Vaksinlər ölkələr arasında ədalətlə bölünmür

 

Azərbaycan Prezidenti koronavirusa qarşı beynəlxalq səviyyədə birgə mübarizə aparılmasını vacib sayır

 

 

Azərbaycan yeni növ koronavirus infeksiyasına qarşı effektiv mübarizə aparan ölkələr sırasındadır. Respublikamızda pandemiyaya qarşı qabaqlayıcı tədbirlər ilk gündən kompleks şəkildə həyata keçirilir.

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə virusun üzə çıxdığı ilk zamandan etibarən ardıcıl çevik və zəruri addımlar atılıb. Dərhal və mərhələli şəkildə həyata keçirilən tədbirlər sayəsində vətənimiz böyük fəlakətdən qorunub, virusa yoluxma nəzarətolunan həddə saxlanılıb.

Ötən gün Prezident İlham Əliyev yerlixarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında ölkəmizdə koronavirus ilə bağlı vəziyyət barədə məlumat verərək bildirdi ki, pandemiyanın lap əvvəlindən vəziyyət nəzarətdə saxlanılır. Karantin rejiminin sərtləşdirilməsi və yumşaldılması üzrə görülmüş tədbirlər kifayət qədər səmərəli olub: “Bizdə yoluxmanın səviyyəsi kifayət qədər aşağıdır. Koronavirusa yoluxmuş insanların sayı hazırda 200 mindən bir qədər çoxdur. Bugünkü vəziyyətə görə, aktiv xəstələrin sayı 2 mindən bir qədər artıqdır. Bizim xəstəxanalarda boş yerlər çoxdur. Ona görə ki, əvvələn pandemiyanın ilk aylarında biz 10-dan çox modul tipli yeni xəstəxana yaratmışıq, həmçinin son iki ayda yoluxanların və sağalanların sayı arasında sağalanların xeyrinə müsbət dinamika müşahidə olunur”.

 

 

 

Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə birinci başlamış ölkədir

 

 

Hazırda əksər ölkələrdə koronavirusa qarşı vaksinasiya işi aparılır. Azərbaycanda da yanvarın 18-dən tibb işçilərinin vaksinasiya olunması ilə bu prosesə start verilib. Qeyd edək ki, vaksinasiya könüllülük prinsipi ilə və dövlət hesabına həyata keçirilir. Ölkəmizdə ÇininSinoVac” şirkətinin istehsal etdiyiCoronoVAC” vaksinindən istifadə olunur.

Dövlət başçısı mətbuat konfransında bildirdi ki, Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkədir. Azərbaycan peyvəndləməyə Avropa ölkələrindən cəmi bir ay sonra başlayıb: “Biz Çində istehsal edilmişCoronaVac” peyvəndi ilə vaksinasiya aparırıq. Deməliyəm ki, biz həm də lap əvvəldən “COVAX” layihəsinə qoşulmuşuq. Bu layihə üzrə bizAstraZeneca”, “Pfizer” və “Moderna” peyvəndlərini də almalıyıq. Bundan əlavə, biz Azərbaycana “AstraZenecavaksininin göndərilməsi barədə lap ilk günlərdən Rusiya tərəfi ilə müvafiq sənədlər imzalamışıq. Ona görə ki, Rusiya şirkətləri postsovet məkanında bu vaksinin, həmçinin “Sputnikvaksininin distribüterləridir. Lakin hələlik bu vaksinlər bizə daxil olmayıb. Bizdə olan məlumata görə, “Sputnikvaksini hələlik Rusiyanın daxili ehtiyaclarını təmin edirxarici ölkələrə bu vaksin çox məhdud miqdarda göndərilib”.

 

 

 

Bəzi ölkələr onlara lazım olandan 3-4 dəfə çox vaksin alıblar

 

 

Prezident İlham Əliyev vaksinlərin ölkələr üzrə bərabər bölünməməsi məsələsindən də danışıb. Dövlət başçısı vurğulayıb ki, bizim beynəlxalq səviyyədə, o cümlədən Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsümüzlə BMT Baş Assambleyasının COVID-19-a həsr edilmiş xüsusi sessiyası keçirilib. 150-dən çox ölkə bu təşəbbüsü dəstəkləyib. Sessiya ötən ilin dekabr ayında keçirilib: “Mənim orada səsləndirdiyim tezislərdən biri vaksinlərin dünya ölkələri arasında ədalətli bölgüsü idi ki, bu məsələdə proteksionizm, millətçilik olmasın. Lakin təəssüf ki, tamam başqa mənzərə gördük”.

Dövlətimizin başçısı dedi ki, hətta müttəfiqlər arasında da ciddi problemlər yaranır, kimin neçə vaksindən istifadə etməsini və kimin kimə nəyi yarımçıq verməsini hesablamağa başlayırlar: “Ona görə bu vəziyyət bir daha göstərir ki, həmrəylik barədə, bu bəlaya qarşı birgə mübarizə barədə bütün bəyanatlara baxmayaraq, praktikada tamamilə əks vəziyyət görürük. Məsələn, bəzi ölkələr onlara lazım olandan 3-4 dəfə çox vaksin alıblar. Misal üçün Kanada. Mən bu barədə demişəm. Belə çıxır ki, kiməsə çatmayacaq. Amma bu, onlara maraqlı deyil. Onlar sözdə bərabərlik, insan haqları, demokratiya tərəfdarları kimi çıxış edir, praktikada isə milyonlarla insanın, yoxsul ölkələrdə yaşayanbuna imkanı olmayan insanların hüquqlarını tapdalayırlar”.

Prezidentin qeyd etdiyi kimi, deməli, varlılar özlərini peyvəndləyəcək, bütün istehsalı özlərinə götürəcək, necə deyərlər, elementar insan davranışı qaydalarına tam etinasızlıq göstərəcək, yoxsul ölkələr isə əziyyət çəkməli olacaqlar: “Mən BMT Baş Assambleyasının xüsusi sessiyasında bu məsələni qaldırmışam və bu gün Qoşulmama Hərəkatı çərçivəsində bu məsələ barədə fəal diskussiya aparırıq. Bir çox ölkələr mənim təşəbbüsümü dəstəkləyiblər. Hazırda əlavə məsləhətləşmələr aparılır və biz əməli işə keçməliyik. Şablon bəyanatlar səsləndirmək kifayətdir, onların arxasında heç bir dayanmır. Bunlar artıq hamını bezdirib. Bu məsələ hər bir insana aiddir. Biz bu məsələdə həm milli mənada, həm də bu gün üzvlərinin sayına görə dünyada BMT-dən sonra ikinci beynəlxalq qurumda sədrlik edən ölkə kimi prinsipiallıq göstəririk”.

Göründüyü kimi, Azərbaycan yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də qlobal bəlaya qarşı mübarizə aparır. Prezident İlham Əliyev koronavirusa qarşı birgə beynəlxalq mübarizəni xüsusilə vacib sayır.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 pandemiyasına qarşı mübarizədə dünya ölkələrinə töhfə verən hökumətlərə, təşkilatlara və ayrı-ayrı şəxslərə təşəkkürünü bildirib. Təsadüfi deyil ki, həmin ölkələr sırasında Azərbaycanın da adı var.

 

 

Yasəmən MUSAYEVA

Azərbaycan.-2021.- 27 fevral.- S.1;10.