XİLASKAR

 

Qələm dostum Bəxtiyar Sadıqovun  Xilaskar İlham Əliyev” kitabını oxuyarkən...

 

 

 

Bu qədər həsrətmi yaşar ürəkdə,

bu qədər yanğımı olar, İlahi?!

Güllə yağışında,

qarda,

boranda,

meşəyə qaçdılar onlar, İlahi!

 

 

Lakin ermənicə kəkələyənlər,

yerin paklığını ləkələyənlər,

Tankların üstündə doldu şəhərə,

hələ

az qalırdı onda səhərə...

 

 İnsanın əlindən insan qaçırdı,

görüb içindəki qəsd-qərəzini.

Qayalar insana qucaq açırdı,

gülləyə verirdi,

daş sinəsini...

 

 

 

Əlsiz-ayaqsız da geri qalmayıb,

Qaçma! -

bir-birinə deyib qaçırdı.

Ağdam - Qarabağın gözuydü, hayıf,

o gözü,

yollarda qoyub qaçırdı...

 

 

Sən onda səngərdə yuxusuzuydun,

səni qoruyurdu səni yaradan.

Düşmənin birini

hədəfə qoydun,

Ağdamın hayfını alırdın ondan.

 

 

 

Ölümlər, tufanlar sənə yad deyil,

gördün boz üzünü sən bu həyatın.

Otuz il gec keçdi,

zarafat deyil,

Ağdam azad oldu, gözümüz aydın!

 

 

 

Onda ki, göstərdi dəmir yumruğu,

Ali Baş Komandan qalxdı ayağa, -

silaha sarıldı hər vətən oğlu,

Əyilib and içdi

ana torpağa.

 

 

Onda ki, “Qarabağ - Azərbaycandır!”,

sən dedin, mən dedim, bir millət dedi,

Onda ki, biz gördük xalq qəhrəmandır,

dedi,

İlahi bir qüvvət dedi!

 

 

 

Sənə qurban olum, a şəhid balam!”,

-yanıqlı sinəndən qopan səsiydi...

Şəhidin qanıyla,

qurtuldu Ağdam,

Qarabağ torpağı müqəddəsiydi...

 

 

 

Sənə qurban olum, a türk qardaşım”,

-bu da Qarabağın şirin diliydi.

Qədim babaların bu qan yaddaşı,

millətin

tarixi dahiliyiydi...

 

 

Xilaskar - əynində əsgər paltarı,

alovlar içiydi keçdiyi o yol.

Allahım, hifz elə sən Xilaskarı, -

Ali Baş Komandan,

Sən yaşa,

var ol!

 

 

Nəriman HƏSƏNZADƏ,

Xalq şairi

Azərbaycan.-2021.- 23 fevral.- S.4.