməz bir xilaskar obrazı yaradıb”.

YAP Xətai rayon təşkilatının sədri, professor Hüseynbala Mirələmov bildirdi ki, Vətən müharibəsində qazanılan qələbə nəticəsində İlham Əliyevin müəllifliyi ilə müasir Azərbaycan tarixinin yeni şərəf qəhrəmanlıq salnaməsi yazıldı. Bu zəfər nəticəsində yaranan yeni reallıq həm qələm sahibləri qarşısında qələbəmizin işıqlandırılması, təbliği tarixi aspektlərinin gələcək nəsillərə çatdırılması baxımından yeni vəzifələr qoyur. Bəxtiyar SadıqovunXilaskar İlham Əliyevkitabı həm bu qələbəyə aparan yolun, həm 44 günlük müharibədə xalqımızın zəfərinin ilk salnaməsidir, Vətən müharibəsinin tarixidir. Cənab İlham Əliyevin bizi böyük Zəfərə yetirmiş siyasətinin yığcam tarixi-sənədli ifadəsidir.

Hüseynbala Mirələmovun sözlərinə görə, Birinci Qarabağ savaşının veteranı olan, məqalələri kitabları ilə ilk müharibənin sənədli salnaməsini yaradan Bəxtiyar Sadıqovu o illərdə üzləşdiyimız faciələr, yol verilən yanlışlar, başımıza gələnlər, itkilərimiz həmişə ağrıdıb bu ağrılarını o dövrün həqiqətlərinə işıq salan yazıları ilə ovutmağa çalışıb. OnunQeyrət xəyanət”, “İnsan zaman”, “Həqiqət yalan”, “Ömrün söz yadigarıkitablarının da əsas mövzusu Qarabağ münaqişəsidir, vətənpərvərlik mövzusudur: “Belə kitablar yazmaq hər bir qələm sahibinin borcudur. Bu, keçmişi unutmamaq, onu gələcək nəsillər üçün sənədləşdirmək, xalqın ən böyük qələbələrinin müəllifi olan böyük şəxsiyyətlərimizin haqqını yaşatmaq Qarabağımıza sahib çıxmaq borcudur”.

YAP Gənclər Birliyinin fəalı Günay VəlizadəXilaskar İlham Əliyevkitabını 44 günlük Vətən müharibəsinin tarixi salnaməsi kimi qiymətləndirdi gələcəyin tarixçilərinə, oxucularına 2020-ci ilin zəfər tarixini öyrənmək üçün dəyərli bir mənbə olacağını söylədi: “Bizim canlı şahidi olduğumuz tarixi hadisələri gələcək nəsillər məhz bu kitabdan oxuyacaqlar. Azərbaycanın zəfər tarixini özündə əks etdirən bu nəşr 4 fəsildən ibarət olmaqla, xronolji ardıcıllıqlara bölünüb. Kitabda Aprel döyüşlərindən başlayaraq zəfər günümüzə qədər olan mərhələ, başda  Ali Baş Komandan İlham Əliyev olmaqla, şanlı Ordumuzun müharibəyə fiziki psixoloji cəhətdən hazırlığı öz əksini tapıb”.

Xilaskar İlham Əliyevkitabının müəllifi Milli Məclisin deputatı,  Azərbaycanqəzetinin baş redaktoru, Əməkdar jurnalist Bəxtiyar Sadıqov qeyd etdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi tarixi ədaləti bərpa etdi.  Bu savaşda İlham Əliyev dəmir yumruğu ilə düşmənin başını əzib, belini qırdı! Bununla da müasir Azərbaycan tarixinin şanlı zəfər salnaməsi yazıldı. 200 illik tarixi olan münaqişənin həlli nəticəsində qalib xalq məğlubedilməz dövlət kimi özümüzü yenidən təsdiq etdik.

Bəxtiyar Sadıqov vurğuladı ki, Prezident İlham Əliyev 17 illik rəhbərliyi dövründə xalqımızı 44 günlük zəfərə addım-addım yaxınlaşdırdı: “Tarixinin ən güclü Azərbaycanını yaratdı, bütün xalqımızı bu amal ətrafında birləşdirdi. Ən müasir silahlarla, hərbi texnikalarla təchiz edilmiş qüdrətli ordu formalaşdırdı. Cənab İlham Əliyev Azərbaycan-Türkiyə qardaşlığını ən uca mərhələyə yüksəltdi”.

Birinci Qarabağ müharibəsinin iştirakçısı olan müəllif  vurğuladı ki, əgər 1990-cı illərin əvvəlində AXC-Müsavat cütlüyü səriştəsizliyi, təcrübəsizliyi üzündən Azərbaycanı məğlub dövlətə çevirmişdisə, cənab İlham Əliyev Azərbaycanı qalib dövlət etdi, qürurumuzu özümüzə qaytardı, bizi böyük zəfərə çatdırdı: “Bu gün fəxr edirik ki, qalib millətik və İlham Əliyev kimi Ali Baş Komandanımız var. Cənab İlham Əliyev 44 günlük savaşda tək Ali Baş Komandan kimi fəaliyyət göstərmədi. Həm də sonadək diplomatiya cəbhəsində, informasiya müharibəsində savaşdı. Azərbaycana qarşı yönələn təzyiqlərin hamısını neytrallaşdırdı. Prezidentimiz dəmir yumruğu ilə düşməni yerləyeksan etdi”.

Xilaskar İlham Əliyev” kitabını həm də dədə-baba yurdu işğaldan azad olunan bir qarabağlı kimi Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq hissi ilə qələmə aldığını söyləyən müəllif qeyd etdi ki, nəşr indiki və gələcək nəsillər üçün zəfər salnaməmizi, yeni tariximizi əks etdirir.

Təqdimata yekun vuran Mübariz Qurbanlı dedi ki, tədbiri həm də nəsillərin görüşü adlandırmaq olar. Çünki burada həm keşməkeşli tariximizin birbaşa iştirakçısı, şahidi olmuş insanlar, həm də bu hadisələri kitablardan oxuyan gənclər iştirak edir. Gələcək nəsillər bu kitab vasitəsilə Zəfər tariximizi daha yaxından, ən əsası isə daha doğru formada öyrənəcək, özlərində düzgün yanaşma formalaşdıracaqlar.

 

 

Yeni Azərbaycan Partiyası Mətbuat Xidməti

Azərbaycan.-2021.- 23 fevral.- S.4.