Azərbaycan
regionda sabitlik və proqnozlaşdırılma
üçün faydalı olacaq layihələri həyata
keçirməyə başlıyıb
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev fevralın 23-də
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri
İsmail Serageldini videoformatda qəbul edib.
AZƏRTAC
xəbər verir ki, İsmail Serageldini salamlayan Prezident İlham Əliyev dedi:
- Salam, cənab Serageldin. Sizi görmək çox xoşdur.
İsmail
Serageldin: Cənab Prezident, bu, mənim üçün böyük şərəfdir.
Bu görüşün təşkilinə görə
Sizə təşəkkür
edirəm.
Prezident
İlham Əliyev: Çox şadam ki, Azərbaycana gəlmisiniz. Ötən il keçirilməsi
planlaşdırılan Qlobal
Forum pandemiya səbəbindən
təxirə salındı.
Bu, başadüşüləndir.
Lakin, eyni zamanda, mən
bilirəm ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi,
sözsüz, bütün
məhdudiyyətlər nəzərə
alınaraq öz fəaliyyətini davam etdirib. Mən sizə də,
xanım həmsədr
Vayra Vike-Freyberqaya da Azərbaycanın uğurla həyata keçirdiyi azadlıq müharibəsi ilə əlaqədar mənə
və Mərkəzin İdarə Heyətinin digər üzvlərinə
ünvanlanmış səmimi
məktubunuza görə
minnətdarlığımı ifadə etmək istərdim. Sizin müharibə vaxtı
və müharibədən
sonra dəstək məktublarınız, Azərbaycanın
ərazi bütövlüyünə
dəstəyiniz ölkəmizdə
yüksək qiymətləndirilir.
Mən torpaqlarımızın azad
edilməsi işinə
bu çox açıq, səmimi, ədalətli yanaşmaya
görə olduqca minnətdaram.
Beləliklə, xatırladığınız kimi,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
daimi forumları zamanı mən auditoriyaya müraciət edərkən hər dəfə münaqişəyə
diqqət çəkirdim,
hər dəfə ədalətsizliyə, beynəlxalq
hüququn pozulmasına
diqqət çəkirdim. İndi vəziyyət
dəyişib. Azərbaycan beynəlxalq
hüququ bərpa edib, faktiki olaraq
regionda və dünyada yeni reallıqlar yaradıb.
Düşünürəm ki, bölgədə
uzunmüddətli sülhün
və sabitliyin bərqərar olması imkanından istifadə etmək üçün indi çox şey bu reallıqların
region ölkələri, böyük
dövlətlər tərəfindən
düzgün qiymətləndirilməsindən
asılı olacaq.
Zənnimcə, bu gün Azərbaycan həqiqətən
də düşmənçilik,
nifrət, qarşıdurma
səhifəsini bağlamaq
və region üçün
gələcək qurmağa
hazır olduğunu nümayiş etdirir.
Əslində, biz artıq buna
başlamışıq. Biz yenidənqurma işlərinə,
bütün region ölkələri
üçün və
nəticədə regionda
sabitlik və proqnozlaşdırılma üçün
faydalı olacaq layihələri həyata keçirməyə başlamışıq.
Ona görə də düşünürəm ki,
hamımızın yeni
reallıqları qiymətləndirməyə
və əməkdaşlığın
müsbət imkanlarına
və sülh şəraitində birgəyaşayışa
diqqəti cəmləşdirmək
üçün hökumətlər
və beynəlxalq təşkilatlar olaraq addımlarımızı planlaşdırmağa
ehtiyac var.
Azərbaycan öz öhdəliklərinə
sadiqdir. Biz müharibə
zamanı beynəlxalq
norma və
qaydalara əməl etməklə çox ləyaqətli, doğru şəkildə davrandıq.
Zənnimcə, müharibədən sonra çox konstruktiv yanaşma nümayiş etdiririk.
Düşünürəm ki, bu reallıqlar uzunmüddətli
olacaq.
Regionumuzun uzun illər ərzində gözlədiyi
sülh bərqərar
olub və bu sülh uzunmüddətli
olmalıdır. Əminəm ki, Mərkəzin
fəaliyyətində siz,
həmçinin bu imkanlara, müharibədən
sonrakı inkişaf imkanlarına, münaqişədən
sonrakı vəziyyətə
diqqəti cəmləyəcəksiniz.
Dağlıq Qarabağ münaqişəsi
sona çatıb. O, artıq
tarixin bir hissəsinə çevrilib.
İndi
biz diqqəti qarşımızdakı
məsələlərə cəmləşdirməliyik, ilk növbədə, əlbəttə
ki, ərazilərin yenidən qurulmasına, bərpasına. Hər şey
məhv olub. Biz dağıntıların miqyasını təsəvvürümüzə
belə gətirə bilməzdik. Ağdamda,
Füzulidə, azad edilmiş digər ərazilərdə, kəndlərdə,
şəhərlərdə bir bina belə
qalmayıb. Hər şey, tarixi
abidələr dağıdılıb.
Yenidənqurma işləri aparmaq
üçün çoxlu
tədbirlər görülməlidir.
Əlbəttə, biz bu işə
sadiqik, bunu etmək üçün bizim güclü iradəmiz, imkanlarımız
var.
Əlbəttə, biz heç vaxt olmadığı kimi indi beynəlxalq birliyin həqiqəti bilməsini istəyirik. Çünki indi xarici diplomatlar, beynəlxalq medianın nümayəndələri işğaldan azad olunmuş əraziləri ziyarət edəndə hesab edirəm ki, onlar işğal nəticəsində bizim tarixi abidələrimizin, mədəni abidələrimizin nə vəziyyətə salındığını həqiqətən görürlər. Bizim əraziləri işğal edənlər hər şeyi məhv ediblər. Ümid edirəm ki, pandemiyadan sonra Mərkəzin növbəti tədbirində, həmçinin Mərkəzin üzvlərinin də işğaldan azad edilmiş bir sıra əraziləri ziyarət etmək və ola bilsin, orada müəyyən tədbiri təşkil etmək fürsəti olacaq. Lakin bu, əlbəttə, bizim gələcək əməkdaşlığımızın və müzakirələrimizin bir hissəsidir. Müharibə zamanı və müharibədən sonra göstərdiyiniz dəstəyə görə bir daha sizə minnətdarlığımı bildirmək istəyirəm. Sizi bir daha görməyə çox şadam.
İsmail Serageldin: Bu gözəl sözlərinizə görə çox sağ olun, cənab Prezident. Həqiqətən də mənim üçün gündəlikdə duran birinci məsələ Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə bağlı bu böyük nailiyyətə görə Sizi şəxsən təbrik etmək idi. Mən İdarə Heyətindəki həmkarlarımla ziyarətetmə zərurəti olmadan Sizin dinindən asılı olmayaraq, bütün tarixi abidələrin tərəfinizdən qorunmasına dair möhtəşəm bəyanatınızla bağlı videoformatda xüsusi tədbirin keçirilməsi məsələsini müzakirə edirdim. Hesab edirəm ki, bu, çox mühüm məsələdir və biz UNESCO, Dünya Abidələr Fondu kimi təşkilatları, mədəni irsin qorumasına cəlb olunmuş təşkilatları dəvət etməklə bu məsələni daha yaxşı qabarda bilərik və Sizin bəyanatınızla bağlı onları müzakirələrə cəlb edə bilərik. Çünki bu, insanların qalibin nəinki təkcə möhtəşəm olduğunu, eyni zamanda, Siz də dediyiniz kimi, regionda sülhü təşviq etmək məqsədilə yeni səhifə açmaq istədiyini söyləməsi üçün bir nümunə ola bilər. Bu məsələni həll etməyin bir yolu mədəni irs məsələləri ola bilər. Bunlar da bütün tərəflərdə maraq oyatmaq üçün bəzi insanlar tərəfindən istifadə edilə bilən məsələlərdir. Beləliklə, Siz bu mühüm bəyanatı verməklə bunun qarşısını aldınız və hesab edirəm ki, biz bununla bağlı tədbir keçirə bilərik. İlk növbədə, mən həqiqətən də Sizi bu tarixi nailiyyət münasibətilə təbrik etmək istəyirəm. Bu, tarixi nailiyyət hətta Sizin dahi atanız Heydər Əliyev üçün belə mümkün olmamışdı. Lakin onun dahi oğlu bunu edə bildi. Bu, həqiqətən də böyük nailiyyətdir.
Söhbət
zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin gələcək
planları və Bakı Qlobal Forumunun keçirilməsi
haqqında fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2021.-24 fevral.- S.1-2.