Ruslan Kazakbaev: Azərbaycan Qırğızıstan üçün çox vacib tərəfdaşdır
Bu gün azərbaycanlı həmkarım Ceyhun Bayramovla çox faydalı danışıqlar apardıq. Bu danışıqlar bir çox sahələri əhatə etdi. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etdik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbaev deyib.
O bildirib: “Bişkek ilə Bakı arasında birbaşa hava reyslərinin bərpa olunması məsələsinə toxunduq. Nəqliyyat dəhlizlərinin açılması barədə fikir mübadiləsi də apardıq. Hazırda ölkələrimiz arasında əlaqələrin gücləndirilməsi prioritet məsələdir”.
Nazir qeyd
edib ki, Azərbaycan
Qırğızıstanın çox vacib tərəfdaşıdır. Bu tərəfdaşlıq bir
çox sahələri əhatə edir. Bu münasibətlərin
əsası Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyev tərəfindən
qoyulub və Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.
Azərbaycan.-2021.- 3 iyul.- S.2.