Sonuncu Peyğəmbərin
şəninə
Varlığın lövhəsinə ilk söz yazanda qələm, -
Əhmədin “əlif”ini yazıbdır onda qələm.
“Əlif” “hey”i mülkünə hakim edəndən
bəri,
“Dal” onun boyunbağı, “mim” də ki bir
kəməri.
Bu kəmər, boyunbağı
edib camal sahibi,
Səadət dünyasında olub kamal sahibi.
Bu günbəz ki, kərpici saçar firuzətək nur, -
Onun cənnət
bağında tər-təzəcə
turuncdur.
Turuncun adətidir: gül açmaz ilk baharda,
Meyvəsi yetişəndə gəlib
çıxar bahar da.
Peyğəmbərlik bayrağı göylərə qalxan vədə
Sonuncu peyğəmbərlik
verildi Məhəmmədə.
Ay - zəbərcəd üzükdür,
nurlandırır dağ-daşı,
Məhəmməd möhürüylə parlayır
onun qaşı.
Dünyanın sırğasıdır adındakı hər bir “mim”,
Hər iki cahanı da edib özünə təslim.
Yer üzünə elçidir,
İsatək qulu vardır,
Müjdəçi müjdəçidir, çapar
da ki çapardır.
Dünyaya dərs almamış
natiq kimi gəlibdir,
Dərsi - Məsihin “mim”i, Adəmdəki “əlif”dir.
“Ənbiya” kəlməsinin
həm əvvəli həm sonu.
Əhdinə, vəfasına “əlif”tək
düz bil onu.
Varlığı ən işıqlı
bir nöqtədir varlığa,
Hər sözü,
hər kəlamı səslər bəxtiyarlığa.
Təkəbbür, lovğalıq da
o bilmədi cahanda,
Cahandan uca başı əyilmədi
cahanda.
Kəlamıyla təlimin artdı
şöhrəti, şanı,
Əlçatmaz, ünyetişməz fələklərdir
eyvanı.
Müqəddəs dərgahında hicabdadır
nəbilər,
Müqəddəslik onunla ləkələnmək
nə bilər.
Günahkarın gözləri kor qalıb qürbətdə
də.
Məkkədən xərac alıb,
bac alıb
qürbətdə də.
Sükutu səni yaxar, göz kor olar
tüstünə.
İstəyi pərdə çəkər
günahların üstünə.
Ədalətlə yatırar hər
qovğanı, savaşı,
Onu sevməmək
olmaz, sevəni sanma naşı.
Varlıq
dəyirmanını fırlandıran
oxdu, ox,
Üstümüzdə ağadır, səxavəti
çoxdu, çox.
Əzəliyyət dərsindən əbədilik
dərs alıb,
Ürəyinə qürbətin öz çırağı nur salıb. -
İşığıyla dolubdur günəşin qızıl
tası,
Meracından Ay olub göydə hilal parçası.
Ərşdə merac gecəsi öz taxtını qurubdur.
Başına tac qoyubdur, belə kəmər vurubdur.
Gecənin səməndinə nal
vurub, göyə uçub,
Nəfəsinə yer üzü dar gəlib, - deyə uçub.
Səhərin mələkləri səkil
atı gətirib,
Həsrətindən, darıxan yer üzünə yetirib.
Alapaça toxdayıb, nəfəs
alır haçandır,
Nizami - yəhərinin
örtüyünü açandır.
Sənsiz
Hər gecəm oldu kədər, qüssə,
fəlakət sənsiz,
Hər nəfəs çəkdim,
hədər getdi o saət sənsiz!
Sənin
ol cəlb eyləyən vəslinə
and içdim inan,
Hicrinə yandı canım,
yox daha taqət sənsiz!
Başqa bir yarı necə
axtarım, ey nazlı sənəm?
Bilirəm sən də dedin: “Yox yarə
hacət sənsiz!”
Sən mənim qəlbimə
hakim, sənə qul oldu könül,
Sən əzizsən, mən ucuz, mən heçəm, afət, sənsiz!
Nə gözüm var arayım mən səni, bəxtim də ki yox,
Nə də bir qaçmağa
var məndə cəsarət sənsiz!
Sən Nizamidən əgər arxayın olsan da, gülüm,
Gecə-gündüz arayıb olmadı rahət sənsiz!
Sevgili canan
Hüsnün gözəl ayətləri,
ey sevgili canan!
Olmuş
bütün aləmdə
sənin şəninə
şayan
Gəl eylə inayət, mənə ver busə ləbindən,
Çünki gözəlin busəsidir aşiqə ehsan.
Sordum ki, “könül hardadır” aldım bu cavabı.
“Heç sorma, tapılmaz onu axtarsa da insan”.
Rəhm
eylə, deyib, sel kimi göz
yaşımı tökdüm
Kim, qanım ilə əl yuma,
ey afəti-dövran!
İnsafın əgər varsa,
açıq de, bu Nizami,
Sənlə necə rəftar eləsin, ey mahi-taban?
Gəl söylə, cavabın nə olar, sorğu
zamanı,
Əhvalımı səndən soruşarsa Qızıl Arslan?
Yenə tövbə evimi
eşq xərab etmədədir
Yenə
tövbə evimi eşq xərab etmədədir,
Aşiq
iftarını sevda meyi nab etmədədir.
Könlümə bir mələyin
sevgisi od
saldı, adı
Günü də, Zöhrəni də göydə sərab etmədədir.
Onun eşq atəşi hər qəlbə girər, amma nədən
Tək mənim
qəlbimi atəşdə
kəbab etmədədir?
Gözlərin baxdı mənə,
söylədi: “Səbr
et, səninəm ,
Doğrusu, səbr edərəm, ömr sitab etmədədir.
Ahu gözlüləri yatmış
zaman ovlar ovçu,
Ömür röyada şikar
olmağa tab etmədədir.
Məsləhətdir, məni qovmaqdan isə, versin əzab,
Yar bunu yaxşı düşünmüşdür,
əzab etmədədir.
Gər Nizamini xəta isə həlak etdirmək,
Aşiqəm, yar məni öldürsə,
səvab etmədədir.
Gecə
xəlvətcə bizə
sevgili yar gəlmiş idi
Gecə
xəlvətcə bizə
sevgili yar gəlmiş idi,
Üzü aydan da gözəl
nazlı nigar gəlmiş idi.
Tər axıb gül yanağından, bulud örtmüşdü ayı,
Onu düşmənmi
qovub, könlü qubar gəlmiş idi?
Ona mən göz yetirib xəlvəti baxdım-baxdım,
Ovçunun ovlağına körpə
şikar gəlmiş
idi.
Uyuyub hər ikimiz rahət olub bir yatdıq,
Bəxtimin baxçasına güllü
bahar gəlmiş idi.
Dedi: “Getmək dəmidir, söylə, nə istəyirsən yar?”
Bir öpüş
istədim ondan...Yeri var gəlmiş
idi.
Ağlayıb getdi o yar, göz yaşı yandırdı məni,
Odlara yandı
dilim, sanki şərar gəlmiş idi.
“Ey Nizami!” - dedi...
Birdən ayılıb
gördüm o yox
Demə röyada bizə çeşmi-xumar gəlmiş
idi.
Ayüzlü nigarım, kimə
mehman olacaqsan?
Ayüzlü nigarım, kimə mehman olacaqsan?
Bir söylə,
kimin şəninə
şayan olacaqsan?
Şahlıq çətiri var
başın üstündə
bu axşam,
Ənbər çətirinlə kimə
sultan olacaqsan?
Şəkər demərəm mən
sənə, ondan da şirinsən,
Dilbər,
necə bir bəxtəvərə can olacaqsan?
Zülmət gecə, sən
nurlu çıraq, bəd gözə gəlmə,
Ey abi-həyat,
sən kimə canan olacaqsan?
Getdin, necə bəs tab eləsin hicrə Nizami,
O xəstə ikən, sən kimə dərman olacaqsan?
Az danışmağın gözəlliyi
Sözün də su kimi
lətafəti var.
Hər sözü az
demək daha xoş olar.
Bir inci saflığı varsa da suda
Artıq içiləndə dərd
verir su da.
İncitək sözlər seç,
az danış,
az din,
Qoy az sözlərinlə
dünya bəzənsin.
Az sözün incitək mənası solmaz,
Çox sözün kərpictək
qiyməti olmaz.
Əsli
təmiz olan saf mirvarılar,
Suya və torpağa min bəzək vurar.
Mədənlə dolsa da hər xəzinə,
Hər kiçik
zərrəsi dərmandır
yenə.
Ürəyi oxşayan bir dəstə çiçək,
Yüz xırman otundan yaxşıdır, gerçək!
Yüz ulduz yansa da
göylərdə, inan,
Bir günə
baş əymək xoşdur onlardan.
Göydə parlasa da nə
qədər ulduz.
Günəşdir nur verən aləmə yalnız.
Gözüm aydın, gözümə
surəti canan görünür
Gözüm aydın, gözümə
surəti canan görünür,
Mişki-ənbər saçaraq, ətrlə əfşan görünür.
Allaha şükür edirəm,
ey gözümün nuru, bu gün,
Yar gəlib
göz önünə,
sərvi-xuraman görünür.
Ayrılıq zəhrini daddım,
acı da olsa, vüsal,
İki dünyaya
dəyər, eylə ki, hicran görünür.
Səni
bir dəfə görənlər güvənir
eşqimizə,
Nə
üçün gözlərin, ey dil, belə giryan
görünür?
Eşqini
canım ilə bəslədi birlikdə könül,
Onsuz, ey sevdiyəcəyim, can evi viran görünür.
Ey sənəm, vəslin ilə, eylə ki, şad oldu
könül,
Yırtdı qəm köynəyini, gül kimi xəndan
görünür.
Şadlığından alışıb
yandı Nizami, dedi ki:
“Gözüm aydın,
gözümə surəti
canan görünür”.
Azərbaycan.-2021.- 25 fevral.- S.6.