Yenidən
qurulan pansionat ildə 5 min nəfərədək xəstə
qəbul edir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də
Bakının Xəzər rayonunda Şağan Reabilitasiya
Pansionatının əsaslı təmirdən sonra
açılışında iştirak edib.
AZƏRTAC
xəbər verir ki, dövlətimizin başçısı
pansionatda yaradılan şəraitlə tanış oldu.
Məlumat
verildi ki, bu pansionat ümummilli lider Heydər Əliyevin
tapşırığı ilə 2003-cü ildə istifadəyə
verilib. Ötən il isə burada əsaslı təmir işləri görülüb. Yenidən qurulan
250 çarpayılıq pansionat ildə 5
min nəfərədək xəstə qəbul
edə bilər. Bu tibb müəssisəsində
ürək, qan-damar, oynaq-hərəkət,
əsəb sistemi, endokrin
xəstəliklərdən əziyyət çəkənlərə
xidmət göstəriləcək. Əsas xidmətlər isə
funksional diaqnostika, fizioterapiya müalicəsi, tibbi
vannalar, müalicəvi bədən tərbiyəsi,
sosial-psixoloji reabilitasiyadır.
Azərbaycan.-2021.- 26 fevral.- S.1-2.