Erməniliyin kasıb tarixiyaxud tarixi irsimizə qarşı erməni iddiaları

 

 

Tarix oğurlamaq, başqasının abidələrini mənimsəmək və bunu özününküləşdirmək erməni tarixçilərinin düşüncəsinə elə yeriyib ki, onu dəyişmək əsla mümkün deyil.

Məğlubiyyət damğası ilə möhürlənmiş erməniçilik ideologiyasının qürubunda artıq heç bir “günəşin doğması” real görünmür. Hazırda dünya səhnəsindəki bəlkə də ən ümidsiz xalq olan erməni xalqının milli faciəsi məhz digər xalqların, xüsusilə qonşu azərbaycanlıların tarixi dəyərlərinə həqarətlə yanaşmaqla başlamışdır. Həqiqət olanı danmaq, yalan üzərində tarix qurmaq, hətta “erməni tarix fəlsəfəsi” kimi cəfəng metaforalar işlətmək son 200 ilin erməni tarixçilərinin xəstəliyidir.

Bu yazımızda dırnaq işarələrinin çox işlənməsi hörmətli oxucunu yormasın. Çünki tarixinin, ideologiyasının tamamilə yalanlar üzərində qurulması ermənilərlə bağlı hər bir ifadəni, hər bir termini məhz bu formada verməyə bizi məcbur edir.  

Ermənilərin “çoxəsrlik” tarixinə yazılacaq tətil günləri çoxdur. Təqvimlərində daha çox dini bayramlara yer verən ermənilərin bundan sonra ağır kədərlə və dərin hüznlə qeyd edəcəkləri bir günolacaq: torpaqlarımızın işğalına son qoyan müqəddəs qələbə günümüz.

Erməni tarixçilərinin düşünülmüş, həqiqəti əks etdirən, real tarixə köklənmiş təsəvvürləri olmayıb. Hər şeyi erməni kilsəsi və kilsəyə xidmət edən ideologiya müəyyən edir. Kilsə üçün isə tarixi obyektivlik qarşısında edilən böyük günah “ən müqəddəs xidmət”dir. Kilsə tarixçilərin və tarixlə məşğul olanların hər zamanazad iradə” deyilən anlayışını daim nəzarətdə saxlayıb, “müqəddəs disiplinlər” sistemini ortaya qoyur. Əslində isə bu müqəddəs qaydalar mistik, yalan üzərində qurulmuş, mifik keçmişə, inanclara, “Böyük Ermənistan” adlanan sərsəmləmələrə mütləq dərəcədə məhkumluqdur. Maks Veberin təbirincə desək, bu, ermənilərin “tarixi ənənə” anlayışıdır. Zehni xəstəliyə tutulan ermənilər hər zaman hər bir şeyi saxta tarix içində qavramışlar.

Erməni saxtakarlığı, ermənilərin tarixi irsimizi oğurlayıb öz adlarına çıxarmaları bugünün işi deyil. Qafqaza köçürülən vaxtlardan bu günə kimi onlar qonşu xalqlar,  ələlxüsus da Azərbaycan xalqının maddi mədəni irsi hesabına özlərinə saxta tarix yaratmış və bu yolda dayanmadan çalışmaqdadırlar.

Qazax, Ağstafa, Göygöl, Gədəbəy, Kəlbəcər, Daşkəsən və digər rayonlarımızda onlarca alban kilsələri var ki, hamısı ermənilərin yaratdıqları saxta internet saytlarında adları dəyişdirilərək erməni kilsəsi kimi təqdim olunur. Hacıkənd yaxınlığında məşhur Yeghnasar alban kilsəsi, Ordubadda Nəsirvaz alban kilsəsi (ermənilər buraya Maştos kilsəsi adını veriblər), Xocalıda Qandzasar kilsəsi və Çanaxçı kəndindəki alban məbədi, Xocavənddə Tuğ kəndindəki alban kilsəsi, Kəlbəcərin Qoçaqot, Kolataq, Qozlu kəndlərində və adlarını saymaqla bitməyən onlarca belə tarixi alban kilsələri erməniləşdirilib, kilsə xaçları dəyişdirilib və saxtalaşdırılıb.

Azıx mağarasında qanunsuz olaraq xarici ölkə mütəxəssisləri ilə birlikdə illərlə arxeoloji qazıntılar aparılmış, Ağdamın məşhur Şahbulaq saray kompleksində “Tiqranakert” adı altında muzey yaratmışlar. Ağdam ərazisində apardıqları arxeoloji qazıntılar zamanı ərazidə 15-dən çox Xocalı-Gədəbəy mədəniyyətinə aid məşhur kurqanları dağıdaraq əldə etdikləri maddi sübutları Ermənistana daşıyıb aparmışlar. Zəngilanın Quyudərə və Xocalının Çanaqçı kəndindəki Tunc dövrü nekropollarında da arxeoloji qazıntıların aparılması, artefaktların əsl talançılıq yolu ilə Ermənistanın muzeylərinə daşınması faktları da məlumdur. Erməniləşdirilə bilməyən xeyli abidələrimiz isə sadəcə məhv edilib. Laçın rayonunun  Hoçaz kəndindəki mağara məbəd, Kosalar kəndindəki Ağoğlan qəsri, Zabux kəndindəki Xallanlı qəbiristanlığı, Kəlbəcərin Qanlıkənd kəndində Lök qalası, Qubadlının Qayalı kəndində qəbiristanlıq, Zəngilanın Məmmədbəyli kəndində səkkizguşəli türbə və s. onlarca belə abidələr dağılmış vəziyyətdədir. Ulu əcdadlarımızın qədim tarixinin və mənəvi mədəniyyətinin simvolları sayılan təkzibolunmaz daş atqoç fiqurlu qəbir daşlarının isə tamamilə izləri itirilmişdir. Laçın rayonunun Malıbəyli, Güləbird, Küsülü kəndlərində, Kəlbəcərin Zar və Zəylik kəndlərində. Cəbrayılın Şıxlar, Qubadlının Mahmudlu kəndlərindəki onlarca belə daş qoçdaş at fiqurlu başdaşlı qəbirlərdən əsər-əlamət belə yoxdur. Çünki bu tip abidələrin erməni xalqına heç bir aidiyyətinin olmadığını dünya alimləri yaxşı bilir. Buna görə də onları elə yerindəcə dağıdıb məhv etmək məqsədli və düşünülmüş addımdır.

 

Ermənilər Qarabağ xalçaları qrupuna daxil olan Malıbəyli “Gövhər” xalçalarını dünyada erməni xalçası kimi təqdim edirlər. Üzərindəki milli ornament və bəzəklərin türkçülüklə bağlı olmasını görməmək üçün ən azı kor olmaq lazımdır. Laçın rayonunun Hoçaz kəndindəki mağara məbədin divarlarına dini məzmunlu şəkillər - freskalarikonalar çəkiblər. Zəngilan rayonunun Rəzdərə kəndindəki IX əsrə aid məscid və VII əsrə aid türbə tamamilə dağıdılmış və yerlə-yeksan edilmişdir. Bu dini abidələr Azərbaycanın Qarabağ bölgəsində islam memarlığının ilk abidələrindən hesab edilirdi.

 

Əlbəttə, bu vəziyyətdə Kəlbəcərin məşhur Dəlidağında, hələ ötən əsrin 60-70-ci illərində kəşf olunan qədim qayaüstü təsvirlərin varlığının nə dərəcədə qorunması da şübhəlidir. Ehtimal edilir ki, Kəlbəcər yaylaqlarındakı petroqliflərin ümumi sayı 5000-dən artıqdır. “Erməni alimləri” digər tarixi abidələrimizi öz adlarına çıxarmaq cəhdləri kimi Kiçik Qafqaz petroqliflərinin də əsl mahiyyətini gizlədir, Azərbaycan folkloru ilə səsləşməsini inkar edirlər. Onlar Zəngəzur, Göyçə ərazilərindəki, eləcə də Dəlidağın ətəklərindəki qayaüstü təsvirlərin Azərbaycanın qədim tarixinin, mədəniyyətinin və incəsənətinin problem məsələlərinin öyrənilməsi üçün xüsusi əhəmiyyət kəsb etdiyini anlayır və öz saxtakarlıqlarını hər vəchlə yeritməyə çalışırlar. Kiçik Qafqaz petroqliflərininin bir hissəsini də indiki Ermənistan adlandırılan qədim Azərbaycan torpaqlarında - Qərbi Azərbaycandakı qayaüstü təsvirlər təşkil edir. Zəngəzurda, Soyuqbulaqda, Göyçə gölü hövzəsində, Göyəm dağlarında Tunc dövrü maldarları tərəfindən minlərlə təsvirlər yaradılmışdır. Lakin təəssüf ki, bu təsvirlər çox az öyrənilmişdir. Ermənilər öz xislətlərinə sadiq qalaraq digər abidələrimiz kimi, bu abidələri də “erməniləşdirməyə” çalışmışlar. Q.O.Qaraxanyan, P.Q.Safyan Zəngəzur petroqliflərinin, A.A.MartirosyanA.R.İsraelyan Göyəm dağı petroqliflərinin əsl mahiyyətini gizlətməyə, bu abidələrimizin tarixini erməni maraqlarına qurban verməyə cəhd etmişlər. Onlar Göyəm dağının adını “Geğam” adı ilə, Dəvəboynu abidələrini isə “Uxtasar” adı ilə dünya elminə ixrac etməyə çalışmışlar. Q.O.KaraxanyanP.Q.Safyan tərəfindən 1970-ci ildə Zəngəzur petroqliflərindən bəhs edən “Sünik ərasizinin qayaüstü təsvirləri” adlı kitab, 1971-ci ildə isə İrəvanda A.A.Martirosyan və A.R.İsraelyanın müəllifi olduqları “Göyəm dağının qayaüstü təsvirləri” adlı kitab nəşr olunmuşdur. Qeyd olunan kitablarda xeyli sayda təsvirlər öz əksini tapmış, erməni xalqının maddi mədəniyyət nümunələri kimi qeyd olunmuşdur.  

 

Gəmiqaya, Kəlbəcər, həmçinin indi Ermənistan adlandırılan Qərbi Azərbaycan abidələrinin yaradıcıları eyni etnik xüsusiyyətləri daşıyan Azərbaycanın qədim maldar tayfaları olmuşlar. Qədim Azərbaycan sakinləri Göyəm dağı, Zəngəzur, Soyuqbulaqda, Göyçə gölü hövzəsində və  s.  minlərlə belə təsvirlər yaratmışlar. Rəsmlərin əksəriyyəti bu diyarın qədim sakinlərinin təsərrüfatının, iqtisadiyyatının əsasını təşkil edən, ovlanan heyvan təsvirləridir. Göyəm dağı və Zəngəzur  petroqlifləri Tunc dövründə həmin ərazidə yaşamış əkinçi maldar tayfaların iqtisadiictimai həyatının qaranlıq qalan bəzi məsələlərinin öyrənilməsi baxımından qiymətli mənbələrdir. Çox təəssüf ki, indiki Ermənistan sərhədləri daxilində olan bu qədim abidələrimizi öyrənmək baxımından müəyyən çətinliklər var.

 

Erməni tarixçiləri o qədər saxta məlumatlara müraciət edirlər ki, bunlar bəzən hiddət yox, gülüş doğurur. Erməni tarixçiləri öz paranoik ideyalarını gerçəkləşdirmək, ermənilərin Cənubi Qafqaz regionunda məskunlaşmasını az qala Nuh peyğəmbərin dövrü ilə bağlamaq üçün ən müxtəlif üsullara əl atırlar.

 

Ermənistan Milli Elmlər Akademiyasının Tarix İnstitutu Göyçə, Göyəm (indikiGeğam”), Dəvəboynu (indikiUxtasar”) petroqliflərini vaxt itirmədən erməniləşdirmək, onları “erməni xalqının qədim maddi-mənəvi irs nümunəsi kimi” qələmə verib UNESCO-nun siyahısına daxil etmək məqsədilə “ARARAT” adlı ictimai təşkilat (Qayaüstü Təsvirlərin Öyrənilməsi üzrə Erməni Birliyi ) yaratmışdılar. Bu birliyin sədri olan institutun əməkdaşı K.Toxatyan bildirirdi ki, “Ermənistan yaylasının qayaüstü incəsənətinin ənənələri, semantikası və təkrarolunmazlığı bu ərazinin qədim sivilizasiya mərkəzi olmasını və mədəniyyətlərin həmin mərkəzdən ətrafa yayılmasını təsdiqləyir. Çoxsaylı arxeoloji, etnoqrafik, astronomikkulturoloji faktlar qədim dünyanın sivilizasiyalarının təşəkkülündə erməni mədəniyyətinin aparıcı rolunu göstərir”. Bu qurumla əməkdaşlıq edən alimlərin biri V.Vaqanyan isə özünün “Qədim ermənilərin digər xalqların - iranlıların, hindlilərin, misirlilərin və Köhnə Avropanın sakinləri ilə dünyagörüşü mübadiləsi və mədəni əlaqələri” adlı və təkcə adı az qala yarım səhifəyə sığmayan məqaləsində Göyəm qayaüstü rəsmlərinin birində mifik Haykın Babil hökmdarı Bel üzərində qələbəsinin təsvir olunduğunu iddia edir. Halbuki qaya üzərində iki insanın rəqsi həkk olunmuş bu təsvir adı bəlli, soyu naməlum Haykın öz tayfasını Babilistan ərazisindən Ağrı dağı ətəklərinə gətirməsindən ən azı 2500 il əvvəl çəkilmişdir. Əlbəttə, belə uydurma, cəfəng, əslində elmdən uzaq erməni tarixini yazan saxtakarlar üçün elmi fantaziyaların heç bir həddi-hüdudu yoxdur.

 

Zəngəzurun qayaüstü rəsmləri qədim Azərbaycan tarixinin, mədəniyyətinin öyrənilməsi üçün unikal  mənbələrdir. Zəngəzurda - qədim Azərbaycan torpaqları ərazisində yerləşən bu rəsmlər hələ XX əsrin əvvəllərində müəyyən araşdırmaçıların diqqətini cəlb etmişdir, lakin onları bu dövrdə öyrənmək mümkün olmamışdır. Zəngəzur qayaüstü rəsmlərinin ayrı-ayrı bənzərləri Qərbi Azərbaycanın digər ərazilərində də tapılmışdır, bunların çoxunun yaşı Tunc dövrünə gedib çıxır. Zəngəzurda 1966-1968-ci illərdə qayaüstü rəsmlərin zəngin bir ocağı, yəni böyük bir hissəsi tarixi Qarakilsə rayonunda Şəki kəndi yaxınlığında tapılmışdır. Şəki kəndi Zəngəzurun ən qədim və ən böyük azərbaycanlılar yaşayan kəndlərindən biridir.

 

Qərbi Azərbaycanın Loru mahalının Soyuqbulaq (1991-ci ildən Paqaxbyur) kəndi yaxınlığında, Armudlu və Qaçaqqırılan dərələrində e.ə. III-II minilliklərə aid qayaüstü təsvirlər vardır. Gəmiqayada, Qobustanda, Kəlbəcərdə  aşkar edilmiş qayaüstü təsvirlərlə heyrətamiz dərəcədə yaxınlıq, hətta bəzi süjetlərdə eyniyyət təşkil edən Soyuqbulaq qayaüstü təsvirləri Qərbi Azərbaycan ərazisinin ən qədim zamanlardan məskunlaşdığını və həmin vaxtlardan üzü bəri azərbaycanlıların ana yurdu olduğunu təsdiq edir. Soyuqbulaq kəndində və ətraf kəndlərdə 1988-ci ilə qədər ancaq azərbaycanlılar yaşamışlar. Bu kəndlərə ilk ermənilər Qərbi Azərbaycan əhalisinin 1988-ci il deportasiyasından sonra köçürülmüşlər.

 

Kiçik Qafqazın gözəl guşəsi olan Qarabağ da spesifik xüsusiyyətlərilə formalaşıb inkişaf edən təsərrüfatı, maddi və mənəvi mədəniyyəti ilə birlikdə bir kökdən qidalanır.

 

“Qədim erməni mənbələri” adlandırılan əsərlərin hamısı isə erməni dilinə tərcümə edilmişciddi şəkildə dəyişdirilmiş əlyazma kitablarıdır. Anonim erməni xronikalarını burada mütləq qeyd etmək lazımdır. IV-V əsrlərdə yazılmış bir neçə anonim erməni xronikasının adını çəkən erməni tədqiqatçıları tarixlərini qədimləşdirmək istəyirdilər. Yalnız XIX əsrin ikinci yarısında türk dilindən erməni dilinə keçmiş sözlərə rast gəlinməsi bu anonim xronikaların həqiqətən saxta olduğunu və həmin dövrdə yazıldığını, yaxud üzünün köçürüldüyünü təsdiqləyir.

 

Heç şübhə yoxdur ki, Musa Kalankatlının “Ağvan tarixi” əsəri erməni tərcüməçilərinin qələmindən çıxandan sonra öz orijinallığını xeyli dəyişib. İlk ustadı K.Patkanyan olan bu işin saxtakarlıqları haqqında akademik B.A.Dorn hələ 1875-ci ildə məlumat verib. Sonra S.Sumbatyan da Musa Kalankatlının “Ağvan tarixi” əsərinin məzmununu bir xeyli dəyişdirərək, özündən əlavələr də edib. T.İ.Ter-Qriqoryan özü yazır ki, “Ağvan tarixi” əsəri öz əvvəlki şəklində gəlib bizə çatmayıb. Onun üzünü köçürənlər erməni katolikoslarının göstərişi ilə mətni təhrif edib, sonradan öz xeyirlərinə nələrisə artırıblar. Aqatangelin məlum “Tarix” kitabının yunan dilindəki orijinalı iki, erməni tarixçilərinin qələmindən çıxmış variantı isə üç fəsildən ibarətdir. Yunan dilindəki mətndə bir dəfə də olsun “erməni” və “Ermənistan” sözləri işlənmədiyi halda, onun içini “erməni” və “Ermənistan” sözləri ilə doldurmaqla tərcümədən sonra əsəri ermənilər əməlli-başlı erməni tarixi etmiş və üstəlik həyasızcasına kitabın adını da dəyişib “Erməni tarixiqoyublar. Arakel Təbrizlinin “Tarix” kitabının da əsli iki, müəllif öləndən sonra kilsədə işlənmiş saxta variantı üç fəsildir. Təbii ki, kilsə bu kitaba da öz “əlavələrini” etmiş və erməni xalqının tarixini daha qədimlərə çəkmişdir.

 

Ermənilərin uydurma faktlar əsasında yazdığı və bunu özlərinin də inanaraq sevə-sevə təbliğ etdikləri “müqəddəs tarix”lərində təyinedici olan iki anlayış yer alır: “qədim dövlətçilik” və “mədəni xalq”. Buna görə də erməni tarixçiləri özlərinin uydurduqları “böyük tarixi” yaradarkən iki şeyin varlığına ehtiyac hiss etmişlər: kasıb tarixlərini zənginləşdirən maddi mədəniyyət abidələri və dövlətçilik irsi. Hər ikisinin olmaması isə onları yaşadıqları bölgədə abidə oğurluğunaşişirdilmiş dövlətçilik ənənəsinin mövcudluğuna mifik inam hissinə məcbur etmişdir. Birincisi olmayan tarixin yaradılması və cəmiyyət həyatında “erməni milləti”nin inşası üçün gərəkli idisə, ikincisi idarə praktikasında əqliləşdirməni təmin etməyə əsaslanırdı. Bir tərəfdən kilsənin təmsil etdiyi rejimin möhkəmliyi nəzərdə tutulurdusa, digər tərəfdən dövlət təcrübəsini qazanmaq və nizamı inşa etmək əsas götürülürdü. Erməni ideologiyasının təməlini təşkil edən əzilən xalq, yazıq xalq obrazı saxta tarix sənədləri ilə dünyaya sırınmışdır. Soyqırımı əfsanələri uyduran, digərlərinin torpaqları üzərində varisliyini bərpa etməyə çalışmaq kimi cəfəng ideyalar erməni ideologiyasının xəstə, çürümüş, eyni zamanda çox təhlükəli niyyətlərini təcəssüm etdirir. Qonşu xalqlara qarşı düşmənçiliklə, onların tarixi-arxeoloji irsini oğurlamaqla, “böyük Ermənistan” kimi çılğın bir imanla döllənmiş zavallı bir xalqın bətnindən son 200 ildə bölgəmizin rifahına, dincliyinə qarşı susamış bir erməni xainliyinin coğrafiyası ortaya çıxmışdır. Müqəddəs Vətən müharibəsində parlaq qələbəmizin əslində daha dərin qatlarında məhz xəstə ruhlu, yoxsul tarixli erməni ideologiyasının puç olmasını, bir xalqın vicdani tərbiyə qaydalarının onlara başa salınmasını görmək olar.

 

Erməni dövləti anlayışı əslində rəmzi məna kəsb edir. Tarixin bütün dönəmlərində özlərinə tarix uyduran, dövlət qurmaq arzusu belə formalaşmayan bir xalq hər zaman nəyisə oğrulamışdır. Bəxtimizə yazılan ən kədərli səhifə isə bu xalqla qonşu olmaq və bizdən daha çox oğurlamaları olmuşdur. Nəinki tarixi abidələrimiz, hətta milli geyimlərimiz, adətlərimiz, mətbəximiz də bu qonşu oğurluğundan həmişə ziyan çəkmişdir.

 

 

 

Şamil NƏCƏFOV,

arxeoloq, tarix üzrə fəlsəfə doktoru

Azərbaycan.-2021.- 2 iyul.- S.5.