Birinci vitse-prezident Mehriban
Əliyeva: Xocalı soyqırımı kimi
faciələr unudula bilməz
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Xocalı soyqırımının 29-cu il dönümü ilə bağlı paylaşım edib.
AZƏRTAC paylaşımı təqdim edir:
"Xocalı soyqırımı kimi faciələr unudula
bilməz. Günahsız insanların vəhşicəsinə
qətlə yetirilməsinə heç nə
ilə haqq qazandırmaq olmaz!
Biz o dəhşətli
hadisələr haqqında həqiqətləri təhrif
olunması cəhdlərindən hər zaman
qoruyacağıq. Xocalı soyqırımı
qurbanlarının işıqlı xatirəsini ehtiramla yad edir,
Uca Tanrıdan bütün
şəhidlərimizə rəhmət diləyirəm".
Azərbaycan.-2021.- 27 fevral.- S.1.