Yoluxma
ocağına çevrilən avtobuslar
Paytaxtın nəqliyyat
qurumları pandemiya sınağından uğurla çıxa bilmir
Qlobal pandemiya ilə mübarizə Azərbaycanda
da davam edir. Koronavirusla bağlı müşahidə
olunan hazırkı müsbət dinamika respublikamızın qlobal bəlaya qarşı apardığı düzgün
strategiyanın göstəricisidir.
Ötən 1 ilə yaxın müddətdə xidmət
sahəsindəki dövlət
qurumları virusun yayılmasına imkan verməmək üçün
fəaliyyətlərini pandemiya
şəraitinə uyğunlaşdırdılar. Bakının ictimai nəqliyyat sistemində də bu istiqamətdə müəyyən addımlar
atıldı. Təəssüf ki, bəzi qurumların
fəaliyyəti koronavirusla
mübarizədə müəyyən
olunmuş prioritetlərdən
uzaq oldu.
Sərnişindaşımaya nəzarətin düzəlməyən problemləri
Ölkəmizdə, o cümlədən paytaxtda
nəqliyyat, xüsusən
də sərnişindaşıma
sisteminin təkmilləşdirilməsi
hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Dövlət başçısı paytaxtın
nəqliyyat sisteminin və infrastrukturunun inkişafı, sərnişindaşıma
xidmətinin müasir
tələblərə uyğun
təşkili istiqamətində
mühüm qərarlar
qəbul edir, kifayət qədər vəsait ayırır.
Prezidentin tapşırığına uyğun olaraq sərnişindaşıma xidmətinin
daha da təkmilləşdirilməsi
üçün Bakıya
yüzlərlə müasir
avtobuslar gətirilir.
Lakin pandemiya ilə mübarizə dövründə
məhz paytaxtın sərnişindaşıma xidmətindəki
nöqsanlar göstərdi
ki, vətəndaşları
narahat edən problemlər: marşrutların
düzgün nizamlanmaması,
əhaliyə lazımi
səviyyədə xidmət
göstərməməsi, tez-tez
qəzaların baş
verməsi, sərnişindaşımada
yaşanan arzuolunmaz vəziyyət və s. hələ də qalmaqdadır.
Bəllidir ki, metro bağlı olduğu üçün
paytaxtda yaranan sərnişin sıxlığını
aradan qaldırmaq yerüstü nəqliyyatın
öhdəsinə düşüb. Lakin bu sahəyə məsul olan müvafiq qurumların fəaliyyəti
göstərir ki, məktəblərdə əyani
təhsilə keçidlə
bərabər ikiqat artan sərnişindaşıma
işi pandemiya şərtlərinə uyğun,
yoluxma təhlükəsi
yaratmadan həyata keçirilmir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində
xüsusi karantin rejimi tətbiq etməsi ilə əlaqədar metro stansiyaları
arasında müəyyən
edilmiş marşrut əsasında iki istiqamət üzrə xüsusi M1 və M2 ekspress avtobus xətləri təşkil
edilib. Bu marşrut
xətləri yalnız
metro stansiyalarının çıxışlarında
olan dayanacaqlarda dayanır. M1 ümumilikdə 11 metrostansiya,
M2 xətti isə 15
metro stansiyasını əhatə
edir.
Düzdür, pandemiyanın ilk vaxtlarında,
SMS icazə sisteminin tətbiqi müddətində
bu xətlər sərnişin yükünü
daşımaq gücündə
olsa da, indi bunu bacarmır. Hazırda avtobuslarda
inanılmaz sıxlıq
yaşanır, xüsusilə
də günün pik, işə gediş və çıxış saatlarında.
Adıçəkilən marşrut dayanacaqlarında
yığılmış yüzlərlə
sərnişin arasında
nə sosial məsafə qorunur, nə də virusa yoluxma riskini azaltmaq üçün tədbir
görülür. İnsanlar sadəcə
birtəhər avtobusa
minib ya işə, ya da evə çatmağa
tələsir.
Dayanacaqlara daxil olan avtobuslar
arasında isə sanki yarış gedir. Ekspress marşrut xətləri
üçün yollarda
ayrıca zolaqlar yaradılsa da, yenə də davamlı gecikmələr
baş verir. Hansı ki bu zolaqlarda
ancaq ekspress marşrutlar hərəkət
edir.
Sosial məsafə təmin edilmir, dispenserlərə spirt əvəzinə su doldurulur
Bu durum Bakı şəhərində
sərnişindaşıma ilə məşğul olan bütün qurumlara, həm dövlət, həm özəl şirkətlərə
aiddir. Maraqlıdır ki, dəfələrlə
paytaxtda sərnişin
sayının artdığı
etiraf edilsə də, avtobusların gecikməsini hər zaman yollardakı tıxaclara bağlayırlar.
Avtobuslararası intervalın çox
olmasına, avtobusların
gecikməsinə, kartsızlığa,
əlavə xətt avtobusları sürücülərinin
özbaşınalıq etməsinə
isə aydınlıq
gətirən yoxdur.
Koronavirusla mübarizə dövründə
Bakıda marşrut avtobuslarının sayı
artsa da, sıxlıq yenə qalır, sosial məsafənin təminindən
əsər-əlamət yoxdur. Marşrutlar potensial
koronavirus ocaqlarıdır,
çünki insanlar nəfəs-nəfəsə gedirlər.
Avtobuslarda dezinfeksiya qaydalarına
əməl edilmir.
Yalnız televiziya kanallarının
kameraları qarşısında
bu prosesin hər gün həyata keçirildiyi göstərilir. Operativ Qərargahın
tələb etdiyi heç bir sanitar-gigiyenik qaydaya əməl olunmur. Hətta avtobuslarda dispenserlərə spirt əvəzinə su doldurulur. Səbəbini soruşduqda sürücülər
qaraj rəhbərliyini
günahlandırırlar.
Görəsən pandemiya şəraitində
insanların bu vəziyyətdə daşınması
nə dərəcədə
doğrudur, mövcud problemlər nədən aradan qaldırılmır?!
Qüsurlar və çatışmazlıqlar
illərdir aradan qaldırılmır
Paytaxt ərazisində
nəqliyyat vasitələrinin
təhlükəsiz, fasiləsiz
və rahat hərəkətini təmin
etmək və tənzimləmək funksiyası
Bakı Nəqliyyat Agentliyinin üzərinə
düşür. Paytaxt nəqliyyatındakı mövcud problemlərin aradan qaldırılması
üçün hökumət
tərəfindən quruma
bütün səlahiyyətlər
verilib və tam şərait yaradılıb.
Ancaq deyəsən qurum sərnişindaşımanın
yükünü çəkmək
iqtidarında deyil!
Ekspert Ərşad
Hüseynov da deyilənləri təsdiqləyir. Onun sözlərinə
görə, Prezident İlham Əliyev yol-nəqliyyat infrastrukturunun,
sərnişindaşımanın müasir tələblərə
cavab verməsi üçün mühüm
qərarlar qəbul edib, böyük vəsait ayırıb və davamlı ciddi tapşırıqlar verib. Amma bu işin həvalə
olunduğu Bakı Nəqliyyat Agentliyinin fəaliyyətində hələ
də ətalət, çatışmazlıqlar qalmaqdadır:
“Metro bağlı olduğu
üçün Bakıda
sərnişindaşıma yerüstü nəqliyyatın
üzərinə düşüb.
Hələ bəzi məhdudiyyətlər
olduğu üçün
vətəndaşlar marşrut
avtobuslarından o qədər
də çox yararlanmırlar. Yəni hələ
həyat tam öz axarına düşmədiyi
halda belə avtobuslarda sıxlıq müşahidə olunur, tıxaclar yaranır.
Sürücülərin məsuliyyətsizliyi, pik saatlarda gecikmələr,
avtobusların qrafikdən
kənara çıxmaları
adi hallardır. Bütün bunlar tədricən aradan qaldırılmalı
idi. Ancaq hələ də
bunu görmürük.
Səbəb odur ki problemlər köklü həll olunmur, hətta bəzən ortaya fantastik iddialar qoyulur, hansı ki həyata
keçirilməsi qeyri-mümkündür.
Yanlış qərarlar qəbul
edilir. Bir halda ki dövlət adından bu işlər həmin quruma tapşırılıb, o sahədə
hansı problemlər varsa, ən qısa müddətdə
təhlil olunub həllini tapmalı idi. Ancaq görünən mənzərə tam başqadır”.
Ekspert Ərşad Hüseynov qeyd edir ki,
bəzən yanlış
olaraq bu halların səbəbkarı
kimi daşıyıcıları
göstərirlər: “Axı
bu prosesə nəzarət edən qurum Bakı Nəqliyyat Agentliyidir. Əslində BNA bu problemlərin
aradan qaldırılması
ilə bağlı hökumət qarşısında
real, əsaslı təşəbbüslər
qaldırmalıdır və
ən əsası, fəaliyyətini daha da təkmilləşdirmək
və şaffaflaşdırmaq
üçün səmərəli
təkliflər irəli
sürməlidir. Bu gün problem mahiyyəti üzrə araşdırılsa,
real mənzərə ortaya
çıxar. Paytaxt nəqliyyatına
nəzarət edən
qurumun indiyəqədərki
yanlış qərarlarının
nəticəsidir ki, nöqsanlar, problemlər həllini tapmır”.
Nəqliyyat planına uyğun
atılan addımların
effekti yoxdur
Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev isə açıqlamasında qeyd edib ki, ölkə ərazisində xüsusi karantin rejiminin yumşaldılmasından sonra paytaxtdakı marşrutlarda sərnişin sayı artıb. Bu da əsasən Bakıda tətbiq edilmiş sms-icazənin ləğv edilməsi ilə bağlıdır: “Ümumiyyətlə, ölkədə istər sərt karantin rejiminin tətbiqi, istərsə də karantin şərtlərinin yumşaldılması zamanı əvvəlcədən hazırlanmış nəqliyyat planına uyğun olaraq addımlar atılır”.
Ancaq nədənsə nəqliyyat planına uyğun atılan addımların effekti yoxdur. Görünən isə odur ki, sərnişin sıxlığının azaldılması üçün marşrut xətləri arasında koordinasiya yoxdur. Günün pik saatları üçün lazım olan çevik qrafiklər hazırlanmır. Gecikmələr müşahidə olunduğu zaman avtobuslararası intervallar azaldılmır.
Ən əsası, avtobusların hərəkət xətləri üzrə indi xüsusi zolaqların yaradılması və onların artıq hərəkətlərini maneəsiz həyata keçirmələri daha tıxacla bağlı bəhanəni də əhəmiyyətsiz edir...
Bəzən isə BNA avtobusların say azlığından şikayət edir. Ancaq bu da bir bəhanədir və görünən odur ki, yerüstü sərnişindaşımanı həyata keçirən agentlik pandemiya sınağından çıxa bilmir.
Pandemiya şəraitində 130-140 nəfərin qapalı avtobusda, heç bir sosial məsafəni qorumaq mümkün olmadan getdiyi təhlükəli yolçuluq isə hər gün davam edir. Əlaqədar qurumlar tərəfindən yaşanan narahatlığa, təhlükəyə effektiv bir əncam çəkilməsə, bu təhlükə hələ çox davam edəcək...
Rəşad BAXŞƏLİYEV,
Yasəmən
MUSAYEVA
Azərbaycan.-2021.- 28 fevral.- S.1;6.