“Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Rusiya Federasiyasının Rəqəmli İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirliyi ilə Rusiya Federasiyasının Rəqəmli İnkişaf, Rabitə Kütləvi Kommunikasiyalar Nazirliyi arasında rabitə informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında” 2021-ci il mayın 20-də Moskva şəhərində imzalanmış Saziş təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 iyun 2021-ci il

Azərbaycan.-2021.- 4 iyul.- S.2.