Yaz
Səfalı bir gündə, bahar çağında,
Əylənmək gözəldir ellər bağında.
Bənövşə gətirə bahardan soraq,
Nərgiz əllərində qaldıra çıraq.
Güllər büsat qura çaylar boyunca,
Şirindil bülbüllər ötə doyunca.
Çöllərdə ceyranlar başlaya rəqsə,
Ceyran balaları
verə səs-səsə.
Çiçəklər açıla, güllər boy ata,
Düzləri maralın səsi oyada.
Nizami GƏNCƏVİ
Azərbaycan.-2021.-
23 fevral.- S.7.