ADAU-daŞuşa Bəyannaməsi zəfər tariximizin siyasi zirvəsidir” adlı konfrans keçirilmişdir

 

 

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Azərbaycan - Türkiyə dostluğu: Şuşa Bəyannaməsi zəfər tariximizin siyasi zirvəsidir” adlı onlayn şəkildə konfrans keçirilmişdir.

Konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qeyd edib ki, tarixən dostluq, qardaşlıq münasibətləri ilə dünya ölkələri üçün nümunə olan Azərbaycan-Türkiyə münasibətləri bu günöz ənənəsinə sadiq qalır: “Müstəsna siyasitarixi əhəmiyyətə malik Şuşa Bəyannaməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətlərinin keyfiyyətcə yeni bir mərhələyə qədəm qoymuşdur”.

Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk çıxış edərək Azərbaycan və Türkiyə arasında olan dostluq, qardaşlıq münasibətlərindən söz açaraq qeyd etmişdir ki, Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyəsi ümumilikdə regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Diplomat Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdırmışdır.

Sonra çıxışlar olmuşdur. Bildirilmişdir ki, bu tarixi sənəd müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasihüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyətə malikdir.

 

 

 

Sabir ƏLİYEV

Azərbaycan.-2021.- 3 iyul.- S.7.