Qətiyyətin təntənəsi

 

İlham Əliyev Azərbaycanın ədaləti təmin etdiyini dünyanın diqqətinə bir daha çatdırdı

 

 

İkinci Qarabağ müharibəsində qalib gələn Azərbaycan bölgədə tamamilə yeni reallıqlar yaradıb. Bu savaşın nəticəsində respublikamızın ərazi bütövlüyü təmin olunub, Ermənistanın işğal siyasətinə son qoyulub. İlham Əliyevin uğurlu diplomatiyası dünya erməniliyinin beynəlxalq miqyasda ölkəmizə qarşı apardığı qarayaxma kampaniyasının da qarşısını qətiyyətlə alıb. Hazırda üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq regionda sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edən layihələrin həyata keçirilməsi istiqamətində işlər davam edir.

 

 

 

İşğala son qoyuldu, Azərbaycanın dövlət sərhədləri bərpa edildi

 

 

Prezident İlham Əliyev ötən il sentyabrın 27-dən sonra xarici mətbuata müsahibələrində, xalqa müraciətlərində, görüşlərində, çıxışlarında müharibənin başlanma səbəbləri barədə ətraflı bəhs etmiş, real vəziyyət, Azərbaycanın şərtləri və planları barədə ictimaiyyəti məlumatlandırmışdı. Azərbaycanın şərtlərinin ifadəsi olan üçtərəfli 10 noyabr Bəyanatı ilə nəinki Ermənistanın işğal siyasətinə son qoyuldu, həm də Azərbaycan Şərqi Zəngəzur, Zəngilan və Qubadlı rayonları istiqamətində dövlət sərhədlərini tam bərpa etdi. Qısa zamanda azad olunmuş ərazilərin minalardan təmizlənməsi istiqamətində mühüm işlər görülüb, Qarabağ bölgəsinin bərpası ilə bağlı infrastruktur layihələrinin icrasına başlanılıb. O cümlədən işğaldan azad olunmuş ərazilərimizdə 7 min hektarda əkin işləri aparılıb. Bütün bunlar Azərbaycanın Qarabağı bərpa etmək əzminin və sülhə tərəfdar olmasının təsdiqi olmaqla müharibədən sonrakı reallıqların vacib məqamlarıdır.

Bu reallığın müəllifi Azərbaycanı qalib edən Prezident İlham Əliyevdir. Yeni reallıqlar dövrünün aparıcı qüvvəsi isə regionda söz sahibi kimi statusunu və mövqelərini qat-qat gücləndirən Azərbaycandır.

Bir daha xatırladaq ki, 44 gün davam edən müharibə ərzində İlham Əliyev 26 nüfuzlu xarici KİV-ə müsahibə vermişdi. Onların demək olar ki, hamısı dünyada tanınan media qurumları idi. Həmin müsahibələr müharibə günlərində Azərbaycana qarşı informasiya cəbhəsi açan dünya erməniliyinə erməni təəssübkeşlərinə böyük zərbə vurmuş, əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında böyük rol oynamışdı.

 

 

 

Dövlət  başçısı 35-dən artıq KİV əməkdaşının 50-yə yaxın sualını cavablandırdı

 

 Fevralın 26-da yerli xarici media nümayəndələri üçün mətbuat konfransı keçirən Prezident İlham Əliyev verilən suallara  cavablarında bir daha Azərbaycanın hərbi qələbəsini eləcə müharibədən sonrakı proseslər barədə vəziyyəti həm yerli, həm xarici auditoriyanın diqqətinə çatdırdı. Mətbuat konfransı təxminən 4 saat 20 dəqiqə davam etdi. Dövlət başçısı 35-dən artıq yerli xarici KİV-in əməkdaşlarının 50-yə yaxın sualını cavablandırdı.

İlham Əliyevə suallarını ünvanlayan jurnalistlər bütün dünyada tanınan xarici KİV-i təmsil edirdilər. Türkiyənin CNN,  “TRT Haber”, “TRT World”, “Haber Qlobalteleviziyaları, “SözçüYeni Şəfəqqəzetləri, Anadolu Agentliyi, Rusiyanın TASS, RİA-Novosti agentlikləri, “ZvezdaBolşaya Aziyamediaholdinqləri,  RBK telekanalı, Ukraynanın “Ukraina-24”, “5-ci Kanal”, “1+1”, “İntertelekanalları, Böyük BritaniyanınTeleqraf “Independent” qəzetləri, “Reuters” Agentliyi, “Middle East Eye” media qurumu, Yaponiyanın “JİJİ PRESS” Agentliyi, İspaniyanın “La Vanguardiaqəzeti, Yunanıstanın “Real Group Media” şirkəti, İranın Mehr Agentliyi yalnız təmsil etdikləri ölkələrdə deyil, regionda dünyada çoxmilyonlu auditoriyaları olan ictimai rəyə güclü təsir göstərən kütləvi informasiya vasitələridirlər. Onların Prezident İlham Əliyevə sual ünvanlamaq istəmələri isə ilk növbədə Azərbaycana onun 44 günlük müharibədə qazandığı tarixi Qələbəyə olan marağın təcəssümü idi.

Onu da qeyd edək ki, xarici jurnalistlərin bəziləri azad edilmiş torpaqlara gediblər Ermənistanın işğal siyasətinin nəticələrini, erməni vandallığını gözləri ilə görüblər. Üstəlik, onlar həm Xocalı soyqırımının 29-cu ildönümündə Azərbaycana gəliblər. Təbii ki, bunlar onların əsl həqiqətlər barədə məlumatlanmasında təmsil etdikləri KİV vasitəsilə ictimaiyyətə çatdırmalarında böyük əhəmiyyət kəsb edən amillərdir.

 

 

Mətbuat konfransının ruhunu Azərbaycanın qələbəsi təşkil etdi

 

 

 

Jurnalistlər İlham Əliyevə İkinci Qarabağ müharibəsi sonrakı proseslər barədə ən müxtəlif suallar ünvanladılar. Dövlət başçısı bu sualların hər birini sonadək dinləyib olduqca əhatəli dolğun şəkildə cavablandırdı. İlham Əliyev yeni reallıqlarla bağlı jurnalistləri məlumatlandırmaqla yanaşı, həm Ermənistana xəbərdarlıq etdi.

Ən mühümu o idi ki, jurnalistlər sual verərkən İlham Əliyevin Müzəffər Ali Baş Komandan olmasının fərqində idilər. Prezident onların suallarını həm də qalib dövlətin rəhbəri, qalib lider kimi cavablandırdı. Ona görə mətbuat konfransının ruhunu bütövlükdə Azərbaycanın hərbi qələbəsi təşkil etdiİlham Əliyev bir daha Azərbaycanın Ermənistanın işğal siyasətinə qətiyyətlə son qoyduğunu, xalqımızın tarixi zəfərini dünya ictimaiyyətinin diqqətinə çatdırdı.

Təcrübə göstərir ki, nüfuzlu siyasi liderlərə hər zaman yüksək beynəlxalq maraq olub. İlham Əliyevin isə öz fəaliyyəti, cəsarətli və müstəqil siyasəti, beynəlxalq məsələlərlə bağlı qətiyyətli mövqeyi, dünyada sülhə və təhlükəsizliyə verdiyi töhfələr ilə hər zaman dünyanın yüksək ehtiram olunan dövlət başçıları sırasında dayanıb. Vətən müharibəsindəki Qələbə isə həm Azərbaycanın, həm də  onun rəhbərinin nüfuzunu daha da yüksəltdi.

Yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı da Prezident İlham Əliyevin yüksək nüfuzunun təcəssümü kimi yadda qaldı. Bu mətbuat konfransı növbəti dəfə İlham Əliyevin qətiyyətinin, yüksək liderlik keyfiyyətinin təsdiqi oldu. Azərbaycan xalqı bir daha əmin oldu ki, dövlətimizin sükanı etibarlı əllərdədir.

 

 

 

Rəşad CƏFƏRLİ

Azərbaycan.-2021.- 28 fevral.- S.1-2.