DƏMİR YUMRUQ HAZIR
VƏZİYYƏTDƏDİR
Ermənistanın faşist xisləti və revanşist niyyəti
bir dövlət kimi varlığına son qoya bilər
Dəyişən tək zaman deyil, həm də qüvvələr nisbətidir
44
günlük müharibədə Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı
Azərbaycan Ordusu Ermənistanın belini qırdı!
“Məğlubedilməz”
adlandırılan Ermənistan ordusu məhv edildi!
Erməni
əsgərlərinin qırılanı qırıldı,
yaralananı yerdə qaldı, on mindən çoxu isə
qorxaqcasına qaçaraq fərariyə çevrildi!
Beləliklə,
Azərbaycan otuz il işğalda qalan torpaqlarını murdar
düşməndən təmizlədi!
Əgər
Rusiya Prezidenti Vladimir Putin vasitəçilik edib hərbi əməliyyatları
dayandırmasaydı, Ermənistan kapitulyasiya aktına qol
çəkməsəydi, indi nə Ermənistanın
sınıq-salxaq ordusu var idi, nə də dövləti!
Halbuki
müharibəyə başlayan, Tovuz istiqamətlərində
Azərbaycana hücuma keçən, “yeni müharibə ilə
Azərbaycandan yeni ərazilər” alacağı ilə
lovğalanan məhz Ermənistan tərəfi idi!
Görünür,
Ermənistanın ötən əsrin 90-cı illərindən
dişində şirə qalıbmış.
Elə
bilirdi yenə sovet ordusu onun əvəzinə döyüşərək
torpaqları alıb Ermənistanın sərəncamına verəcəkdi...
Elə
bilirdi yenə Azərbaycan ozamankı kimi zəif və
ordusuzdu...
Elə bilirdi ki, yenə də Azərbaycana səriştəsizlər və xəyanətkarlar rəhbərlik edirlər.
Elə bilirdi ki, yenə də Azərbaycanda qarşıdurma, xaos və pərakəndəlik, özbaşınalıq hökm sürür.
Ermənistan tərəfi unutmuşdu ki, dəyişən təkcə zaman deyil, həm də qüvvələr nisbəti və ölkə rəhbərliyidir.
Bəli, I Qarabağ müharibəsində Azərbaycan ona görə məğlub olaraq 20 faiz ərazisini itirdi ki:
* Həmin dövrdə Azərbaycana maymaqlar, qorxaqlar, təcrübəsizlər və səriştəsizlər başçılıq edirdilər;
* AXC - Müsavat cütlüyünün ordu qurmağa nə bacarığı, nə də imkanı vardı;
* Bu cütlük iqtidarda olduğu müddətdə yalnız şəxsi maraqlarını güdürdü;
* İşinin öhdəsindən gələ bilməyən dövlət katibi Əli Kərimli ölkəni bürümüş korrupsiya və rüşvətxorluğu, dövlətin idarəolunmaz vəziyyətə düşməsini açıq etiraf etdi;
* Müdafiə naziri Rəhim Qazıyev xəyanət yolu ilə Şuşanı və digər əraziləri düşmənə satırdı;
* Dünən bir yerdə hakimiyyət uğrunda mübarizə aparanlar AXC-nin şinelini soyunaraq hərəsi bir partiya yaratmaqla prezident postu uğrunda didişirdilər;
* Prezident Əbülfəz Elçibəyi öz komandası eşitmirdi, özü isə qardaş Türkiyədən iki mülki helikopter belə ala bilmirdi...
Bəli, ermənilər unutmuşdular ki, artıq Azərbaycan güclü iqtisadiyyatı və qüdrətli ordusu olan bir dövlətdir!
Artıq Azərbaycana İlham Əliyev kimi siyasət nəhəngi, mahir diplomat, uzaqgörən dövlət başçısı və müdrik sərkərdə rəhbərlik edir!
Elə bu səhvləri də məğlubiyyətlərinə və faciələrinə çevrildi!
Xam xəyallar, şirin röyalar
İtə deyirlər, niyə hürürsən? Deyir, qorxuduram!
Soruşurlar ki, quyruğunu niyə bulayırsan? Deyir, axı özüm də qorxuram!
Bu gün Paşinyan eyni vəziyyətdədir!
Ermənistanın faşist xislətli siyasətçiləri, kriminal sabiq prezidentləri qisasçılıqdan danışır, Qarabağı qaytaracaqları barədə şirin röyalar görürlər!
Amma xalqlı - müxalifətli bir yerə yığışaraq sorosçu baş naziri vəzifəsindən qopara bilmirlər!
Əvvəla, Paşinyan bilir ki, vəzifəsini itirmək cismini itirmək deməkdir! Odur ki, kreslosundan dördəlli yapışıb!
İkincisi, müxalifətdə elə bir sosial baza və nüfuz qalmayıb ki, xalqı səfərbərliyə alıb meydana çıxarsın. Çünki o qədər yalan danışıblar ki, artıq itdəndüşmüş olublar.
Üçüncüsü, heç kim yenidən kriminal xuntanın - keçmiş hakimiyyət üzvlərinin dövlət başına gəlməsini istəmir!
Ən nəhayət, ağlı başında qalanlar yaxşı anlayırlar ki, hansı ordu, hansı silah və hansı ordu başçısı ilə vuruşub özgə torpaqlarını yenidən zəbt edə biləcəklər?!
Həm də gərək unutmasınlar:
Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin dəmir yumruğu hazır vəziyyətdədir:
Başlarını qaldıran kimi bellərini qıracaqdır!
Olmayan ordu ilə döyüşmək olarmı?!
Ermənilər havadarlarının köməyi, xəyanətkarların
əli, idarəsizliyin bəhrəsi hesabına, üstəlik,
min bir hiylə ilə torpaqlarımızı ələ
keçirmişdilər.
Sonradan özləri də inanmışdılar ki, Azərbaycan
ərazilərini erməni ordusu işğal edib.
Odur ki,
ordularına “məğlubedilməz ordu”, özlərinə
“müharibə qəhrəmanları” deməkdən
yorulmurdular!
Bir-birilərinə
verdikləri “general” rütbələrinin, sinələrinə
taxdıqları dəmir-dümürün sayı-hesabı
yox idi!
Bu gün
isə nə Ermənistanın yerinə döyüşmək,
nə də erməni əsgərinin əvəzinə ölmək
istəyən yoxdur!
Keçdi
o dövr, o zaman!
Hətta
onların xaricdən gətirdikləri muzdlular da ordumuzun əsgərlərini,
hətta
dronlarını görən kimi qorxularından
qaçıb getdilər!
Ermənistan
hakimiyyəti bu günədək müharibədə ölənlərin
dəqiq sayını açıb söyləməyib!
Hərçənd
ki, ayrı-ayrı yüksəkçinli hərbçilər
Ermənistan ordusundakı zirehli texnikanın, silah və
sursatın 80 faizinin məhv olduğunu etiraf ediblər...
Mütəxəssislərin hesablamalarına görə,
5 mindən çox düşmən əsgəri
öldürülmüş, 10 mindən çoxu I və II
qrup əlilə çevrilmişdir.
Fərarilərin
sayı isə məlumdur: bu günədək Ermənistanda
10 mindən çox əsgərə fərariliyə görə
cinayət işi açılmışdır!
Ordunun sıradan çıxarılan canlı qüvvəsi,
bütövlükdə, 25-30 min civarındadır.
Bir yandan
“məğlubedilməzlik”, “qəhrəmanlıq” mifinin
puç olması, keçmiş döyüşçülər
və erməni gəncləri arasında yaranan böyük
ruh düşkünlüyü...
Üstəgəl,
övladsız qalmış valideynlərin, itkin
düşmüş əsgərlərin analarının səngiməyən
etiraz aksiyaları...
Digər
tərəfdən, ara verməyən xaricə
axın, qaçmağa imkan gözləyən minlərlə
ölkə vətəndaşı...
Bütün bunlar Ermənistanın indiki
reallıqlarıdır.
Əhalisinin
sayı rəsmən 3 milyona çatmayan, realda isə 2 milyon
olan forpost ölkə üçün bu qədər
işçi qüvvəsi, ailə başçısı
itkisi yaxın dövrdə yaxşı heç nə vəd
etmir!
Bütün bu reallıqların fonunda ağlını
itirmiş erməni siyasətçiləri hansı
qisasçılıqdan danışırlar?
Onlar
hansı pulla silah-sursat alacaqlarını (hələ əvvəl
aldıqlarının borcunu verməyiblər), orduya hardan adam tapıb yığacaqlarını, hərbi
əməliyyatlara hansı ali baş komandanın
başçılıq edəcəyini müəyyənləşdiriblərmi?
Koçaryan
hakimiyyətə qayıtmaq üçün çox
atdanıb-düşsə də, əslində, bütün
bunlar həbsxanadan yaxa qurtarmaq üçündür!
Sarkisyanın başı “alkaş”lıqdan
ayılmır, üstəlik, fikri-zikri
oğurladıqlarını qoruyub saxlamaqdır.
Paşinyanı
isə adam yerinə qoyan yoxdur, hamı xəyanətkar
adlandırır.
Özü
də yaxşı bilir ki, müharibəni uduzub və əsas
vəzifəsi razılaşmanın şərtlərinə əməl
etməkdir!
Hələ
erməni xalqı kimə arxalanacağını kəsdirə
bilmir, əslində, çörək hayındadır!
Belə
yerdə qarabağlıların məşhur sualı yerinə
düşür: “ALIŞ NƏYNƏN?!”
Bütün bunlardan yaxşı agah olan Ermənistan,
görəsən, nəynən qisas almaq istəyir?
Pulsuz, ordusuz, silahsız, orduya yarayan canlı qüvvəsiz,
xalqın qəbul etdiyi rəhbərsiz, döyüş
meydanından qorxub qaçmış zabitsiz, büdcəsiz,
taxılsız qalan və sabaha ümidi olmayan dövlət
qisasçılıq niyyətinə düşərmi?
Heç
“revanş” sözünü ağzına alarmı?
Görün
faşıst xisləti bu dövləti nə günə
qoyub!
Görün
xülya və nifrətlə yaşayan millət
özünü hara gətirib çıxardı!
Görün dəmir yumruq onları necə başsız
və ağılsız qoydu?
Amma gərək
nəyi unutsalar da, dəmir yumruğun hazır durduğunu
unutmasınlar!
Yoxsa bundan
da betər günə qalacaqlar!
Hərtərəfli
darmadağın
Müzəffər
Ali Baş Komandan İlham Əliyev Ermənistanı təkcə
döyüş meydanında deyil, bütün sahələrdə
və bütün parametrlər üzrə darmadağın
edib!
Nəyi nəzərdə tuturuq.
Azərbaycan
Prezidenti İlham Əliyev torpaqların işğaldan azad
edilməsinə 17 il ərzində diqqətlə
və hərtərəfli hazırlaşmışdı.
Nəticədə
44 günlük Vətən müharibəsi dövründə
Azərbaycan beşinci nəsil müharibəni, XXI əsrin ən
yeni müharibəsini apardı!
Ermənistan isə ötən əsrin 90-cı illərinin
ab-havası ilə yaşayır, dostlarının köməyi
ilə yaratdığı müdafiə qurğularının
“möhkəmliyinə” güvənirdi.
Müasir
PUA-ların, dəqiq artilleriya zərbələrinin və ən
yeni taktikanın tətbiqi hesabına Azərbaycan əsgər
və zabitləri “betonlaşdırılmış müdafiə
qurğularına” yaxınlaşmadan, canlı qüvvə təması
olmadan Ermənistan ordusunu yerləyeksan etdilər!
Erməni əsgəri gizləndiyi bunkerdə və səngərdə
də canını qurtara bilmədi.
Vətən müharibəsi dövründə ordumuz təkcə
qəhrəmanlığı və ən yeni silahları ilə
döyüşmədi.
Müzəffər
Ali Baş Komandan İlham Əliyev daim öndə oldu, hərbi
əməliyyatların təşkili ilə yanaşı,
diplomatiya və informasiya cəbhəsində də
çarpışdı!
Təkbaşına!
Həm də
çox uğurla və yüksək nəticələrə
nail olmaqla!
Müharibəni
dayandırmaq üçün edilən
çağırışlara, xahişlərə, hətta təkid
və təzyiq cəhdlərinə belə əhəmiyyət
vermədi!
Öz
şərtini irəli sürdü və qətiyyətlə
üstündə durdu:
Hərbi əməliyyatlar
o zaman dayandırılacaqdır ki, Ermənistanın baş
naziri Azərbaycan torpaqlarını tərk etmələrinin
konkret qrafikini göstərməklə təslim aktını
imzalasın!
Belə də
oldu!
***
Dünya
erməniliyi müharibə dövründə dünya
KİV-indən istifadə etməklə ölkəmizə
total hücuma keçmişdi.
Feyk xəbərlər və məlumatlar yayılır,
Azərbaycanı sülh danışıqlarını
pozmaqda, muzdlulardan istifadə etməkdə, qadağan
olunmuş silahların və sursatların tətbiqində,
ölkəmizdə demokratiyanın pozulmasında və daha nələrdə
suçlamağa çalışırdılar.
Prezident
İlham Əliyev otuzdan çox nüfuzlu xarici televiziya
kanalına, qəzetə və informasiya agentliyinə
müsahibə verdi!
***
Jurnalistlərin
əksəriyyətinin eyni mərkəzdən təlimatlandırıldığı
açıq-aşkar görünürdü!
Hamısı eyni mövzuda suallar verir, eyni məsələlərə
toxunur, bir-birinin ağzına tüpürübmüş kimi
eyni tərzdə danışırdılar.
Hətta bəzən o qədər canfəşanlıq
edirdilər ki, kimlə danışdıqlarını unudur,
jurnalistlərin peşə davranışı kodeksini kobud
şəkildə pozurdular.
Cənab
İlham Əliyev isə böyük səbir və təmkin
göstərir, əvvəlcə KİV-in
yayılacağı ölkələrdəki vətəndaşları
maarifləndirəcək məlumatlar verir, əsl həqiqəti
söyləyir, sonra feyk xəbərləri təkzib edir, ən
nəhayət, məhz Ermənistanın sülh
danışıqlarını pozduğunu,
işğalçı ölkə olduğunu və faşizm
ideyasını daşıdığını konkret faktlarla
göstərirdi.
Beləliklə, Qarabağ uğrunda müharibədə
əsl həqiqətlərin dünyaya yayılmasını təmin
edirdi.
Yekunda Azərbaycanın
qələbəsi tam, qəti və hərtərəfli oldu!
Başqa
sözlə, düşmən təkcə hərb
meydanında deyil, diplomatiya və KİV sahəsində də
məğlub edildi!
Məğlub və dilənçi Ermənistan
bunların hansı birinin qisasını ala bilər?!
Paşinyan
Ermənistanı kapitulyasiya aktının bütün bəndlərini
yerinə yetirməyə məhkumdur!
Başqa
yolu yoxdur!
Əslində,
təslim sənədinə qol çəkməklə Ermənistan
ordusunun qalıqlarını və dövlətini itirməkdən
xilas oldu!
Buna
görə də Rusiyaya və Prezident Vladimir Putinə minnətdar
olmalıdırlar!
Amma yenə
də nankorluq göstərərək Rusiyanı “strateji
müttəfiqinə” “yaxşı kömək” göstərməməkdə
qınayırlar!
Hazırda
Rusiya sülhməramlıları mərhələlərlə
öz vəzifələrini yerinə yetirirlər!
Artıq
sərhədlərimiz sovet dövrü xəritəsinə əsasən
delimitasiya və demarkasiya olunub!
Mehri dəhlizinin
inşasına başlanıb!
Erməni qoşunları Azərbaycan ərazisindən
çıxarılmaqdadır.
Hətta
rus sülhməramlıları faşist Njdenin Xocavənddə
yeni qoyulan abidəsini götürtdülər!
Daha o
dövr keçib: faşist heykəli Ermənistan ərazisində
qoyula bilər, Azərbaycanda yox!
Ən nəhayət,
əgər ermənilərin 30 ildə yaratdığı
müdafiə qurğularında qalib Azərbaycan əsgəri
ən yeni silah-sursatı ilə oturubsa, dəmir yumruq daim
hazır vəziyyətdə dayanıbsa, Ermənistan necə
qisas ala bilər?!
Xüsusən
də Türkiyə qardaşlarımız daim yanımızda
olmaqla rus sülhməramlıları ilə birgə Monitorinq
mərkəzində çalışmaqdadırlar!
Ermənilər
gərək məşhur bir Azərbaycan atalar
sözünü də unutmasınlar: “Axmaq baş sahibinə
qapaz yedizdirər!”
Biz
Qarabağı dirçəldib cənnətə çevirməklə
məşğuluq
Qarabağ
Prezident İlham Əliyevin ikinci şah əsəri
olacaqdır!
Azərbaycanı yenidən tikib, qurub, müasirləşdirdiyi
kimi, işğaldan azad etdiyi Qarabağı da dirçəldəcək,
cənnətə çevirəcəkdir.
Odur ki, dövlət başçısı bu məsələni
daim diqqət mərkəzində saxlayır, düşməndən
təmizlədiyi yerlərə müntəzəm səfərlər
edir, zəruri tapşırıqlar verir, yeni layihələrin
icrasına başlatdırır.
Bayquş xislətli düşmən təkcə
yaşayış məntəqələrini viran qoymayıb,
eyni zamanda “ölüm tələləri” basdıraraq itilib
gedib.
Ən
çətin məsələ işğaldan qurtulan ərazilərin
minalardan təmizlənməsidir!
Dostlarımızın köməyi ilə bu prosesin
sürətini xeyli artırmışıq.
Yolların
çəkilişi də uğurla davam edir:
Hava yolları, avtomobil yolları, dəmir yolları
paralel şəkildə inşa olunur.
Bölgədə su elektrik stansiyaları qurulur, alternativ
enerji mənbələri yaradılır.
Artıq
azad olunmuş ərazilərdə payızlıq əkinlər
keçirilmişdir və bu il ilk məhsul
yığılacaqdır.
Rayonların baş planları hazırlanmış,
“ağıllı” kənd və şəhər layihələrinin
gerçəkləşdirilməsinə start verilmişdir.
Müvafiq infrastrukturun yaradılması,
yaşayış binalarının, evlərin tikilməsi, geri
qayıdanların işlə təmin olunması, bütün
növ xidmətlərin göstərilməsi
üçün zəruri tədbirlər görüləcəkdir.
***
Tale elə gətirdi ki, Qarabağ tam dağıldı,
yenidən qurulmasına ehtiyac yarandı.
Bu intibah nə qədər çətin və mürəkkəb
olsa da, zəruridir.
Amma əvvəlkindən daha gözəl,
yaşayış üçün daha rahat və əlverişli
olacağı şübhə doğurmur.
İki
millət, iki mahiyyət və xislət
Azərbaycan daim tikir, qurur, inkişaf etdirir, xalqın
daha firavan yaşamasına çalışır.
Ermənistan dağıdır, yandırır,
xarabalıqlar yaradır, millətini miqrantlara çevirərək
bütün dünyaya səpələyir.
Azərbaycan İpək yolunu bərpa edir, yeni dəmir
yolu xətlərini çəkir, nəqliyyat dəhlizləri,
logistika mərkəzləri yaradır, dövlətlər və
xalqlar arasında qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı
genişləndirir.
Ermənistan olmayan “genosid” yalanını uydurur, mifik
“Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək
üçün qan axıdır, qonşularına
qarşı ərazi iddiaları irəli sürür,
özünü blokadaya aldıraraq dalana soxur.
Azərbaycan multikulturalizm modelini dünyaya təqdim edir,
dilindən, dinindən asılı olmayaraq, ölkədə
yaşayan bütün millətlərin nümayəndələrinə
eyni gözlə baxır, bərabər hüquqlar verir,
bütün dini məbədlərə hörmətlə
yanaşaraq abadlaşdırır.
Ermənistan Njdenin simasında faşist
ideologiyasını geniş yayır, Alban kilsələrini
özününküləşdirir, məscidləri
dağıdır, donuz saxlancına çevirir, digər millətləri
müxtəlif vasitələrlə ölkədən
çıxararaq monoton, vahid millətli respublika yaradır.
Azərbaycanın
güclü iqtisadiyyatı, qüdrətli ordusu, böyük
nüfuzu və siyasi çəkisi olsa da, daim sülh yolunu
tutur, qonşularla mehriban yaşamağa
çalışır, yeni əməkdaşlıq
formatları yaratmaqla hamıya fayda gətirməyi bacarır.
Əhalisi
ölkədən qaçıb gedən, dilənçi vəziyyətinə
düşən Ermənistan borc içində
boğulmasına, 9 milyarda yaxın dövlət borcu
olmasına, diasporun ianəsi hesabına yaşamasına,
müharibədə biabırçı məğlubiyyətə
uğramasına baxmayaraq, yenə də boş iddialarından,
əlçatmaz niyyətlərindən əl çəkmir,
xalqının və dövlətinin gələcəyini
böyük təhlükə qarşısında qoyur.
İlham Əliyev Azərbaycanı ilə Paşinyan Ermənistanı
arasında belə təzadlı fərqlər çoxdur.
İlham Əliyev xalqının sevimlisi, xilaskarı,
işğal altındakı torpaqları qəhrəmanlıqla
azad edən Müzəffər Ali Baş Komandanıdır.
Paşinyan ermənilərin xain, satqın adlandırdıqları məğlub, arzuolunmaz baş nazirdir.
Hər xalq öz rəhbərinə layiqdir!
Hər dövlət başçısı içərisindən çıxdığı xalqını bütün xüsusiyyətləri ilə təmsil edir!
Bu gün İlham Əliyev qurucu, xilaskar fəxri adlarını daşıyır.
Bu adları ona Azərbaycan xalqı məhəbbətlə, sevə-sevə verib.
Qarabağımızı işğaldan azad edən Müzəffər Ali Baş Komandanımız tezliklə onu dirçəldərək cənnətə çevirəcəkdir!
Prezidentimiz
dediyini edən, sözünün sahibidir!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2021.-
25 fevral.- S.1;3.