“Azərbaycan
Respublikasının Qida Təhlükəsizliyi
Agentliyi ilə Rusiya
Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi arasında baytarlıq sahəsində əməkdaşlıq
haqqında” Sazişin təsdiq edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının
Qida Təhlükəsizliyi
Agentliyi ilə Rusiya Federasiyasının Kənd Təsərrüfatı
Nazirliyi arasında baytarlıq sahəsində
əməkdaşlıq haqqında”
2021-ci il mayın 20-də Moskva şəhərində imzalanmış
Saziş təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən
Saziş qüvvəyə
mindikdən sonra Azərbaycan Respublikasının
Qida Təhlükəsizliyi
Agentliyi onun müddəalarının həyata
keçirilməsini təmin
etsin.
3. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi Sazişin qüvvəyə minməsi
üçün zəruri
olan dövlətdaxili
prosedurların yerinə
yetirildiyi barədə
Rusiya Federasiyası hökumətinə bildiriş
göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 iyun
2021-ci il
Azərbaycan.-2021.- 1 iyul.- S.1.