Xocalı
faciəsi Azərbaycan xalqına qarşı aparılan
soyqırımı siyasətinin qanlı səhifəsidir
Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
Xocalı soyqırımı abidəsini ziyarət ediblər
XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 29-cu ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər.
AZƏRTAC
xəbər verir ki, Prezident İlham Əliyev Xocalı
soyqırımı abidəsinin önünə əklil qoydu,
faciə qurbanlarının xatirəsini ehtiramla yad etdi.
Birinci
xanım Mehriban Əliyeva abidənin önünə gül dəstəsi
qoydu, faciə qurbanlarının xatirəsinə
ehtiramını bildirdi.
Azərbaycan.-2021.- 27 fevral.- S.1.