Milli Məclisin sədri Macarıstan Diplomatik Akademiyasında çıxış edib

 

Budapeştdə rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyəti iyunun 30-da Macarıstan Diplomatik Akademiyasında keçirilən tədbirdə iştirak edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Milli Məclisin sədri Sahibə Qafarova ilə Macarıstanın Dövlət katibiMacarıstan Diplomatik Akademiyasının prezidenti Orsolya Pacsay Tomassiç arasında görüş olub.

Sonra Milli Məclisin sədri Macarıstan Diplomatik Akademiyasında keçirilən konfransda çıxış edib. Sahibə Qafarova tədbir iştirakçılarına Azərbaycanın keçdiyi tarixi yol barədə məlumat verib, minillik tarixə malik dövlətçilik ənənələrimizdən danışıb.

Ölkələrimiz arasında münasibətlərə toxunan Milli Məclisin sədri qeyd edib: “Macarıstan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Gələn il diplomatik münasibətlərimizin 30 illiyini qeyd edəcəyik. Ortaq tarixi köklərə oxşar tarixi taleyə malik olan xalqlarımız arasında ikitərəfli münasibətlər yüksək səviyyədədir. Dövlət başçılarının qarşılıqlı səfərləri, görüşlər indiyədək imzalanmış sənədlər əməkdaşlığımızın gələcək inkişafı üçün möhkəm zəmin yaradıb. İqtisadi əlaqələrimiz günbəgün genişlənir”.

Parlamentlərarası əməkdaşlığa toxunan Sahibə Qafarova deyib ki, bu səviyyədə təmaslar dövlətlərarası əlaqələrin daha da möhkəmlənməsinə töhfə verir. İnanıram ki, parlamentarilərimiz mövcud əməkdaşlıq ənənəsini Parlamentlərarası Birlik, AŞPA, ATƏT PA, NATO PA, eləcə Avropa Parlamenti digər beynəlxalq parlament təşkilatları çərçivəsində davam etdirəcəklər.

Çıxışında TÜRKPA-nın fəaliyyətini xüsusi qeyd edən S.Qafarova Macarıstanın həmin qurum çərçivəsində Türk dünyası ilə artan əməkdaşlığı təşviq etməsindən məmnunluğunu bildirib.

Milli Məclisin sədri qeyd edib ki, son illərdə Azərbaycanın təşəbbüsü ilə genişmiqyaslı qitələrarası enerji nəqliyyat layihələri uğurla həyata keçirilib. Sahibə Qafarova bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri Cənub Qaz Dəhlizi barədə danışıb.

Azərbaycan parlamentinin rəhbəri ərazilərimizin 30 il müddətində Ermənistan tərəfindən işğalda saxlanmasının uzun illər Qafqazda regional inkişafa inteqrasiyaya əsas maneə olduğunu vurğulayıb. S.Qafarova ötən il Azərbaycanın öz hərbi-siyasi imkanları hesabına erməni işğalına son qoyduğunu bildirib. O, təəssüflə qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi üç onillik ərzində kağız üzərində qalmışdı. Nəhayət, Azərbaycan özü bu qətnamələrin icrasını təmin edərək ərazi bütövlüyünü bərpa etdi.

Sahibə Qafarova vurğulayıb ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan tarixi torpaqları olan Qarabağı tamamilə azad etdi Ermənistanı 10 noyabr 2020-ci ildə təslim aktını imzalamağa məcbur etdi. O, Azərbaycanın haqlı ədalətli mövqeyini dəstəklədiklərinə görə Macarıstan hökumətinə macar həmkarlarına təşəkkürünü bildirib. İşğal dövründə erməni vandallarının şəhər kəndlərimizə vurduqları ziyandan danışıb, onların tarixi-mədəni abidələrimizi məhv etdiklərini bildirib, məscidlərimizi dağıtdıqlarını, milli sərvətlərimizi talan etdiklərini macar ictimaiyyətinin diqqətinə çatdırıb. Milli Məclisin sədri məlumat verib ki, Azərbaycan artıq azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa yenidənqurma işlərinə başlayıb.

S.Qafarova xatırladıb ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 1 milyon qaçqın məcburi köçkünümüz var. Onlar öz evlərinə qayıtmalıdırlar. Biz məcburi köçkünlərin təhlükəsizliyini təmin etməliyik. Ancaq bu yolda çoxlu maneələr var, - deyən Milli Məclisin sədri işğaldan azad edilmiş ərazilərin, ilk növbədə, minalardan təmizlənməli olduğunu vurğulayıb. Qeyd edib ki, Ermənistan azad olunmuş torpaqlarımızdakı minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir. Bunun nəticəsində Azərbaycan vətəndaşı olan hərbi qulluqçu mülki şəxslər, o cümlədən jurnalistlər mina partlaması nəticəsində yaralanıb ya həlak olublar. O, bir daha beynəlxalq ictimaiyyəti Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə məcbur etməyə çağırıb.

Milli Məclisin sədri Ermənistanın uydurmahərbi əsirləriddiasına da diqqət çəkərək, onların işğaldan azad olunmuş ərazilərdə törətdikləri təxribatlardan, müharibə cinayətlərindən danışıb, erməni tərəfinin üçtərəfli Bəyanata əməl etməyərək, sərhəddə təxribatçı əməllərə əl atdığını söyləyib.

Milli Məclisin sədri Sahibə Qafarova tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Prezident İlham Əliyevin dəfələrlə dediyi kimi, Azərbaycan bölgədə sülh sabitlik arzulayır. Azərbaycan bunun üçün bütün lazımi addımları atır və atmağa davam edəcək.

 

Azərbaycan.-2021.- 2 iyul.- S.3.