Pandemiyadan
xilasın effektiv üsulu
vaksinasiyadır
Ölkəmizdə COVID-19
infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin
peyvənd olunmasını yüksək keyfiyyətlə təşkil
etmək üçün bütün
zəruri tədbirlər görülüb
COVID-19-dan xilas olunmaq
dünyanı narahat edən qlobal problemlərin ən vacibidir. Bir ildən artıq
müddətdir ki, pandemiya kimi dünyanı bürüyən
koronavirusun deyəsən
artıq sonu yaxınlaşmaq üzrədir.
Nikbinliyi artıran bir sıra səbəblər
var: koronavirusun cilovlanması üçün
dünya səhiyyəsinin
mübarizəsi, ciddi
karantin rejiminin hər bir ölkədə
tətbiqi, habelə aparılan tədqiqat və yoxlamalar, testlər və nəhayət, düz bir ildir gözlənilən
vaksinin hazırlanması,
peyvəndin artıq birinci dozasının vurulmasının başa çatdırılması.
Ötən ilin bu çağlarında
isə vəziyyət
tamamilə əksinə
idi. Kimi dindirirdin haradan
və nədən yaranması məlum olmayan koronavirusun gətirdiyi fəsadların
qorxu və təlaşını keçirdiyini
bildirirdi. Ötən ilin
bu vaxtlarında yoluxmaların sayının
kəskin artmasını
iqlim dəyişikliyi
və mövsümi qriplərlə də əsaslandırırdılar. Qarşıdan gələn isti
yaz-yay fəsillərində
COVID-19-un öz-özünü məhv edəcəyi kimi əsası olmayan versiyalar da dünyanı bürüyürdü.
Xəstəliyin, hətta ötəri, yaxud adi qriplərdən
biri olduğunu düşünüb özlərini
və ətrafını
qorumayanlara da rast gəlinirdi. Təbliğatın müəyyən formalarından
istifadə bəzi hallarda özünün təsirini göstərə
bilmir, buna görə də yoluxmaların və ölənlərin sayının
kəskin şəkildə
artması ÜST-ün
həyəcan təbili
çalmasınadək gətirib
çıxarmışdı.
Bir il davam
edən həmin qorxu, vahimə, inamsızlıq az qala insanları tərki-dünyalığa gətirib
çıxaran təlaş
artıq ötüb-keçdi.
Bu gün dünya
səhiyyəsi virusdan
qorunmaq üçün
daha vacib olan vaksinlərdən istifadənin əhəmiyyətindən
danışır.
Əlbəttə, hər yenilik tezliklə qəbul edilə bilmir. Bir ildir
ki, arzuladığımız
vaksinin əlimizdə
olmasının fərqinə
varmayanlara da rast gəlinir. Onları düşündürən
beş suala
cavab axtaranlar peyvəndlənmə prosesindən
hələ ki uzaq durmağa üstünlük verirlər.
Mütəxəssislər bunun da ötəri olduğunun fərqindədirlər. Axı könüllülük
prinsipi əsasında
tətbiq edilən vaksinasiya hələ də dünya əhalisinin əsas hissəsini əhatə etməyib. Bu səbəbdən tərəddüdlər,
hətta “mənə lazım deyil, nəyimə gərək”
deyənlər də kifayət qədərdir.
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi
əleyhinə 2021-2022-ci illər
üçün Vaksinasiya
Strategiyası”na uyğun,
yanvarın 18-dən etibarən
ilk olaraq səhiyyə
işçiləri peyvəndləndilər.
Fevralın 8-dən 65, 17-dən etibarən isə yaşı 50 və yuxarı olan şəxslərin vaksinasiyasına
başlanılıb və
demək olar ki, proses uğurla
davam etdirilir.
Xatırladaq ki, ölkəmizdə vaksinasiyanın ikinci dozasının vurulmasının
28 gündən sonra həyata keçirilməsi
qəbul olunub. COVID-19 infeksiyasına qarşı
mübarizə məqsədilə
əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə
təşkil edilməsi
üçün bütün
zəruri tədbirlər
görülüb. Peyvəndləmə üçün ayrılmış
tibb məntəqələrində
qeydiyyat, peyvənd və postvaksinal - gözləmə otaqları
yaradılıb. Bütün otaqlar
zəruri tibbi və gigiyenik avadanlıqlarla təchiz edilib.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 21 iyul 2020-ci
il tarixli
sərəncamına əsasən
pandemiya ilə mübarizə çərçivəsində
Səhiyyə Nazirliyi,
İcbari Tibbi Sığorta Agentliyi və Tibbi Ərazi
Bölmələrini İdarəetmə
Birliyi (TƏBİB) birgə
fəaliyyət göstərir.
Vaksinasiya prosesinin optimallaşması məqsədilə
Bakı şəhərində
proses Səhiyyə Nazirliyi, Abşeron, Sumqayıt şəhərləri
və ölkəmizin
regionlarında Tibbi Ərazi Bölmələrini
İdarəetmə Birliyi
tərəfindən həyata
keçirilir.
Prosesin nizamlı
təşkil olunması
məqsədilə 50 yaşdan
yuxarı olan vətəndaşlar randevu.its.gov.az internet ünvanına daxil olub qeydiyyatdan keçir və burada ən yaxın tibb məntəqəsini seçirlər. Bundan sonra
vaksinasiya olunmaq üçün təyin edilmiş tarixdə məntəqəyə yaxınlaşırlar.
Bununla yanaşı, respublikada səyyar xidmətlər vasitəsilə də fiziki məhdudiyyətləri
olan və ucqar ərazilərdə yaşayan vətəndaşların
evlərində vaksinasiya
işi həyata keçirilir.
Artıq
mövcud məlumatlar
infeksiyanın ciddi klinik fəsadlara səbəb olacaq risk faktorlarını müəyyənləşdirmək
üçün kifayətdir.
Çünki bir ildir COVID-19 infeksiyasına
yoluxmuş xəstələrlə,
o cümlədən SARS-CoV
və MERS-CoV kimi müvafiq koronavirus infeksiyaları ilə bağlı əldə olunan məlumatlar onu deməyə əsas verir ki, ahıl
yaşlı insanlar və xroniki xəstəliklərdən müalicə
alan digər şəxslər koronavirus
infeksiyasının kəskin
fəsadları ilə
üzləşmək təhlükəsinə
malikdirlər. Ona görə
də vaksinləşmə
prosesində ilk növbədə
yoluxmaya daha çox meyilli, riskli insanlar peyvənd edilir.
Bu gün insanları
düşündürən suallardan biri də koronavirusa qarşı vaksinasiyanın
könüllü, yaxud
məcburiliyi ilə yanaşı, peyvəndlərin
nə dərəcədə
təsirliliyidir. Bu və
digər suallar Ümumdünya Səhiyyə
Təşkilatının mütəxəssisləri
tərəfindən cavablandırılıb.
ÜST-ün Baş direktoru Tedros Gebreyesus anticisimləri aşkar etməyə və koronavirus infeksiyası olan xəstələrin sayını müəyyənləşdirməyə
imkan verən seroloji tədqiqatlardan söz açarkən bildirib ki, təhlillərin
nəticələri dünya
əhalisinin böyük
əksəriyyətinin hələ
də yoluxma riski altında olduğunu göstərir.
Dünyada yüzlərlə seroloji tədqiqatlar aparılır, onlar keyfiyyətləri və növləri ilə bir-birindən fərqlənir.
Bəzi tədqiqatlar,
məsələn, xəstəlikdən
sonra anticisim sayının necə dəyişdiyini izləmək
məqsədi daşıyır,
digərləri bu və ya digər
cəmiyyətdəki xəstələnmə
göstəricilərini öyrənir:
“Biz hələ də
müxtəlif əhali
qrupları nümayəndələri
arasında infeksiyaya qarşı immunitet cavab variantlarını və immun cavab
müddətini araşdırırıq”.
Xatırladaq ki, bundan əlavə,
o, hər şeydən
əvvəl bu cür müdafiəyə
ən çox ehtiyacı olanlara - səhiyyə işçilərinə
və yanaşı xəstəlikləri olan insanlara peyvənd təklif etməyə çağırmışdı. Daha sonra,
ÜST-ün hesab etdiyinə görə infeksiya riski yüksək olan əhali qruplarına qayğı göstərmək
lazımdır. Eyni
zamanda ÜST rəhbərinin
sözlərinə görə,
vaksinasiya prosesində
əhali koronavirusa qarşı effektivliyini artıq sübut etmiş qoruyucu tədbirlərə riayət
etmək məcburiyyətindədir:
“Şübhəsiz ki,
hər bir insan özü qərar qəbul edir. Lakin insanlar onu da bilməlidirlər ki, ÜST-də vaksinlərin təhlükəsizliyinə
cavabdeh olan sistem yaradılıb.
Hər hansı mümkün yan təsirlər diqqətlə araşdırılır.
Vaksinlərin təhlükəsizliyi peyvəndlənmədən könüllü
keçmiş və ya keçən böyük sınaqların
əsas amillərindən
biridir”.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədovun fikrincə, peyvəndləmə ÜST-ün pandemiyaya qarşı mübarizə proqramı çərçivəsində ən effektiv müalicə üsuludur. Risk qruplarına həkimlər, xidmət sahəsində işləyənlər, yaşı 65-dən çox, vacib ictimai fəaliyyəti olan insanlar daxildir. Vaksinasiya məcburi deyil. Sadəcə, elə fikir yaranmasın ki, vaksin ziyanlıdır, ondan çəkinmək lazımdır. Hər bir vaksinin orqanizmdə törətdyi müxtəlif reaksiyalar var. Az sayda problemlər yarana bilər, bəzi insanlara təsir etməyə bilər. Bəzilərinə, əksinə, yaxşı təsir etməz. Amma bu, çox az sayda qeydə alınıb. Bu kimi xırda məsələlərə görə vaksindən uzaq dayanmaq olmaz. Vaksinin faydaları barədə düzgün təbliğat aparılmalıdır. Risk qrupuna aid olan şəxslərə də vaksinasiya məcburi deyil.
Dünənə qədər insanlarda ümumi immunitetin qaldırılması üçün müxtəlif vasitələrdən istifadə tövsiyə edilirdi. Bu gün isə artıq həmin vasitələrdən ən vacibi olan vaksinlər əldədir. Mütəxəssislər birmənalı şəkildə bildirirlər ki, immunitet qazanmağın yolu vaksinasiyadan keçir.
Virusların hər il yeni ştammları yaranır. Builki vaksin gələn il
effektli olmayacaq. İllər boyu belə olub. Hər il uyğun
vaksinlər hazırlanır.
Biz vaxt qazanmalıyıq
ki, kütləvi immunitet yaranana qədər virusu ən az
itki ilə adlada bilək. İndi vaksinasiyanın əsas hədəfi koronavirus pandemiyasına qələbə
çalıb normal həyata
dönməkdir. Bir müddət
sonra koronavirusa da adi qripə
öyrəşən kimi
öyrəşəcəyik.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.-2021.- 24 fevral.- S.1;4.