Rəcəb Tayyib
Ərdoğan: Xocalı qətliamının
acısını unutmayacağıq, kədərini təkrar-təkrar
yaşayacağıq
Xocalıda 29 il əvvəl vəhşicəsinə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm...
AZƏRTAC
xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğanın “Twitter” sosial şəbəkə
hesabında Xocalı soyqırımı qurbanlarına
ehtiramı bu ifadə ilə başlayır.
Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan amansız bəşəri
cinayətlə bağlı fikirlərini belə davam etdirib:
“İllər keçsə də, acısını
unutmayacağımız, kədərini təkrar-təkrar
yaşayacağımız Xocalı qətliamının 29-cu
ildönümündə qadın, uşaq, yaşlı bilmədən
qəddarlıqla qətlə yetirilən 613 azərbaycanlı
qardaşımızı rəhmətlə yad edir, dost və
qardaş Azərbaycan xalqına başsağlığı
verirəm.
Bir
millət, iki dövlətik...Türkiyə olaraq haqlı
mübarizəsində Azərbaycanın yanında olmağa
davam edəcəyik”.
Azərbaycan.-2021.- 27 fevral.- S.1.