MƏĞLUBEDİLMƏZ
İTALİYA
1/4 final
Belçika - İtaliya - 1:2
Qol: Barella, 31 (0:1), İnsinye,
44 (0:2),
Lukaku, 45+2 pen. (1:2)
Baş
hakim: Slavko Vinçiç
(Sloveniya)
Münhen,
“Münhen Futbol Arenası”
Münhendə “Avro-2020”nin 1/4 final mərhələsində
Belçika və İtaliya yığmaları
üz-üzə gəldilər.
Matçdan öncə görüşün
nəticəsi ilə
bağlı ünvanlanan
suallara cavabımızda
baş məşqçilərin
meydançada tətbiq
edəcəyi oyun anlayışının, matçın
gedişinə kənardan
edəcəyi dəyişikliklərin
çox vacib olduğunu vurğulamışdıq.
Qarşılaşmanın ilk dəqiqələrində müdafiə
olunmaq taktikası seçən Belçika yığmasının baş
məşqçisi Roberto Martines
isə italiyalı həmkarı Roberto Mançiniyə
təslim olduğunun mesajını vermişdi.
Belçikanın hazırkı heyəti daha çox hücum futbolu oynamağa imkan verir. İspaniyalı çalışdırıcı
matçın ilk dəqiqələrindən
müdafiə olunacağını
göstərərək İtaliyaya
daha rahat futbol oynamağa imkan verdi.
Elə matça da italyanlar daha istəkli başladılar.
İlk dəqiqələrdən ötürmələrə
üstünlük verərək
oyunu meydançanın
Belçikaya aid hissəsində
qurmağa başladılar.
Nominal meydan sahibləri
isə topu rəqibə verərək
müdafiə olunmaqla
yaranan ani əks-hücumlarda qol epizodları yaratmağa çalışırdı. Lakin bundan
istifadə edə bilmirdi. Çünki İtaliya futbolçuları
meydançada elə düzgün yerləşmişdilər
ki, rəqibə boş zona qoymurdular.
İtalyanlar itirilən hər
topu tez zamanda qazanmağı bacarırdılar. Nəticədə 31-ci dəqiqədə Barella vurduğu qolla İtaliya millisini hesabda irəli çıxardı.
Qoldan sonra oyun planında edilən dəyişikliklər
Belçika yığmasının
daha çox hücum etməsinə səbəb oldu. Amma onların
bu zaman meydançanın mərkəzində
itirdikləri toplar italyanların əks-hücumları
ilə nəticələnirdi.
Belə epizodlardan birində İnsinye uzaqdan vurduğu mükəmməl
qolla hesab arasındakı fərqi 2
topa çatdırdı.
Hər kəs ilk hissənin bu hesabla başa
çatacağını gözlədiyi
bir vaxtda belçikalı futbolçuya
qarşı cərimə
meydançasında edilən
kobudluğa görə
sloveniyalı referi Slavko Vinçiç 11 metrlik nöqtəni göstərdi. Zərbəni dəqiq yerinə yetirən Lukaku hesab arasındakı fərqi 1 topa çatdırdı. Onu da əlavə edək ki, ilk hissədə qapıçılar Tibo Kurtua və Canluici Donnarumma möhtəşəm oyunları
ilə yadda qaldılar.
Fasilədən sonra edilən dəyişikliklər belə
Belçika millisinin hesabda tarazlığı bərpa etməsinə kömək olmadı.
Meydançanın İtaliyaya aid hissəsində
tətbiq edilən pressinq Mançininin komandasının topu özlərində saxlamağına
imkan vermədi. Jorjinyo - Barella tandemi müdafiədən topu hücuma çıxartmada
ciddi çətinliklərlə
üzləşdi. Belçika seçməsi
isə bir neçə real qol vəziyyətini boşa verməklə azarkeşlərini
üzdü.
Nəticədə 2:1 hesabı ilə qələbə qazanan İtaliya millisi adını yarımfinala yazdırdı. Bununla da “Skuadra adzurra” məğlubiyyətsizlik
seriyasını 32 matça
çatdırdı.
Finala gedən
yolda italyanların rəqibi İspaniya millisi olacaq.
Azarkeşlər iyulun 6-da finala
bərabər yarımfinal
oyunu izləyə bilərlər.
Elçin CƏFƏROV
Azərbaycan.-2021.- 4 iyul.- S.1;6.