Böyük Zəfər 103 illik fəaliyyət tarixinin ən möhtəşəm səhifələrindəndir

 

Azərbaycan polisi indi üç cəbhədə qəhrəmanlıq, vətənpərvərlik və məsuliyyət missiyası nümayiş etdirir

 

 

 

İstiqlalımızın polad sipərlərindən, sabitliyin və təhlükəsiz həyatın əsas təminatçılarından olan Azərbaycan polisi fəaliyyətinin 103-cü ildönümünə üç cəbhədə apardığı mübarizədə qazandığı uğurlarla qədəm qoyur. Böyük Zəfərə verdiyi töhfələri, cinayətkarlığa qarşı mübarizədə davamlı nailiyyətləri və pandemiya dövründəki fədakarlıqları daxili işlər orqanlarının peşə bayramında qürur duyacağı məqamlardır.

 

 

 

Şanlı tarix

 

 

 

Tarixinin ən qüdrətli, zəfərli dövrünü yaşayan Azərbaycan iqtisadi-sosial inkişaf modeli ilə yanaşı, həm də təhlükəsizliyin və sabitliyin etibarlı təminatı baxımından dünyada mükəmməl nümunələrdən birini yaradıb. Transmilli mütəşəkkil cinayətkarlığın, o cümlədən beynəlxalq terrorçuluğun sərhəd tanımadığı, kriminogen durumun qlobal miqyasda kəskinləşdiyi müasir dövrdə ölkəmiz, Prezidentin təbirincə desək, sabitlik adasına çevrilib. Bu nailiyyətin əldə olunmasında, şübhəsiz ki, daxili işlər orqanlarının da əzmkar fəaliyyəti qeyd edilməlidir.

 

Xalq Cümhuriyyəti hökumətinin qərarına əsasən, 1918-ci il iyulun 2-də Yelizavetpol (Gəncə) quberniyasında ilk milli polis orqanlarının yaradılması ilə Azərbaycan polisi çox çətin tarixi sınaqlar dövründə şərəfli missiyasının icrasına başladı. 103 yaşlı daxili işlər orqanları ictimai asayişin qorunmasında, dövlətimizə qarşı yönələn cinayətkar qəsdlərin qarşısının alınmasında, torpaqlarımızın müdafiəsində, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə və digər istiqamətlərdə daim müstəsna xidmətlər göstərib. Xaosdan qurtuluşa keçidin bütün keşməkeşli, ziddiyyətli məqamları, ən əsası isə dövlətçilik təəssübü, mübarizliyi və fədakarlığı milli polisimizin fəaliyyət salnaməsini təşkil edir. Bu gün ictimai sabitliyin təminatına, kriminogen duruma nəzarətə görə Azərbaycanın MDB və Şərqi Avropa məkanında yüksək nəticələrə sahib olması faktı da, heç şübhəsiz, bu tarixin şərəfli səhifələrindəndir.

 

Daxili işlər orqanlarının fəaliyyətinin hər bir dövrü zəngin və məsuliyyətli tarixi, Vətən və xalq qarşısında vəzifə öhdəliklərinin layiqincə doğrulmasını real əks etdirir. Bu strukturun fəaliyyətinin ən şanlı, uğurlu mərhələsi isə Heydər Əliyevlə, onun bu gündavam edən ideyaları ilə birbaşa bağlıdır. Azərbaycan polisinin fəaliyyətində köklü islahatların yarandığı ilk “qızıl dövrUlu Öndərin ötən əsrin 70-80-ci illərdəki rəhbərliyi altında gerçəkləşdi. Həmçinin 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev cəmiyyətin havasu kimi ehtiyac duyduğu sabitliyi bərqərar etmək üçün daxili işlər orqanlarına arxalandı. Azərbaycan polisi xalqa layiqli xidməti ilə dövlət quruculuğu prosesində öz möhkəm, sarsılmaz, şərəfli yerini tutdu.

 

İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə isə Daxili İşlər Nazirliyi fəaliyyətini daha da təkmilləşdirmiş, işini müasir dünyanın çağırışlarına uyğun qurmuşdur. Ən mühümü daxili işlər orqanlarındakı mənəvi ruh sağlamlığı, şəxsi heyətin Vətənxalq qarşısındakı tarixi məsuliyyət hissi daha da yüksəlmişdir.

 

 

 

Vətən savaşının igid fədailəri

 

 

 

Xalqımızın misilsiz bayramına, böyük iftixarına çevrilən Azərbaycanın böyük Zəfəri daxili işlər orqanlarının əməkdaşları üçün də müqəddəs dəyər kimi qəbul edilir və şəxsi heyət builki peşə bayramını həmişəkindən daha coşqulu, inamlı keçirir.

 

Vətən savaşındakı Qələbənin qazanılmasında bu şəxsi heyətin də əlahiddə töhfələri oldu. Daxili işlər orqanları savaşın ilk dəqiqələrindən etibarən Ali Baş Komandanın müsəlləh əsgərləri kimi vəzifə borclarını şərəflə, məsuliyyətlə icra etməyə başladılar.

 

Bir məqamı da qeyd edək ki, hələ Birinci Qarabağ savaşı dönəmində ərazi bütövlüyü uğrunda döyüşlərdə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti rəşadətlə döyüşmüş, böyük qəhrəmanlıq örnəyi yaratmışdı. Öncəki savaşda əməkdaşlardan 932 nəfəri şəhid olmuş, 681 nəfəri isə yaralanmışdı.

 

Vətən savaşında bu mərdlik, vətənpərvərlik nümunələrini davam etdirən şəxsi heyət böyük şücaətlə xidmət göstərmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəf izlərini həkk etdirmişdir. Düşmənlə ağır döyüşlərdə Daxili İşlər Nazirliyinin mühüm təşkilati strukturu olan Daxili Qoşunların 66 hərbçisi şəhid olmuş, 346 nəfər isə yaralanmışdır. Prezident tərəfindən 1377 hərbi qulluqçu yüksək dövlət təltiflərinə, 4 nəfər “Vətən müharibəsi qəhrəmanı” adına layiq görülmüşdür.

 

 

 

Arxa cəbhənin qəhrəmanları

 

 

 

Bir məqamı da vurğulayaq ki, daxili işlər orqanlarının əməkdaşları arxa cəbhədə də rəşadətli xidmətlərini davam etdirirdilər. Ötən il Azərbaycanda hərbi vəziyyətin elan olunması ilə əlaqədar 22 şəhər və rayonda komendant saatı tətbiq edildi. Prezidentin sərəncamı ilə daxili işlər naziri müvafiq ərazilər üzrə komendant təyin olundu. 2020-ci il sentyabr ayının 28-dən dekabrın 12-dək qüvvədə olan komendant saatı dövründə hərbi vəziyyət rejiminin əsas təminatçıları olaraq daxili işlər orqanları çox fədakar, əzmkar xidmət göstərdilər. Bütün şəxsi heyət bu prosesin layiqincə icrası üçün yalnız hərbi vəziyyət rejiminin tətbiq edildiyi inzibati ərazi vahidlərində deyil, ümumiyyətlə, respublika üzrə səfərbər oldular.

 

Komendant saatının tətbiq olunduğu şəhər və rayonlarda minlərlə əməkdaş və hərbi qulluqçu cəlb edilərək, xüsusi giriş-çıxış rejiminin təşkili məqsədilə stasionar postlar quruldu, müvafiq icazəsi olmayan şəxslərin, o cümlədən nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldı. Həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin, yaralanmış hərbi qulluqçuların yerləşdirildiyi mülki xəstəxanaların mühafizəsi gücləndirildi. Polis əməkdaşları mülki əhali üçün daldanacaqların və sığınacaqların hazırlanmasında yaxından iştirak etdi, zəruri hallarda insanların oraya yerləşdirilməsini, onlar arasında izahat işlərinin aparılmasını təmin etdi.

 

Düşmənin artilleriya atəşinin nəticələrinin aradan qaldırılmasında, yaralanmış mülki şəxslərin dağıntılar altından çıxarılıb tibb müəssisələrinə çatdırılmasında aidiyyəti dövlət orqanlarına bütün lazımi kömək göstərildi. Yerli icra hakimiyyətləri ilə birgə dinc sakinlərin cəbhəboyu zonadan təxliyə olunması üzrə tədbirlər də görüldü. Müvəqqəti boşaldılmış yaşayış məntəqələrində asayişin qorunması, o cümlədən fizikihüquqi şəxslərə məxsus əmlakın talanmasının qarşısının alınması üçün fasiləsiz xidmət aparıldı. “102” xidmətinə daxil olan zənglər əsasında partlamamış yüzlərlə mərmilərin düşdüyü əraziyə ANAMA-nın qüvvə və vasitələri cəlb edildi, mərmilərin zərərsizləşdirilməsi prosesində zəruri təhlükəsizlik tədbirləri görüldü.

 

Ölkədə elan edilmiş qismən səfərbərlik tədbirlərinin təşkilində, o cümlədən çağırışçıların təyinat məntəqələrinə təhlükəsiz çatdırılmasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumlarına lazımi kömək göstərildi. Cəbhəboyu ərazilər istiqamətində bütün avtomobil yollarında nəqliyyatın fasiləsiz hərəkətinin təmin edilməsi üçün müvafiq təhlükəsizlik və nəzarət tədbirləri də həyata keçirildi. Bütövlükdə respublikanın daxili işlər orqanları və Daxili Qoşunlar tərəfindən hərbi vəziyyət rejimindən irəli gələn vəzifələrin vaxtında və tam yerinə yetirilməsi, ictimai asayişin, insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının etibarlı qorunması istiqamətində bütüm zəruri tədbirlər görüldü.

 

Sevindirici haldır ki, bu müddətdə hərbi vəziyyət rejiminin tələblərinin kütləvi pozuntusuna rast gəlinmədi və vətəndaşlarımız komendant saatının təmin olunmasına cəlb edilmiş polis əməkdaşlarının, hərbi qulluqçuların qanuni tələblərinə ciddi əməl etdilər. Xalqımızın “Hər şey cəbhə üçün! Hər şey Vətən üçün!” məramı ətrafında birləşməsi hərbi vəziyyət və komendant saatı rejimlərinin də əsasən problemsiz icrasını təmin etdi.

 

 

 

Qarabağda xidməti fəaliyyətin yeni mərhələsi

 

 

 

İşğaldan azad olunmuş ərazilərdə xüsusi idarəetməni həyata keçirən komendantlıqların təşkili, sonradan isə polisin tammiqyaslı xidmətə keçməsi ilə daxili işlər orqanlarının fəaliyyətində yeni mərhələ başlayıb. Hələ Ermənistan təslimçilik aktını imzalamamış və savaş bitməmiş möhtərəm Prezidentimiz böyük müdriklik və uzaqgörənliklə “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” fərman imzaladı. 29 oktyabr 2020-ci il tarixli fərmana əsasən, işğaldan azad olunmuş ərazilərdə hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların yaradılması qərara alındı.

 

Fərmanın imzalanmasından dərhal sonra bütün ərazilər üzrə komendantlıqlar yaradıldı, müvəqqəti komendantlar təyin olundu. Daxili İşlər Nazirliyinin həyata keçirdiyi və digər dövlət strukturlarının təmsilçilərinin iştirakı ilə komendantlıqlar işğaldan azad olunmuş ərazilərdə giriş-çıxışın xüsusi rejiminin tətbiqindən başlayaraq bütün digər istiqamətlər üzrə mühüm vəzifələri icra etdilər.

 

İndi isə polis işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərir, əməkdaşlar, eləcə də Daxili Qoşunların hərbi qulluqçuları xidməti vəzifələrini layiqincə icra edirlər.

 

Böyük fədakarlıqlar, itkilər hesabına işğaldan azad olunan torpaqlarda təhlükəsizliyi təmin etmək, asayişi yaratmaq, vətəndaşların orada normal yaşayışı üçün müvafiq tədbirləri həyata keçirmək məqsədilə polis səfərbər olunubonun şəxsi heyəti bu günü yalnız vəzifə borcu kimi yox, həm də şərəfli missiya kimi qəbul edir.

 

Xüsusi vurğulanmalıdır ki, yerli polis bölmələrinin əməkdaşları ilə yanaşı, ətraf bölgələrdə xidmət keçən əməkdaşlar da məhz işğaldan azad edilmiş ərazilərdə xidmətlərini davam etdirmək arzusundadırlar və bununla əlaqədar çoxsaylı müraciətlər olur.

 

Müzəffər Ali Baş Komandanın “Qarabağa, tarixi torpaqlarımıza onun sahibləri, biz qayıtmışıq. Bu torpaqlardan birheç vaxt çıxmayacağıq” bəyanatı da daxili işlər orqanlarının əməkdaşları üçün Qarabağ bölgəsində xidmətin əsas məramı, məqsədi və hədəfidir.

 

 

 

Pandemiyaya qarşı prinsipial mübarizə

 

 

 

Azərbaycanda 2020-ci il mart ayının 14-dən etibarən, yəni 16 aydan artıqdır ki, xüsusi karantin rejimi tətbiq olunub. Respublikamızın şəhər və rayonlarında karantin qaydalarına əməl olunması məqsədilə daxili işlər orqanlarının əməkdaşları tərəfindən gücləndirilmiş variantında xidmət aparılmaqla nəzarət-profilaktik tədbirlər davamlı olaraq həyata keçirilir.

 

Müəyyən dövrlərdə bu rejim sərtləşdirilib, məhdudiyyətlər tətbiq olunub. Bu sahədə Prezidentin rəhbərliyi altında aparılan dövlət siyasəti nəticəsində pandemiyada əvvəllər müşahidə olunan riskli vəziyyət aradan qaldırılıb, yoluxmaölüm sayları minimuma endirilib. Bu şərait isə karantin rejiminin yumşaldılmasına və müəyyən məhdudiyyətlərin aradan qaldırılmasına imkan yaradıb. Bu müsbət gedişatın yaranmasının mühüm səbəbi məhz məhdudiyyətlərin tətbiqi və sərt rejimin elan edilməsi olmuşdu. Əgər insanların təmasını azaldan, sosial məsafə qaydasını müəyyənləşdirən və digər məlum qadağalar, eləcə də bu sahədə daxili işlər orqanlarının prinsipial fəaliyyəti olmasa idi, indi ölkəmizdə vəziyyət dünyanın əksər dövlətlərində müşahidə olunan acınacaqlı vəziyyətlə eyni olardı.

 

İşğaldan azad edilmişminalardan təmizlənməmiş ərazilərə vətəndaşlarımızın qanunsuz yolla keçməyə göstərdikləri cəhdlər qədər təhlükəli digər misal elə pandemiyaya qarşı tətbiq olunan qadağalara etinasız yanaşmaqdır. Hər iki məsələ ilə bağlı tətbiq olunan məhdudiyyətlərin polis əməkdaşları tərəfindən qətiyyətlə həyata keçirilməsi birmənalı olaraq məhz vətəndaşlarımızın həyat və sağlamlığının təhlükəsizliyi üçündür.

 

Virusa yoluxmuş şəxslərin müalicə aldığı, eləcə də virusa yoluxmaları ehtimal olunanların karantinə yerləşdirildiyi xəstəxanaların və digər obyektlərin sutkalıq mühafizəsi daxili işlər orqanları tərəfindən davam etdirilir. Hospitalizasiya edilənlərin yaşayış yerlərinin, onlar ilə təmasda olmuş şəxslərin müəyyən edilib tibbi müayinələrə cəlb edilməsində tibb müəssisələrinə lazımi kömək göstərilir. Ev şəraitində müalicə alan virusa yoluxmuş xəstələrin digər şəxslərlə təmasının istisna edilməsi məqsədilə yerli icra hakimiyyətləri, TƏBİB-in ərazi qurumları və digər dövlət orqanları ilə qarşılıqlı əlaqədə zəruri tədbirlər görülür.

 

Qaydalara əməl etməyən şəxslərə DİN əməkdaşları tərəfindən xəbərdarlıq və digər inzibati tənbeh tədbirləri, bəzən sərt cəzalar tətbiq edilir. Xüsusi karantin rejiminin tələblərini pozan şəxslər haqqında inzibati tənbehlər tətbiq edilib. O cümlədən xüsusi karantin rejiminin tələblərini pozmaqla fəaliyyət göstərən obyektlərin sahibləri barədə inzibati məsuliyyət tədbirləri görülür. Yaşayış yerini tərk etmiş COVID-19 diaqnozlu mindən çox şəxs müəyyən edilib, onlardan infeksiyanın yayılması üçün real təhlükə yaradanlar barədə isə cinayət işləri başlanılıb.

 

Daxili İşlər Nazirliyinin rəsmiləri dəfələrlə bəyan ediblər ki, bu cəzalar yeganə çıxış yolu deyil. İctimai qınaq, məzəmmət və nəzarət nazirliyin bu prosesdə üstünlük verdiyi və cəmiyyətdən daha çox gözlədiyi reaksiyadır. Karantin rejimi dövrü üçün qüvvədə olan qaydalara əməl etmək mütləq və vacibdir. Biz amansız virusa yalnız birlikdə, qaydalara riayət etməklə qalib gələ bilərik.

 

Sosial izolyasiya tədbirlərinin icrası sahəsində daxili işlər orqanlarının əməkdaşları üzərlərinə düşən vəzifələri uğurla yerinə yetirir, sayıqlığı itirmirlər. İctimaiyyət tərəfindən bu xidmətin həssaslıqla və minnətdarlıq hissi ilə qarşılanması da xüsusi təqdirə layiqdir.

 

 

 

Azərbaycan polisinin fəaliyyəti təqdir edilir

 

 

 

Vətəndaşların əmin-amanlığının yüksək səviyyədə təmin edildiyi, təhlükəsizliyinin etibarlı qorunduğu dövlət imicini Azərbaycan daim möhkəmləndirir. Ölkəmiz yenə də əhalinin say nisbəti üzrə cinayətlərin azlığına görə MDB və Şərqi Avropa məkanında öncül mövqeyini qoruyur. Davos Forumunun son hesabatına əsasən, Azərbaycan mütəşəkkil cinayətkarlığa qarşı mübarizə indikatoru üzrə 141 ölkə arasında 18-ci, polis orqanlarına əhalinin etibarına görə 30-cu yerə yüksəlib.

 

Dövlət müstəqilliyi bərpa edildikdən sonra respublikada daxili sabitliyin təmin edilməsində, əməliyyat şəraitinin və kriminogen durumun stabilləşdirilməsində, qanunçuluğunhüquq qaydasının möhkəmlənməsində polis böyük rol oynayıb. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, müstəqillik illərində xidməti vəzifələri yerinə yetirərkən daxili işlər orqanlarının 102 əməkdaşı həlak olub, 2796 əməkdaşı xəsarət alıb. Yaxud da son 18 ildə 22 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 17 minə yaxın odlu silah yığılıb və onun tətbiqilə törədilən hüquqazidd əməllərin sayı xeyli azalıb.

 

Cinayətlərin orta hesabla 87 faizinin açılması təmin olunub, axtarışda olan 58 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 13 tona yaxın narkotik vasitə çıxarılıb.

 

Ölkəmizdə müasir dövrdə kriminogen durumun vəziyyətinə bir faktın timsalında nəzər salaq. Ötən il 44 gün ərzində müharibə getdi. Həmin vaxt olduqca həssas dövr idi, hər an vəziyyət gərginləşə bilərdi və antimilli, düşmən qüvvələr tərəfindən buna cəhdlərin göstəriləcəyi də istisna olunmurdu. Ancaq ölkədə elə möhkəm ictimai sabitlik bərpa olunub ki, komendant saatı dövründə asayişə xələl gətirəcək ciddi heç bir hadisə baş vermədi. Yəni xalqımız, vətəndaşlarımız özləri də böyük çətinliklə, məşəqqətlə əldə olunan sabitliyə sahib çıxırlar.

 

Son il ərzində də daxili işlər orqanları vəzifələrini uğurla icra edib, vətəndaşların mənafeləri etibarlı şəkildə qorunub, kriminogen durum nəzarətdə saxlanılıb. Qeydə alınan cinayətlərin 90 faizə qədərini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib. Qəsdən sağlamlığa az ağır zərərvurma, mülkiyyət əleyhinə olan cinayətlər, o cümlədən oğurluq, soyğunçuluq, quldurluq, dələduzluq, avtonəqliyyat vasitələrinin qaçırılması kimi cinayətlər azalıb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə cinayətlərin açılması da yaxşılaşıb. Bu göstəricilər ümumilikdə ölkədəki kriminogen durumun vəziyyətini əks etdirən müsbət məqamlardır. Bununla yanaşı, polis aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əlaqədə ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli bütün kütləvi tədbirlərdə ictimai qaydanı və təhlükəsizliyi yüksək səviyyədə təmin edir.

 

Ölkənin hüquq mühafizə orqanlarının səylərinin vahid məqsəd üzərində cəmləşməsi sayəsində cinayətkarlığa qarşı mübarizədə, fundamental insan haqlarının qorunması işində əhəmiyyətli nəticələrə nail olunub. Xidməti fəaliyyətin bütün istiqamətlərində əldə edilmiş irəliləyişləri daha da inkişaf etdirmək Azərbaycan polisi qarşısında duran əsas məqsədlərdəndir.

 

 

 

Uğurlu islahatlar, təkmil kadr hazırlığı

 

 

 

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr müasir tariximizə dinamik inkişaf, dərin islahatlar, o cümlədən polisin xidmətinin təkmilləşdirilməsi üzrə davamlı fəaliyyət mərhələsi kimi daxil olub. Bu gün daxili işlər orqanları müasir maddi-texniki bazası, infrastrukturu və qabaqcıl texnologiyası olan mobil dövlət qurumudur.

 

Bu strukturda islahatlar, kadr hazırlığının artırılması və modernləşdirilməsi, fəaliyyətin təkmilləşdirilməsi prosesi hazırda sistemli şəkildə bir-birini tamamlayan vahid istiqamətlər üzrə həyata keçirilir.

 

Müasir dövrün tələblərinə uyğun kadrların hazırlığı xüsusi diqqət yetirilən məsələlərdəndir. Şəxsi heyətin peşə hazırlığının zamanın yeni təhdid və çağırışlarına cavab verən səviyyəyə yüksəldilməsi üçün ardıcıl iş aparılır. Ölkəmizdə və xarici dövlətlərdə keçirilən treninqlərə, forumlara, təcrübə mübadiləsinə və digər tədbirlərə minlərlə əməkdaş cəlb olunur. Polisin əsas vəzifələrinin icrasının təşkilində, o cümlədən transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə - BMT, Avropa İttifaqı, NATO, MDB kimi nüfuzlu təşkilatların və onlarla ölkənin aidiyyəti qurumları ilə səmərəli əməkdaşlıq münasibətləri öz bəhrəsini verir.

 

Daxili işlər orqanları vətəndaşla sıx təmasda olan strukturlardandır. Fəaliyyətləri daim vətəndaşın gözü önündədir, eyni zamanda vətəndaş hansısa bir çətinliklə üzləşəndə dərhal müraciət edəcəyi ilk orqan polisdir. Bu baxımdan əməkdaşlardan peşəkarlıq, məsuliyyətlə yanaşı, sağlam, səmimi ünsiyyət vərdişləri tələb olunur.

 

Prezident İlham Əliyevin hər bir ölkənin gələcəyinin, inkişafının geniş intellektual səviyyəli, müasir texnologiyaların sirlərinə bələd olan, vətənpərvər, milli-mənəvi dəyərlərə, dövlətçiliyə sadiq gənclərdən asılı olması barədə fikirləri daxili işlər orqanlarında xidmətə qəbul prosesində əsas meyardır. Şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirilən qəbullarda biliyi və bacarıqları, dünyagörüşləri qaneedici səviyyədə olan, polis adını və şərəfini uca tutacaq gənclər şəxsi heyətin sıralarına qəbul edilir. Eləcə də, Vətən savaşında iştirak etmişdaxili işlər orqanlarında fəaliyyət göstərmək arzusunda olan gənclərə lazımi şərait yaradılır. Fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü müvafiq tələblərə cavab verdiyi təqdirdə onlar xidmətə qəbul edilirlər.

 

Nazirliyin təhsil müəssisələrində - Polis Akademiyasında, A.Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbdə və Daxili Qoşunların Ali Hərbi Məktəbində müasir düşüncəsi, vətənpərvərliyi və digər mənəvi keyfiyyətləri ilə seçilən, yeni çağırışlara adekvat cavab vermək bacarığına malik yeni nəsil yetişir. Hazırkı internet əsrində, rəqəmsal dünyada yüksək bilik və bacarıq olmadan keçinməyin mümkünsüzlüyünü nəzərə alaraq təhsil müəssisələrində kursantların intellektual səviyyəsinin yüksəldilməsinə, xüsusi nəzəri bilik, fizikipsixoloji hazırlığına önəm verilir, onlara milli ruh, vətənpərvərlik, humanizm, zabit qüruru kimi mənəvi dəyərlər aşılanır.

 

 

 

Dövlətçiliyin və müstəqilliyin etibarlı müdafiəçiləri

 

 

 

Mütəmadi olaraq fəaliyyətin bütün istiqamətləri üzrə monitorinqlər, araşdırmalar aparılır, əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət nəticələrlə bərabər, ayrı-ayrı orqanlarda ümumi işə mənfi təsir göstərən hallar müəyyənləşdirilir, onların hərtərəfli təhlili aparılır, aradan qaldırılması yolları göstərilir. Eyni zamanda polisin şərəfli adına xələl gətirəcək, cəmiyyətin öz polisinə inamını sarsıdacaq hər hansı neqativ hala qarşı da kifayət qədər prinsipiallıq nümayiş etdirilir.

 

Daxili İşlər Nazirliyi mümkün olan bütün vasitələrlə - rəsmi mənbələrdən sosial şəbəkələrə qədər bütün platformalarda vətəndaşlarla sıx, operativ ünsiyyət qurub. Hər bir müraciət, təklif, şikayət araşdırılır, dəqiqləşdirilir, həlli üçün konkret görülür. Ən əsası isə bu proses qısa müddətdə həyata keçirilir.

 

Elektron xidmətlər, veb-saytlar, qaynar xətlər, “ASAN xidmət” mərkəzlərində fəaliyyət və digər bu kimi tədbirlər başlıca vəzifələrdən olan vətəndaş məmnunluğunun təmin edilməsinə yönəlib. Sevindiricidir ki, fəaliyyətlə bağlı vətəndaş məmnunluğunun davamlı olaraq artması daxili işlər orqanlarında arxayınçılıq yaratmır. Cənab Prezidentin müəyyənləşdirdiyi fəaliyyət üslubuna uyğun olaraq, onlar xalqın xidmətçisi funksiyasını fasiləsiz həyata keçirirlər.

 

Nazirlik sistemində maddi texniki təminatın, xidmət şəraitinin yaxşılaşdırılması, fəaliyyətin təkmilləşdirilməsi, sosial müdafiə işinin gücləndirilməsi istiqamətində Prezident tərəfindən davamlı tədbirlər həyata keçirilir. Bu ali dəstək, qayğı, himayə daxili işlər orqanlarının əməkdaşlarını daha da ruhlandırır, onları vətənə, xalqa sədaqət andı ətrafında sıx səfərbər edir. Bütövlükdə, polisDaxili Qoşunlar milli maraqların, sabitliyinasayişin keşiyində mətinliklə dayanır, insan hüquq və azadlıqlarının müdafiəsi üçün uğurlu fəaliyyət ortaya qoyurlar.

 

Prezident İlham Əliyevin dövlətçilik və müstəqillik kursunun sadiq icraçısı olan Azərbaycan polisi əminik ki, ötən 103 ildə olduğu kimi, bundan sonra da asayişin, daxili təhlükəsizliyin keşiyində əzm və qətiyyətlə dayanacaq, respublikamızın daha da çiçəklənməsi və qüdrətlənməsi naminə üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcəkdir.

 

Həm də Vətənə, xalqa, Ulu Öndərin irsinə, möhtərəm Prezidentin kursuna sədaqət andına daim sadiq qalacaqdır. Müzəffər Sərkərdəmizin qazandığı Zəfərin müstəqilliyimiz kimi əbədi olması naminə daxili işlər orqanlarının hər bir əməkdaşı qətiyyətlə, fədakarlıqla xidmət edəcəkdir.

 

 

 

İxtiyar HÜSEYNLİ

Azərbaycan.-2021.- 1 iyul.- S.1;3.