İlham
Əliyev Rəcəb Tayyib Ərdoğanı ad günü
münasibətilə təbrik edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib
Ərdoğana telefonla zəng edib.
Dövlətimizin
başçısı Prezident Rəcəb Tayyib
Ərdoğanı ad günü münasibətilə təbrik
edib, dost və qardaş Türkiyənin inkişafı və
firavanlığı naminə ona fəaliyyətində
uğurlar və möhkəm cansağlığı
arzulayıb.
Türkiyə
Prezidenti göstərilən diqqətə və təbrikə
görə Prezident İlham Əliyevə təşəkkür
edib.
Prezident
Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı
ilə əlaqədar dövlətimizin
başçısına və Azərbaycan xalqına
başsağlığı verib.
Azərbaycan
Prezidenti başsağlığına görə minnətdarlığını
bildirib.
Dövlət
başçıları Azərbaycan-Türkiyə münasibətlərinin
bundan sonra da bütün sahələrdə uğurla
inkişaf edəcəyinə və möhkəmlənəcəyinə
əminlik ifadə edib, əlaqələrimizin gələcək
perspektivləri ətrafında fikir mübadiləsi
aparıblar.
Azərbaycan.-2021.- 27 fevral.- S.2.