“Azərbaycan
Respublikasının Dövlət Gömrük
Komitəsi ilə Federal Gömrük
Xidməti (Rusiya Federasiyası) arasında
müəyyən növ mallara
münasibətdə gömrük nəzarətinin
nəticələrinin elektron qaydada qarşılıqlı tanınması
haqqında” Protokolun təsdiq edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının
Dövlət Gömrük
Komitəsi ilə
Federal Gömrük Xidməti
(Rusiya Federasiyası) arasında müəyyən
növ mallara münasibətdə gömrük
nəzarətinin nəticələrinin
elektron qaydada qarşılıqlı tanınması
haqqında” 2021-ci il mayın 20-də Moskva şəhərində
imzalanmış Protokol
təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən
Protokol qüvvəyə
mindikdən sonra Azərbaycan Respublikasının
Dövlət Gömrük
Komitəsi onun müddəalarının həyata
keçirilməsini təmin
etsin.
3. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi Protokolun qüvvəyə minməsi
üçün zəruri
olan dövlətdaxili
prosedurların yerinə
yetirildiyi barədə
Rusiya Federasiyası Hökumətinə bildiriş
göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 iyun
2021-ci il
Azərbaycan.-2021.- 4 iyul.- S.2.